Sona Vəliyeva
Gəl gedək bu şəhərdən
Yığıb xatirələri də,
Gəl gedək bu şəhərdən.
Yarpaqlar saralıb,
Töküləcək qəfildən.
Sarı yarpaqlar içində,
Hər şey itib gedəcək.
Dəli xəzri küləyi,
İçimi göynədəcək.
Gəl gedək bu şəhərdən,
Bu payız mənlik
deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.
Bu torpağın kədəri,
Dumandır, başından çıxır.
Payız
qəmli qadın kimi,
Gözünü min yerdən sıxıb.
Çətin payızdan ötmək,
Qışdan bahara nə var?
Hardasa bizi gözləyən,
Bir günəşli
qapı var.
Gəl gedək bu şəhərdən,
Bu payız mənlik
deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.
***
Bir budaq kölgəyə möhtac,
Bir bulud yağışa ac,
Dərdinəmi gəzir əlac?
Düşübdü çöllü-biyaban,
Yol başlayıb
gedən karvan.
Bir yolçuluq köhnə mərəz,
Arxadan harayım yetməz,
Getdiyi yol gedər-gəlməz,
Sən nigaran, yol nigaran,
Yol başlayıb
gedən karvan.
ŞİRİN
ÇİÇƏK
Ömrümə gəlişi bahar
vaxtıdır,
Çiçəklər içində öz çiçəyimdir.
Taleyə
yazılan tanrı baxtıdır,
Lalə çiçəyimdir, qız
çiçəyimdir.
Bu da bir qismətdir,
bal dadındadır,
İlıq arzuları içində
min-min.
Balalar onsuz da bal
dadındadır,
Çiçək şirinliyin mən indi gördüm.
Ay ürkək baxışlı
körpə çiçəyim,
Sən hansı
nağıldan çıxıb
gəlmisən?
Sən mənim ömrümə gələnə qədər,
Necə yaşamışam, hardan biləsən?
Dünyanın sərvəti, varı,
dövləti
Bu çiçək balanın telinə dəyməz.
Dünya
gözlərində gülüşdü
hələ,
Qayğılar hələki eyninə gəlməz.
Ay şirin çiçəyim,
ay qız çiçəyim,
Gəlişin evimə gətirib bahar.
Hər ağac bir çiçək
bitirməyibsə,
Dünya məhvərindən
qopar, dağılar...
Ədalət 2019.- 8 mart.- S.9.