QİSMƏT YARADICILIĞINDA
ASKETİZM
Jurnalsit dostum Ağa Cəfərli hərdən mənə zarafatla sataşır: "nə qədər həssas adamsan, amma baxan elə bilər "daş” kimi kobud, duyğusuz bir qaya parçasısan..” Bir neçə dəfə yazılarımı oxuyub, "filan hissədə çox diqqətli olmusan, filan yerdə müşahidən xoşuma gəldi” də deyib. Ədəbiyyatı güzgü kimi qarşıma qoymağı da unutmur. Belə günlərin birində Ağa Cəfərli şair, tərcüməçi Qismət Rüstəmova qayğı, bir az da təbəssüm dolu nəzərlərlə baxıb sual verdi:
- "Turalı tanıyırsan da...?!”
-"Bəli” Qismət ağır intonasiyailə
cavab verdi. Elə o an içimdə kəpənək
kimi uçan misralar naməlum bir həyəcanla
mənə bu yazını qələmə
almağa vadar etdi. O cavabın "bəli” yaxud
"xeyr” olmasından asılı olmayaraq, çoxdandı yazmağa
hazırlaşdığım bu
yazını məhz bu gün
yazmağım da ayrı bir
qismətdir...
Hələ də fəlsəfədə
asketizm və praqmatik
düşüncə tərzi Con Dyuninin insanın təbiətə rəngarəng
münasibətlərini əhatə edən naturalist
perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi
mənəvi-siyasi aspektdə nəzərdən keçirməkləinsanın
təbiətə rəngarəng münasibətlərini
əhatə edən naturalist perspektivdə,
digər tərəfdən isə sosial təcrübə
kimi mənəvi-siyasi aspektdə nəzərdən
keçirməkdən o yana
keçə bilməyib. Bu mənada ədəbi
cərəyanların da fəlsəfi
baxış bucağından çıxış etməsi təbii
haldır...
Asketizm və praqmatizm təsadüfi olaraq qarşımıza çıxmayıb. Daha doğrusu mənim qarşıma... Belə ki, müasir Azərbaycan ədəbiyyatına həm asketik, həm də praqmatik tərzi nümayiş etdirən şair Qismət Rüstəmovun yaradıcılığına məhz asketik və praqmatik yöndən baxıb, təhlil etmək istədim... Belə bir başlanğıcı heç özüm də gözləmirdim. Bəlkə:
Gözlərindən öpərəm,
dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb
daraqlarından sənin,
Saxlayaram
cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
Sözlərin su kimi axıb, hiss və duyğu daşlarına
çırpılıb durulduğunu,
saflaşdığını görürük.
Bu saflığı, bu
duruluğu şeirə tətbiq etməklə,
yeni bir ovqat verməyi bacaran Qismət
Rüstəmov məhz bu işində asketik bir görkəm
alır, dünya nemətlərindən imtina edir və daha bəşəri olur. Asketizm sizi qorxutmasın, bu çağdaş ədəbiyyatımızda
yenilik deyil, amma çox da rast gəlinəsi bir hal da
deyil. Vaqif Bayatlı
Odərdə də var, Musa
Yaqubda da var məsələn. Qismətdə isə belə
alınıb ki, asketizm
yeni forma və məzmunda
biçilib. Bəli, məhz biçilib, şeirlərinin boynuna,
buxununa... Nə dərviş, nə sufi deyil. Amma
irfanidi. Məsələn:
İstəsəniz, montajda
kəsərsiniz.
Keçmiş
yaddaşımızda olan qədərdi,
bundan artığı…
Üzümüzü həmişə
keçmişə tutduq deyə,
gələcəyə arxamızı çevirdik.
Amma sonraya
saxlamasaydıq,
işıq dirəklərinə qonan göyərçilərin səsini,
körpələrin gülüşünə
inansaydıq birinci gündən,
Bu Günü
elə Bu gün
yaşasaydıq,
onda Zaman
axsaq addımlarla
yanımızdan ötüb
keçməzdi…
Qayıdaq yenə asketizmə. Niyə məhz asketizm? Məsələn ola bilərdi ki, Qismətin şeirlərində rasional düşüncəni önə çəkmək olardı. Ki, şeirlərində rasional baxışlar da var. Bu oxucu üçün o qədər önəmli deyil. Oxucu şeirdən zövq almaq istəyir. Zövq alır da. Amma bu zövqün mayasında nə durur və ya nə var onu görmək və demək lazımdır. Məncə Qismətin şeirlərinin mayasında dərin şərq peripatetizmi və qədim yunan-roma mifologiyası dayanır. Şərq peripatetizmində Fəxrəddin ər-Razinin fələsəfi ilə tanış olanlar bu məsələdə daha tez duyuq düşər. O ki, qaldı qədim yunan-roma mifologiyasına burada məhz ecazkar qadın personajlarını göstərmək olar...
Əlləri su damlası, boynu uzun
Yelena,
Səsin mənə mükafat,
gözün hüzn
Yelena,
Şeir oxu
soyuqda, sözlə qızın,
Yelena, Qızınmasan
yandır ki, qızınasan
birtəhər,
Yoxlamışam, Yelena,
yaxşı yanır
şeirlər...
Buradakı Yelena Zevsin Herasıdı, hətta bir az da irəli getsək, Fedidadır... Məhz yunan-roma mifologiyasının izlərini Qismətin bir çox şeirlərində tapmaq olar. Bu da şairin intellektual səviyyəsindən və ən gözəl unudulmuş köhnəni- yeni bir nəsnədə təqdim etmək istəyindən irəli gəlir...
o gün,
hə, o gün
sən dodağında qırmızı qətiyyət,
əynində "qadın hüquqları və qaşqabaq”
gəlmişdin görüşə,
mən boğazıma qara bir ciddiyət
taxıb,
təraş olub,
bəyəndiyin ətirdən də vurmuşdum
Qismətin şeirlərində səmimiyyət vulkanı püskürür, bu vulkan Vezuvi vulkanı kimi "banal” və " standart” şəhər statusu alan şeirləri yox edir... Pompey şəhəri kimi... Ona görə də öncə Qismətin şeirlərinin səmimiyyətindən yapışıb demək lazımdır ki, bu şeirlər ona görə sevilir, oxunur, bəyənilir...
O gün idi,
hə, o gün
13-ü cüməyə düşmüşdü,
"Araz” kafesində ayrılmaq üçün görüşürdük,
Azərbaycan kimi...
ofisiant,
bizi görən kimi öskürmüş,
sifətinə gülüş,
dilinə hazır rusca sözlər geyinib
gəlmişdi yanımıza.
Mən "Günah
anandadı!” salatı ,
yanında "Sən məni başadüşməzsən” qızartması istəmişdim.
Sən "Özün bilərsən”
şorbası demişdin,
bir də "Mən
yaxşı yaşamaq istəyirəm” püresi.
Sükutun qədəhinə
qırmızı, kəmturş ittihamlar süzülən kimi,
hörmət quşunun
boğazı üzülən kimi,
hesabı istəmişdik.
Ürək sirr kimidir. Bu sirrin açılması həm də yeni bir dünyanın kəşfi deməkdir. Qismət yeni dünyaların kəşfi ilə məşğuldur. Bunu işi o yazdığı şeirləri bacarır. Qismətin şeirləri nə qədər sirrləri açıb, yeni dünyaları kəşf edib... Çünki Qismət həm də praqmatik düşünməyi bacarır, bu onun yaradıcılığında bir xətt kimi keçir. Praqmatizm sizi yanıltmasın. Söhbət maddi dünyamızı idarə edən fəlsəfi axımdan gedir. Bu cərəyana görə reallıq və doğruluq insan fəaliyyətindən asılıdır. Buna görə də gerçəklik, doğruluq və insan fəaliyyətinin nəticələri, ortaya qoyduğu faydaya, yarara görə dəyərləndirilir...
Qoca şəhər
yatıbsa, saat üçü
keçibsə,
Darıxanlar ordusu səni başçı seçibsə,
Baş götürüb
qaçıbsa gözlərinin yuxusu,
İçini
yandırırsa kimsəsizlik duyğusu,
Yenə küləklər kimi
sərsərisənsə əgər,
Kədər satan gecəyə müştərisənsə əgər,
Bir fotonun
önündə yüz fikrə getmisənsə,
Dözməyin köynəyini min
tikə etmisənsə,
Asta yağış yağırsa, it hürürsə küçədə,
Küləklər daha əsmir,
sənə köks ötürürsə
-
Sən yığan nömrələri bu qəribə gecədə,
Eləcə təkrar-təkrar Səssizlik götürürsə -
Qismətin şeirlərindən hərə öz payını götürür.
Kimi sevinc
payını, kimi qəm payını, kimi də unutmaq
payını... Bütün bunlar şairin içdən
gələn hiss və
duyğularının səhər şehi
kimi təbiiliyindən, axşam
rüzgarı kimi
doğmalığından irəli gəlir. Qismətin
şeirlərində hamıya həm tanış, həm də
yad olan bir məqam var:
"Bağışlamaq” məqamı. Bu
məqamı yaşayanlar şairin
şeirlərində özlərini görür...
Kompüter yanında kaktus kimisənsə çoxdandı,
telefonunsusursaQrahamBelinsəsiylə,
teleseriallarağladabilmirsədaha,
saatlıbombaürəyilədöyünürsə
divarsaatındavaxt,
darıxma, sıxılma, üzülmə.
Nəsəelə, dostum, nəsəelə…
Əlimizdən gələni etdik. Etdik ki, nəsə etdiyimizi düşünək. Hələlik etdiklərimiz bu yazı ilə yekunlaşır. Bu yazını da "etmədiklərimizə” borc bil şair...
Tural Cəfərli
Ədalət 2019.- 14 iyun.- S.6.