Mirvarid
Dilbazi
Sən-qəhqəhə,
Mən-göz yaşı.
Hardasan, könlüm sirdaşı?
Tufanlıdır ömrün qışı.
Sən gül!
Mən gülə bilmirəm.
Şənlik içindəykən aləm,
Nədir könlümdəki bu qəm?
Neyləyim ki, mən bəxti kəm
Dərdimi bilə bilmirəm.
Qəm əyib məğrur başımı,
İtirmişəm sirdaşımı,
Selə dönən göz yaşımı
Üzümdən silə bilmirəm.
Səhrada bitmiş bir güləm,
Fəsli quraq keçən iləm.
İstəyirəm sənsiz öləm,
Neyləyim, ölə bilmirəm.
"Bölümdə
qaldıqca vətən torpağı"
Yasəmən gül açıb, bəzəyib bağı,
Qönçəyə dolubdur gülün budağı,
Bölümdə qaldıqca vətən torpağı
Mən bu gözəlliyi duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Sarmaşıb çəməndə yenə gül-gülə,
Nəğməli quşlar da gəliblər dilə,
Mən elə qəmliyəm, qəmliyəm elə,
Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə
uya bilmirəm.
Şuşam, Qarabağım, dağlar
maralı!
Siz də yaralısız, mən də yaralı,
Elim düşən gündən
sizdən aralı,
Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə
uya bilmirəm.
Sinəmdə dağı var Əskiparanın,
Ağrısı azalmırheç bu
yaranın,
Düşmənlərə qalan dağım, aranım,
Sizsiz gözəlliyi duya bilmirəm,
Bahar sevincinə
uya bilmirəm.
Gün doğub, ürəyim işıqlanmayır,
Könlümdə çıraq yox,
şam da yanmayır,
Çoxdandır saçlarım xınalanmayır,
Ürəyim şəhidlər qəbristanıdır,
Gözlərimdən axan göz yaşı deyil,
Ədalət 2019.- 8 mart.- S.8.