Qəşəm İsabəyli:

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

"Sözün kəsəsisisiləsindən

 

"Qızıl

Ölüyə ağlamır insanlar,

Heç dalıyca da baxıb,

Köks ötürmür daha.

"Qızılbilib,

Üstündə əsdiyi vaxtı,

"Uf!” demədən

Gömür Feysboka!

 

Xoşbəxt Yusifzadə

 

Bəxtiniz vurub,

Oğlunuz olsa,

"Xoşbəxtqoyun adını.

Böyüyüb,

Bəlkə

Xoşbəxt Yusifzadə oldu.

Görəsən

 

Burnum görə bilsəydi,

Gözüm deyərdim ona.

Gözüm eşidə bilsəydi,

Qulağım deyərdim ona.

Qulağım danışa bilsəydi,

Dilim deyərdim ona.

Bir şey

Dəyişəcəkdimi,

Görəsən?!

 

Hərdən

 

Gözümgörür...

Dilimdanışır...

Qulağımeşidir...

Ayaqlarımı da

Özbaşına qoymuram,

Tərs geyirəm

Ayaqqabımı hərdən

Beynim yatmasın.

 

Bəxtəvər başıma

Səhər yerimdən duran kimi

Hiss eləyirəm

Dalımca baxan var.

Çevrilirəm

Yorğan-döşəkdi ...

Bəxtəvər başıma

Bunlar da

Təşəkkür gözləyir məndən!

 

Tələ

Siçana tələ qurdum, –

Sübh gəldim ki, ilişib,

Taq-taq taqqıldayır dişi.

Gözlərinə baxıram

Hirs var, acıq var...

Başı üstdə

Qan rəngindəşüar:

"Rədd olsun insanlar!”

 

Allaha xoş getməz

Dincəlməyə

Parklarımız.

Nəfəs dərməyə

Bulvarımız.

Fəxr eləməyə

Varımız.

park...

bulvar...

var...

Allah göydən

Baxır

Axı

hacət

Ölməz çörəyinə

Cənablar?!

 

Allah Şeytan

Ümid yeridi Allah...

Şeytanı da bir əlli tutma.

Allah – insanın,

İnsan da Şeytanın

Ümid yeridi,

Unutma!

Gör indi

Günlərlə

Ağzını açmadığımdan,

Toz basıb kitablarımı.

 

Gör indi

Günlərlə

Ağzını açmadığımdan,

Toz basıb kitablarımı.

Gör indi

Beynim nə gündədi!

 

Ədalət 2019.- 29 iyun.- S.11.