AZIX -
TARİXİMİZİN İLK ÜNVANI
(əvvəli
ötən sayımızda)
Sonra zaman Azıx mağarasının kəşfinin nə
demək olduğunu bizə anlatdı. Onda öyrəndik
ki, dünya coğrafiyasında 4-cü pillədə
dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq qalandığını və
bu ocaq ətrafında
müxtəlif izlərin
olması ölkəmizin
qədimliyinə, tariximizin
zənginliyinə əyani
bir sübutdu. Çox böyük təəssüflə
vurğulamaq istəyirəm
ki, Sovetlər dönəmində digər
abidələrimizə olan
laqeyd münasibət Azıx mağarasından da yan keçməmişdi.
Bu laqeydlikdən istifadə edən düşmənlərimiz, yəni
ermənilər öncə
mağaranın adını
dəyişib onu erməniləşdirməyə, yəni "Azof" kimi yazmağa, tarixə əlavə etməyə cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə
aid olduğunu aid etdilər.
Hətta
bu məsələ ətrafında müəyyən
fikirlər yaratmağa
çalışmışdılar.
Professor Məhəmmədəli
Hüseynov bu barədə bizimlə söhbətlərində dəfələrlə
vurğulamışdı ki,
onun "erməni tarixini saxtalaşdırmaqda
günahlandırıb, hətta
partiya üzvliyi məsələsini gündəmə
gətirmişdilər".
Bəli,
yaxşı ki, tariximizin, alimimizin, elimizin qədrini bilən, ona dəyər verən millət fədailəri, millət sevənlərimiz
var. Məhz onların
köməkliyi, onların
dəstəyi professor Məhəmmədəli
Hüseynov erməni böhtanından, erməni
şərindən xilas
edə bilmişdi.
Bu gün həmin
o söhbətləri xatırlayanda
yadıma ermənilərin
hələ 1960-cı ildən
Azıxa olan iddialarını 1989-cu ildə
dahva böyük, daha açıq şəkildə gerçəkləşdirmək
uğrunda apardıqları
işğalla yekunlaşması
düşür. Bəlli olur ki, məkrli düşmən
tariximizə uzatdığı
qara əlinə hələki Azıxın
"yaxası" keçib.
Amma bu tarix həmişə
təkrar olunduğundan
biz mütləq o qara
əlləri kəsəcək,
Azıxın qədimliyinin
Azərbaycana məxsus
olduğunu özünə
qaytaracağıq.
Bəlli olduğu kimi tariximizin elə məqamları var ki, onları hər gün xatırlamaq, hər gün təqdir və təbliğ etmək lazımdır. Çünki düşmən olmayan tarixini, olmayan keçmişini bizdən
daha çox və daha canlı,
necə deyərlər,
nüfuzedici bir şəkildə dünyaya
tirajlayır. Bəlli tariximizi
yazmaqdan, deməkdən
bəzən ya çəkinirik, ya ərincəklik göstəririk,
ya da buna
laqeyd yanaşırıq.
Düşünürük ki, biz öz
kimliyimizi bilirik, bilmək istəyənlər
də zəhmət çəkib özləri
öyrənsinlər. Ancaq unuduruq ki, tarix
elə bir soyuq və sərt
silahdır ki, onu göstərmək, onu tanıtmaq lazımdır. Əks halda
zamanın sürəti
tarixin özünü
tarixin arxivinə atır.
Bax bu prizmadan yanaşanda
onda məlum olur ki, 400 min ilə yaxın yaşı olan "Azıx adamı" cənubi Qafqazda, lap dəqiqi isə Azərbaycanda insanlığın
qədimliyini, sivilizasiyanın
başlanğıcını göstərir. Əgər bura Qobustan qayalıqlarının, daha
doğrusu, qayalar üzərindəki rəsmləri
əlavə etsək,
onda mədəniyyət
tariximizin də yaşını az-çox
müəyyənləşdirə bilərik.
Arxeoloqların apardığı qazıntılar
və araşdırmalar
zamanı məlum olmuşdu ki, sahəsi 800 kvadrat metr olan Azıx
mağarasının içərisində
600 m uzunluğunda 8 dəhliz
var. Bu dəhlizlərin bəzilərinin
hundürlüyü 25 metri
keçir. Maraqlı burasıdır ki,
həmin dəhlizlərin
bir-birilə əlaqəsi
ancaq mağaranın ortasından başlayır.
Təxmin edilir ki, bu mağaranın
içərisindən Şuşa istiqamətində
yeraltı yol da olub. Ümumiyyətlə biz həmin mağaraya daxil olanda da
və hər gəlişimizdə fərqli
məqamların şahidi
olurduq. Bu məqamlardan biri də mağaranın içərisindəki ana
heykəlinə bənzəyən
buz abidəni gözdən keçirəndə
insanın ağlına
müxtəlif obrazlar,
hətta miflər gəlir. Doğrudur, Qarabağ işğal
edildikdən sonra ermənilər Azıx mağarası ilə bağlı müxtəlif
tədbirlər keçirib,
konfranslar təşkil
ediblər, hətta həmin buz heykəli "erməni ananın buz heykəli" adlandırıblar.
Bu nə qədər
gülünc olsa da onlar bundan
da çəkinməyiblər.
Bəli,
Azıx mağarasında
arxeoloq, professor Məmmədəli Hüseynovun
1960-cı ildən 1968-ci ilə
qədər apardığı
inadlı qazıntılar
nəticəsində nəhayət
ki, Azıx adamının çənəsi
tapılmışdır. Həmin
tapıntı üzərində
aparılan elmi tədqiqat nəticəsində
məlum olmuşdur ki, neandertal tipə məxsus olan bu çənənini
sahibi Azıx mağarasında 400 min il bundan öncə yaşamışdı.
Üstəlik alimlər onu
da sübut etmişlər ki, çənə sümüyü
üzərində qalmış
azı dişi 18 yaşlı qadına məxsusdur. Alimlər
bununla yanaşı onu da müəyyənləşdirmişdilər
ki, həmin dövrün orta yaş həddi 20-22 il olub.
Bütün bu elmə məlum edilmiş
həqiqətlər bir daha
onu göstərir ki,
Azərbaycan ərazisi qədim insanların məskunlaşdığı
ərazilərdən biridir. Yəni bu coğrafi məkanda
sivilizasiyanın yaşı kifayət qədər qədimdir.
Digər tərəfdən mağarada
aparılan qazıntılar zamanı poleolit
və mezolit dövrlərinə aid olan daş
alətlər burada həyat əlamətlərinin
işartılarıdı. Yəni insanlar yaşamaq üçün
mübarizə aparmağı bacarmışlar. Onlar kənd təsərrüfatı, ovçuluq və digər təsərrüfat
növlərilə məşğul olmuşlar.
Ümumiyyətlə Azıx mağarası öz
qədimliyini, həm də öncə söylədiyimiz
tapılmış çənə sümüyü
ilə də təsdiq edir. Tarixi araşdırmalar sübut
edir ki, Azıx
mağarasında tapılan nümunələrin oxşarı
dünyanın daha 3 ölkəsindədir.
Fransada, Tanzaniyada və
Kenyada aşkarlanmışdı. Zənnimizcə
bu, hələ lap qədim
dövrlərdən insanların yerdəyişməsi və yaxud da digər iqtisadi əlaqələri ilə
bağlıdı.
Azıx mağarasında aparılan qazıntılar zamanı tapılmış müxtəlif heyvanlara məxsus bu ərazidə ekologiyanın, təbiətin də zənginliyindən xəbər verir. Hətta burada qazıntılar zamanı tapılmış 45 min heyvana məxsus sümüyün hər biri də bu dediyimizi sübut edir. Bu, bir həqiqətdir ki, həmin heyvanların bir çoxunun nəsli kəsilib. Amma bu gün də həmin heyvanların müəyyən qisminin təmsilçiləri həm ərazidə, həm də dünyanın başqa yerlərində mövcuddur. Xüsusilə bu mağaralarda tapılmış ayı kəllələri mağaranın adının da hardan qaynaqlandığını müəyyən mənada ifadə edir. Çünki araşdırmaçıların fikrinə görə, "Azıx" sözünün mənası "ayı" deməkdir. Əgər düşmənlərimiz, yəni erməni şovinsitləri, millətçilər bir anlıq vicdanlarının səsinə qulaq assalar, onda dərk edərlər ki, qədim türk sözü olan Azıx nəyi özündə ifadə edir və bu sözün, bu dilin sahibi kimlərdir.
Göründüyü kimi mağaradakı 5 ocaq yeri və onun qalıqları tariximizin qədmliyinin göstəricisi olmaqla yanaşı oda sitayişin də bir izinin həmin mağaraya gedib çıxdığını büruzə verir. Bütün bunlar isə öz növbəsində Azərbaycan tarixinin ən qədim dövrünü özündə əks etdirən Azıx mağarasının kimə məxsusluğunu birmənalı şəkildə ortaya qoyub.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Ədalət 2019.- 14 iyun.- S.7.