Xurşidbanu

Natəvan

Qərənfil

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

 

Səni gülşən ara aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

 

Belə pəcmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti-ziba, qərənfil!

 

Üzündən pərdeyi-nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

 

***

 

Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,

Məsəldir mərdüm içrə: "Məst olan, əlbəttə, qan eylər".

 

Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,

Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.

 

Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm,

Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.

 

Nihani baxmağından iztirabi-könlüm, əfzundur,

cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?

 

Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,

Bəla sərmənzilində gör qafil aşiyan eylər?

 

Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı,

Hərami xeylini kim böylə gəncə pasiban eylər?

 

Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,

Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.

 

Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən

Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.

 

Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu

lakin əmr elər, mən kimi zarü Natəvan eylər.

Ədalət  2019.- 8 mart.- S.8.