Bir
qalanın sirri
Söhbət Lənkərandakı Bəlləbur
qalasından gedir.
Etimala görə onun tarixi eramızdan əvvəl XII-
IX əsrlərə aiddir. Qala Lənkəran
şəhərinin 7-8 kilometrliyində, Lənkərançayın
sol sahilində, dəniz səviyyəsindən 1300-1400 metr
hündürlükdə inşa edilmişdir.
Səkkiz güşəli olan budaqların bünövrəsi
çay daşından, özülü isə bişmiş
kvdrat şəkilli kərpicdəndir.
Qalanın qapı yeri, kərpicdən
hörülmüş quyu və divarlarının
qalıqları indi də durur.
Qalanın
tarixi haqqında çoxlu rəvayətlər var. Onların
birində deyilir ki, eramızın IV əsrində Sasani,
Şahı II - Şahpur (309-379) İrana tez-tez basqınlar edən
romalılardan, xəzərlilərdən, köçəri
hun tayfalarından qorunmaq üçün çoxlu qalalar
tikdirir. Talışdakı İran Canişini
Hilal Babur da şahın əmri ilə indiki Lüvəsər
kəndinin yaxınlığında əzəmətli bir qala
inşa etdirir. Deylənə görə,
orada böyük bir qarnizon yerləşmiş. Qala düşmən hücumlarının
qarşısını alınmas və bu yerlərdən
keçən ticarət yollarının təhlükəsizliyini
təmin edilməsində mühüm rol oynayıb. Qalanın daxili və ətrafı atəşpərəstlik
elementlər ilə dolu olub. 1922-ci ildə Azərbaycan
Arxeologiya Komitəsinin ekspedisiyası qala divarları üzərində
günəş, ulduz və od təsvirlərini
müəyyən etmişdir.
Qalada ölümə məhkum edilmişlər xüsusi
qapıdan keçirilib, əvvəlcədən
hazırlanmış dərin quyu yanına gətirirlər və
kəsilmiş başlar oraya düzülərmiş. Bu səbəbdən
də həmin yeri "Goranbo”, yəni görlara qəbir, qəbirlərə
qapı” adlandırılmışdır.
Ərəb istilası dövründə qala ərəblərin
əlinə keçmiş və burada xilafətin qarnizonu yerləşdirilmişdir.
Bələbur sözünün mənası
talışca "palıd tikanlığı” deməkdir. Çünki,
hündür palıd ağacları və tikanlıq qala
üçün təbii hasar olmuşdur. Həmçinin
etimal var ki, qala adı ilk sahibi Baburun adının ərəb
əlifbasının hissəciklərinin birləşməsi
variantında: Bə-əl-Babur sözündən
yaranmışdır.
Bəlləbur qalası haqqında fransız arxeoloqu Jak
de Morqan XIX əsrin axırında tədqiqat işləri
aparmışdır.
Morqan özü qeyd etmişdir ki, Lənkəran ərazisində
eramızdan əvvəl XII-IX əsrlərə aid
qazıntı materialları çoxdur.
O, tədqiqat
zamanı daş, qutu, qəbirlər, tunc əşyalar və
bəzək şeyləri əldə edib. Fransadakı
Sen-Fermen muzeyinə satmışdır.
XIX əsrin axırlarında və XX əsrin əvvəllərində
Talışın tarixinə, o cümlədən Bəlləbur
qalasının öyrənilməsinə maraq artır. Bu
axtarışlar da qazanc əldə etmək məqsədi
daşıyır. 1910-cu ildə Bəlləbur
qalasında böyük xəzinə tapılır. Bu vaxt qalanın bir çox yerləri
dağıdılır, daşlar üzərində və
divarlarda olan relyef işarə təsvirlərinin çox ləğv
edilir.
1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Lənkəran
ərazisində o cümlədən Bəlləbur
qalasında qazıntı işləri aparır. Arxeoloji
tədqiqatların nəticələrinə görə
vaxtı ilə qalanın divarlarında çoxlu miqdarda yay,
ox, nizə, qılınc, qalxan, tunc, çıraq,
döyüş baltası, mizraq, habelə gipisdən düzəldilmiş
quş və gül təsfirləri o cümlədən
günəş, ulduz və od relyefləri də olmuşdur.
Qaladakı qoç heykəli heykəltaraşlıq
cəhətdən mükəmməl əsərdir. Lakin təəssüf
ki, qalada xəzinə taqmaq məqsədi ilə törədilən
dağıntılar bu təsfirlərin və sənət əsərlərinin
çoxunun dağılmasına səbəb olmuşdur. Bəlləbur
qalasından tapılmış eksponatlar Lənkəran
diyarşünaslıq muzeyində saxlanılır, abidələrin
bəzi eksponatları isə Fransanın Senzermen muzeyindədir.
Bəlləbur qalası qrafik təsvir və heykəltaraşlıq nümunələri ilə zəngin Talış diyarının əzəmətini göstərən qədim tarixi abidədir. Onun tarixi hələ də tam və hərtərəfli öyrənilməmişdir. Qala tarixçilərin yolunu gözləyir.
Azad
Zülalaoğlu-jurnalist
Lənkəran
şəhəri
Ədalət 2019.- 14 iyun.- S.6.