“Çölçü”
filmi beynəlxalq mükafatlara
layiq görülüb
“Çölçü”
bədii filmi bu günlərdə İsraildə keçirilən
“Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən
yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”,
İtaliyada “Florence Film Awards 2019” və “Oniros Film Awards 2019”
festivallarında “Ən yaxşı bədii film”,
İndoneziyada “European Screen Awards 2019” festivalında “Ən
yaxşı bədii film”, Hindistanda “Mahul Woods International”
festivalında isə “Ən yaxşı bədii film” və
“Ən yaxşı operator” mükafatlarına layiq
görülüb.
Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev məlumat verib.
Qeyd edək ki,
“Çölçü” filmi
Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Filmin ssenari müəllifi
Vidadi Həsənov, operatoru
Rafiq Quliyev, rəssamları
Rafiq Nəsirov və İbrahim
Aminovdur. Filmdə Vidadi
Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları
çəkiliblər.
Ədalət 2019.- 14 iyun .- S.7.