Yazıçı-publisist, şair Sabir Nemətzadənin
ədəbi yaradıcılığı
Müasir ədəbiyyatımızda baş qaldıran yeni dirçəliş dalğası, ədəbi təfəkkürün hüdudlarının bədii sözün imkanlarına davamlı genişlənməsi dayanır. Bu Sabir Nemətzadə yaradıcılığında aşkar görünür. Düzdür, mətbuatda, televiziya ekranlarında çox az-az görünsə də yaddaşlarda öz yaradıcılığı ilə iz qoyur. İstər poetik, istər bədii sözün oxuculara çatdırılması, özliyində lazımlı, dəyərli olmaqla bərabər, oxumaq, oxutmaq ehtiyacını ödəyir. Belə ki, sadəcə olaraq Sabir Nemətzadəni oxumaq lazımdır. Yazılarının geniş, zəngin, koloritli mənzərəsini verməyə çalışır. Bəlkə də ilk sevgi şeirlərini, hekayələrini parta arxasında yazmışdır (ilk şeiri səkkizinci sinifdə oxuyarkən, 1967 -ci il noyabr ayında "Azərbaycan pioneri" qəzetində çap olunmuş və "Azərbaycan pioneri" qəzetinin mükafatını almışdır).
Öz dəst-xətti olan yazıçı, şair-publisist,
hərbi nəzəriyyətçi S.Nemətzadə ziyalı
ailəsində anadan olmuş,
yüksək hərbi vəzifə tutmuş
və mühüm tapşırıqlar
yerinə yetirmişdir. Azərbaycanda ilk dəfə olaraq
"Fövqəladə hallarda əhalinin
davranış qaydaları" kitabını
buraxmışdır. O, ömrü boyu hiyləgərliyin,
paxıllığın, ikiüzlüyün,
yaltağlığın, satqınlığın, mənəviyyatsızlığın,
qəddarlığın, unutqanlığın düşməni
olub.
Sabir Nemətzadə uzun illər Sabunçu rayon regional mülki müdafiə idarəsinin rəisi olmuşdur. O, bir zabit, dəyərli insan kimi vətənin, xalqın keşiyində durub, xalqına xidmət etməyi hər
şeydən üstün tutub,
rayonun ictimai problemlərinin
həllinə çalışıb. Onun
istər şeirlərində, istər bədii nəsrində
sapa düzülmüş
mirvari təki incə bir
nizam var. Alim, yurnalıst, yazıçı və
şairlərin, zabit
silahdaşlarının onun haqqında xoş sözləri indi də
yaddaşımdadır. Qocaman şərqşünas alim, tərcüməçi,
həqiqi mənada ağsaqqallıq zirvəsi olan
Cümşüd Muradov,
xalq rəssamı Tahir
Salahov, hüquq
üzrə elmlər doktoru, professor Habil Qurbanov, sənətşünaslıq üzrə
elmlər doktoru, professor
Cəmilə Həsənzadə, ehtiyatda olan polkovnik Aydın Pənahov,
BDU-nin professorlarından Əsədulla
Ourbanov, Tahir Cəfərli,
Rəssamlıq Akademiyasını professoru
Sevil Sadıxova, AMEA-nın Etnoqrafiy İnstitutunun professoru Nərgiz Quliyeva və
başqaları Sabir Nemətzadə
yaradıcılığından xoş
sözlər demişdir. Sabirin
"Sarıtorpaq", "Salam
Bakı", "Basdırılmış daşlar",
"Mehdi və dostları"
kitabları sadə,
aydın və şirin dildə yazılmışdır. Uzun müddətli zəhmətin bəhrəsi olan bu kitablar dilimizdə işlədilən ifadələrin cüzi bir hissəsidir. Sabirə xas az sözlə bəzən böyük fəlsəfi ümumiləşdirmə verən, ictimai-bərabərsizliyi və haqsızlığı qamçılayan və dərin müdriklə ifadə edən bu əsırlərin nəşri xeyirli addım hesab olunmalıdır. Müəllifin əsərlərindəki orjinal cəhət qısa əxlaqi nəticələr çıxarmağa çalışması, irəl sürülən fikri bir növ ümumiləşdirmək bacarığı olmasıdır. Sabir nə barədə yazırsa - yazsın, ilk sözdən başlayaraq, əsərinin tamam inandırıcı olması ilə oxucunu cəlb edir. O, öz romanlarını, povest və hekayələrini fikirləşərək yazır, lakin bunu da yaxşı bilir ki, böyük həyatı material olmadan təkcə istedadla çox da keçinmək olmur. O, öz ölkəsinin sadə adamları ilə görüşüb, müşahidə etməyi, onların dili və ləhcələri ilə danışmağı sevir. Sabir deyir: "Yaradıcı insan pis ola blməz. Sözünün kəsəri olmaq üçün vəzifə əsas şərt deyil. İstedadın varsa buyur yuxarı başa." Əsla tərifi sevməyən, sadə, təvəzökar insan Sabir Nemətzadə Allah adamıdır. Çox vaxt dodaqları tərpənəndə o saat bilirəm ki, zikr edir: "Ey daimi və əbədi, ey duanı eşidən, ey bəxşişi geniş, ey xətaları bağışlayan, ey eyibləri örtən, ey günahları bağışlayan, ey ən gözəl dost, məni cəhənnəm odundan amanda saxla..." Bəzən hal - əhvalını soruşanda deyir: " Qocalıram. Hər yerim ağrayır, bir ruhumdan savayı. Allahın şəfası ilə şükür ki, tez də rahatlaşırm." Nəyi xoşlamırsan desən, dərhal deyər ki, arağı, bir də donuz ətini. Hər ikisi haramdır. Biri ağlını aparır, digəri qeyrəti. Eh, indi o qədər qeyrətsizlər var ki! Azərbaycan yazarı istər poeziya, istər nəsr janrında yazıları milli ədəbi ənənələrə söykənir. Düzü indiyə kimi bilmirəm ona şair deyim, yoxsa yazıçı. Onun "Dünya, unutma məni", "Salam, Bakı", "Mehdi və dostları", "Loğman bitkuilər" şeirlr kitabı ilə yanaşı "Sarıttorpaq" romanı, "Basdırılmış daşlar" povest və hekayələri milli özünəməxsus bir manifest kimi səsələnir. Sabir ətraf mühitdə baş verən hadisələri xalq danışıq dilində qələmə almaqla oxucu auditoriyasının rəğbətini qazanmaqdadır. Uşaq şeirləri yazmağa başlayan gənclər M.Ə.Sabir, Abbas Səhət və s. kimi şairlərlə yanaşı Sabir Nemətzadə yaradıcılığının təsiri altında da yazıb-yaradacaqlar.
Yazıçı, şair
- publisist S.Nemətzadə vətənin,
xalqın mənafeyindən kənar hər cür
mövqe tutanları "qeyri-azərbaycanlı"
kimi qiymətləndirir və xalqın adət-ənənəsinin
qorunmasını, onu ehya
etməsini lazım bilir. Bu
gün özünə əsil dost bilən Mikayıl, Tahir,
Habil, Firudin kimi söz sahiblərinə
olan inamı ona
yaradıcılıq stimulu verir. Mənə görə Sabir
poeziya sahəsində köklənib qələmini
sınamış olsa da,
mən onu əsasən nasir
kimi tanıyıram. S.Nemətzadənin təkcə
"Şumerlər" romanı dünya
ədəbiyyatı üçün şedevrdir. Nədənsə yadıma Qurani- Kərimdə Həzrət Yunisdən bəhs
edilən ayələr düşdü:"
Bir gün onun da olduğu
gəmi tufana düşdü.
Gəminin yüngülləşməsi üçün
püşk atdılar. Yunisin
adı çıxdı, buna görə
də onu dənizə tulladılar. Bir balıq Yunisi uddu. Əgər Yunis Allaha sığınıb zikr
etməsəydi, Qiyamətə kimi o balığın qarnında
qalacaqdı..." Sabir də Allaha sığınmasaydı dönük
və manqurt insanların tufanına
düşəcəkdi. Allahın kəraməti çox böyükdür.
S.Nemətzadənin əsərləri qərb ədəbiyyatının
nailiyyətələri ilə birləşdirmək yolunu tutur və bu da onun
yaradıcılığının əlahiddəliyini təmin
edən səbəb kimi
çıxış edir. O, təkcə ədəbi-estetik
baxımdan deyil, ümumi
ictimai və kultoroloji
planda da bu mövqedə dayanır. Bir
rus alimi demişdi ki, Sabiri oxumaq üçün
Azərbaycan dilini öyrənmək
lazımdır. O, isə tərcümə olunmur
ki, olunmur. Sabir hər bir
yazısında çəkdiyi çətinlikdən ləzzət
alır. Necə ki, yaşlı və zəif
baba nəvəsini dalına mindirib dizi üstə at kimi yeriyir.
Bu iş onun üçün əziyyət
olsa da, nəvəsinin
razılığından sevinc duyur. Zəif də olsa, bu misaldan aydın olur ki, insan
üçün başqasının
razılığı o qədər şirin ola bilər ki, bu yolda
min bir əzaba qatlaşar. Mömin insan Allahın razılığını nəfsinin
razılığından üstün tutur.
Sabir Nemətzadəyə sevdiyi musiqi, sevdiyi sənətkar kimdir
deyəndə birinci növbədə Firəngiz
Əlizadənin adını çəkir. "Firəngiz
xanım dünya xalqlarının artistidir. Dünyanın möcüzəsidir!"
- deyir. Bir gün Sabirdən
soruşdum:"Yazdığınız kitablarda
hansı nöqsanı gördünüz?"
O, bir az fikirləşərək
dedi:"Yazdığım kitablarda nöqsan o oldu
ki, kitablarımın üstündə
adımı yazdırdım. Bu adı
görənlər ünvanıma tərif yağdırmışdılar."
Dedim: "Bunun nəyi
pisdir ki?!" Sabir gülümsəyərək dedi: "Məni tərifləməsinlər,
sevsinlər. Bir də oxusunlar.
Əgər oxunmasaq
unudulacağıq."
İstedadli yazıçı-şair Sabir Nemətzadəyə yeni-yeni əsərlər yazmaqla yanaşı möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.
Elşad Qasımov,
"Cabir Novruz” Mədəniyyət
Fondu mətbuat xidmətinin rəhbəri,
AJB-nin üzvü
Ədalət 2019.- 21 iyun.- S.7.