Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
İyunun
12-də Mirzə Fətəli
Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir
Mədəniyyət Nazirliyi,
Yeni Azərbaycan Partiyasının Səbail
rayon təşkilatı və
Milli Kitabxananın birgə təşkilatçılığı
ilə reallaşıb.
Əvvəlcə dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyev haqqında videoçarx təqdim edilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bu əlamətdar gün barədə məlumat verib. Qeyd edilib
ki, 1993-cü ildə Azərbaycanın xilası
yolunda fədakarlıq
nümunəsi göstərən
ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
gələrək ölkəmizi
çətin vəziyyətdən
çıxarmağa müvəffəq
olub. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik
son qoyulub, ölkəmiz
xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas edilib. Respublikanın qarşısında duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb. İctimai-siyasi, sosial-iqtisadi, elmi
və mədəni həyatda əsaslı dönüş başlanıb,
xalqımızın bütövlüyü,
həmrəyliyi, milli
birliyi təmin edilib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bu
yaxınlarda Yeni Azərbaycan Partiyası və Mədəniyyət
Nazirliyi arasında imzalanan “Azərbaycanın
dövlətçilik ənənələrinin
yaşadılması məqsədilə
vətənpərvərlik və mədəni dəyərlərə hörmət
hisslərinin gücləndirilməsinə
dair 2019-2020-ci illər
üzrə birgə Fəaliyyət Planı”nı xatırladaraq bildirib ki, Fəaliyyət
Planına uyğun olaraq bir sıra
siyasi, mədəni tədbirlərin keçirilməsi
nəzərdə tutulub.
Qeyd edib ki, bugünkü
tədbir də Fəaliyyət Planının
tərkib hissəsidir.
Ulu öndər Heydər
Əliyevin xalqımız qarşısındakı xidmətlərindən
danışan Vaqif Əliyev bildirib ki, Ümummilli
Lider hər zaman fəaliyyətində
xalqına arxalanır və güvənirdi. Nazir
müavini deyib ki, hər zaman Azərbaycan
mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər onun inkişafı, təbliği istiqamətində
mühüm addımlar atıb.
YAP Səbail rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Şəmsəddin
Hacıyev 1993-cü il iyunun
15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. O, 1993-cü ilin iyununda ümummilli
lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışını şərtləndirən
obyektiv və subyektiv
faktorları və həmin dövrdə baş
verən mürəkkəb prosesləri xronoloji
ardıcıllıqla təhlil edib.
Ş.Hacıyev yaranmış ağır vəziyyətdə
xalqın təkidli tələbi ilə Ulu
Öndərin ikinci dəfə hakimiyyətə
gəlməsinin Azərbaycanın həm siyasi,
həm iqtisadi, həm də sosial-mədəni
qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun
tarixindən başladığını vurğulayan
deputat qeyd edib ki, güclü
strateq, görkəmli siyasi
xadim və cəsarətli rəhbər olan ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş
Günündən başlayan inkişaf yolumuz 2003-cü
ildən yeni liderin rəhbərliyi
ilə yeni yüksəliş mərhələsinə
qədəm qoydu. Tədbirdə
çıxış edən Milli Məclisin
deputatı Aydın Mirzəzadə, YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” Media Qrupunun rəhbəri
Bəhruz Quliyev dövlətçilik
tariximizə şərəfli və qürurverici
səhifə kimi daxil
olmuş 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən
danışıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil olub. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırılıb, sabitlik və iqtisadi inkişaf təmin edilib. Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sürətlə inkişaf edir.
Sonda Milli Kitabxananın əməkdaşlarına YAP-ın üzvlük vəsiqələri təqdim olunub.
Ədalət 2019.- 13 iyun.- S.8.