Məhsəti Gəncəvi
Rübailər
Yudun xətaləri, sən ey lütfkar,
Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!
Şam başından yanar, göz yaşı tökər
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et!
Məhv olur başından ayağa qədər.
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox
da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır
yəhər.
Ayla Zöhrə kimi üzünlə gözün,
Yusiflə quyutək xalınla
üzün,
Sən buğdayı, mənsə
samantək sarı,
Samansız buğda heç gördünmü özün?!
Arvadla kişini bağlayar kəbin,
Bu işə yol
verir şəriət,
ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı
bu kəbinə yol verən bir din?
Çörəkçi yanında şagird olmuşam,
Müəzzindən qabaq yandırıram şam.
Oddan, sudan, undan
qızıl çıxarıb,
Xarabatda qızıl ələrəm
axşam.
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdəm saldım.
Kuzə
dilə gəlib dedi ki: mən
də,
Sənin kimi idim, bu
günə qaldım.
Görüşdə şəftəli
bir bəhanədir,
Alma, üzüm, duzlu
püstə, de, nədir?
Narım,
alça olma, badam gözlərim,
Üzüm giləsitək yaş tökər bir-bir.
Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal,
Nuş edək
şərabı coşsun
cah-calal.
Gecə
yar zülfü tək uzansın fələk,
Sübhün açarını sən
quyuya sal.
Gül dedi: "Bir sərv qamətli əgər-
Olsa, gözəl
bağı bir cənnət edər".
Meh tənə vurdu ki: ""Qonşun tikandı,
Qonşudur çirkinlə daim gözəllər".
Gül yola baxırdı, rəngi solmuşdu,
Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl
paltarı-
İndi parçalayıb dəli olmuşdu.
Kişi
ol əgər sən qadın deyilsən,
Bir an oxşamazsan
başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz
sən bir busə almazsan məndən!
Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət
eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan gəlmə, ey səhər!
Sən qəssabsan, mənsə qurbanınam, bax,
Dözərəm çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini
sən,
Məni öldürsən də, gəl, satma ancaq.
Şahlar
sevincinə xəbərsən,
ey gül!
Bülbülə ilhamsan, hünərsən,
ey gül!
Bu lətif hüsnünlə
qorxuram ki, sən
Sərxoş ayaqlara düşərsən,
ey gül!
Toxunma könlünə biçarə
gülün,
İncitmə qəlbini avarə gülün.
Səbanın eşqiylə olmuşdur,
ey dost,
O qanlı köynəyi sədparə gülün.
Yetməzmi, qəribə verdin
işgəncə,
Cəfanın hüdudu olmazmı,
səncə!?
Demişdin; Gəncədə kamə
yetərsən,
İndi
bu mən, bu sən, bax,
bu da Gəncə!..
Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı
bir zindanımdır.
Onun dodağından busə ver, allah,
Çünki o dodaqlar can dərmanımdır!
Vüsalınla dolu gecələr getdi,
Kirpiyimdən düşən incilər getdi.
Ürək rahatlığım, munisim, hər şey,
Sən getdin, səninlə bərabər
getdi.
Ədalət 2019.- 8 mart.- S.8.