Xaliq Laçınlı
Kəs əllərimi
Bilmədim necə oldu telə toxundu,
Ala günahkardı as əllərimi.
Neçəki sönməyib sinənin odu .
Götür sinən üstə bas əllərimi.
Haçansa öyrəşib belə dolanıb,
Elə bil bülbüldü gülə dolanıb,
Bilmədim barmağım telə dolanıb ,
Dogra əllərimi kəs əllərimi.
Sussayıb barına.bağı sındırar.
Əzər şamamanı,tağı sındırar.
Olar bostanına,yağı sındrar,
Bağla zülflərinlə pis əllərimi .
Nəmişə sevgidə dad-aman olur.
Bəzən də yandırıb odalan olur.
Öyrənib ,öyrəşib dadamal olar.
Qoru əllərimi,pus əllərimi
Bu yoxlar qəlbimi
bərk eyləmişdi.
Sevgimin ahları
görk eyləmiışdi.
Bəlkkə də sevgidi ərk eyləmişdi,
Yox dedin əylətdi səs əllərimi.
Bu da o fələyin
işidi bəlkə.
Xaliqin fəryadın
eşitdi bəlkə.
Soyuqlar sazaqlar üşütdü bəlkə.
De harda isidim bəs əllərimi.
Həsrətin yolları
Gülüm səni üşüdəcək,
Qışdı həsrətin yolları.
Gedəni çox.gələni yox.
Boşdu həsrətin yolları.
Solan gülü ,tikanı çox ,
Baxıb boynun bükəni çox.
Qarğayb daş tökəni
çox,
Daşdı həsrətin yolları .
Kim unudar. kim
unutmaz ,
Könlü istər gözü yatmaz.
Yel qurutmaz ,
gün qurutmaz
Yaşdl həsrətinv yolları.
Qəlb
qapısın döyən
olmaz .
Neç
dərdinə dəyən
olmaz .
Bir gün gəlib deyən olmaz
Uçdu
həsrətin yolları
Xaliq aşdı dərt başından ,
Keçdin hicran savaşından.
Ayrılığın göz yaşından,
Daşdı həsrətin yollarn .
Çəkil get
Sevib səni ürəyimə hörmüşdüm ,
Qram-qram ,para-para sökül
get.
İstəmirəm ta qarşımda
durasan ,
Gözlərimin səkisindən çəkil
get.
Daş bağlayıb bu bağrıma dözəcəm ,
Əllərimi ümüdsüz tək
üzəcəm .
Damla -damla gözlərimdən süzəcəm,
Gözlərimin qarasından ,tökül ket.
Günlərimi belə yoldun.yol apar,
Son ümüdüm bir
cığırdı yol
tapar.
Meydanımda ayrılığın at çapar .
Sənə çatan toz dumana bükül get.
Çətin kimsə,bu könlümü ovuda ,
İtirmişəm bərəmidə ovuda.
Həyat hakim .hökmü oxya vaxd uda,
Olub mənə əzabların
vəkil get .
Xaliq bilir qəm ürəyiə qənimdi ,
Zaman ovur dəyirmandı ,dənimdi,
O ürəyin sevir sevmir sənindi.
Sən elə qal xatirimdə
şəkil get.
Ədalət 2019.- 7 mart.- S.8.