"BU MƏNƏM..."
KİTABI HAQQINDA MÜLAHİZƏLƏR
Antik yunan fəlsəfəsində iki fikir-"Özün özünü dərk et", "Özünə rəva görmədiyin şeyi başqasına da rəva görmə"-aparıcı yer tutur.
Sən kimsən Razim müəllim? -sualının cavabını oxucu, şair-pedaqoq Razim Göyçəlinin bu günlərdə işıq üzü görmüş "Bu mənəm..." kitabında ("Rəbunə" nəşri.2019) tapa bilər.
""Mən kiməm? Sualına müəllifin fikri: "Özünü tanımayan şəxs... nə cəmiyyətdə, nə də ictimaiyyət arasında nüfuz sahibi ola bilməz", Onu yaxından tanıyanların mülahizəsi.
Razim müəllim "daim kükrəyən, çağlayan, öz məcrasına sığmayan bir dağ çayıdır". (Təcnis Rəhim), "Ömrünü gənc nəslin təlim tərbiyəsi yollarında bir şam kimi əridən müəllim, yurd nisgilini ürəyində yaşada-yaşada muncuq kimi vərəqlərə düzən şair, xəmiri xeyirxahlıqla yoğrulan" (Aidə Hacıyeva), "Halalı-haramı, haqqı-nahaqqı, doğru-yalanı obyektiv qiymətləndirməyi sevən (Bahar Məmmədbəyli),yaxşılıq libasını geyinib üstündə gəzdirən" (Qətibə Məmmədova) adı böyük hərflə, yazılan bir şəxsiyyətdir.
Müəllifin heyrət bəslədiyi keyfiyyətlər:
Haram, qeybət, kin, paxıllıq, tamah,
kibi, riya, həsəd, ədavət, kələk-
(Xaqani Şirvani)
Tərcümeyi-halından: 1952-ci ildə Göyçənin Nərimanlı kəndində doğulub, "həyatın "ən şirin anlarını da, ağrılı-acılı məqamlarını da bu kənddə" tapıb, "ictimai həyat dərsini öz ailəsində alıb". 1973-cü ildə, KDPİ-nin (indi ki, Gəncə Pedaqoji Universiteti) filoloji fakültəsini bitirib təyinatla Kəlbəcərin Zəylik kəndinə göndərilib. Burada üç il müəllimlik edib. Sonra pedaqoji fəaliyyətini Göyçənin Sarıyaqub və doğma kəndində davam etdirib:
Bəzən sübhə kimi qalıram oyaq,
Sabaha soraqdır bu gün hər uşaq.
Bilik
gül-çiçəkli bir bağıdır, bir bağ,
Bir müəllim ömrü yaşayıram mən.
1988-ci
ilin qaçqınlıq dövrü:
Bu yerlər
tala yeri,
Bürc
yeri, qala yeri
Qiyamət
o gün qopar,
El köçə, qala yeri.
Xatırlama, 1988-ci ilin noyabrında ətraf kəndlərin
əhalisi də Nərimanlı kəndi
yaxınlığına toplaşır. "Qarabağ
bizimdir", "Göyçə tarixi türk
torpağıdır" məzmunlu şüarlarla mitinq
keçirilir. Moskvaya fasiləsiz teleqramlar
göndərilir. Nəticəsi olmur.
O dövr ki, Azərbaycan rəhbərindən də haray yox. Tək-tük
qoşalülə tüfənglə kəndin kənarında
post qurur, gecə-gündüz kəndin keşiyini çəkirlər.
Digər kəndlər də elə. Yəni soydaşlarımız imkanları daxilində
düşmənə müqavimət göstəriblər.
Razim ailəsi ilə Yevlağın Aran qəsəbəsində
yaşayan bacısı Nəzakətgilə
sığınır, sonra Mingəçevirdə bir erməni
evində məskunlaşır. Sapı
özümüzdən olan baltalar ailəni buradan da perikdirir.
Son
ümid qapısı acılı-şirinli tələbəlik
xatirələri ilə dolu Gəncə olur:
İkisi
də bir cüt görən gözümdür,
Göyçə də mənimdir, Gəncə də mənim.
Dilimdə
bəslənən şirin sözümdür,
Göyçə də mənimdir, Gəncə də mənim.
Gəncədə
xalq hərəkatına qoşulur, ermənilərin kütləvi
köçürülməsində fəallıq göstərir,
döyüş bölgələrində vuruşur, nəhayət,
şəhərdəki 13 saylı orta məktəbdə təlim-tərbiyə
üzrə direktor müavini kimi pedaqoji fəaliyyətini davam
etdirir.
Doğma
yurd nisgili, Göyçə odu hələ də şairin sinəsindədir:
Könlümdən
elə hey qəm-qəhər keçir,
O
şehli çiçəklər, çəmənlər
keçir.
Qəriblikdə
ömrüm bir təhər keçir,
Sellər Qaraçayı yorurmu görən?
Müəllif bir tarixçi-etnoqraf kimi bizi doğulub
boya-başa çatdığı Nərimanlı kəndinə
səyahətə aparır.
Kitaba
ön söz yazmış Ələsgər Əlioğlunun
dediyi kimi: "Bir kəndin timsalında Göyçə
mahalı ayrı-ayrı aspektdən
işıqlandırılır və adət-ənənələri,
təbiəti, flora və faunası, milli dəyərləri
epik bir tərzdə araşdırılır."
"Göyçə mahalının akademiyası kimi
tanınan" (Ə.Əlioğlu) Nərimanlı kəndindən
160 həkim, 250-ə yaxın müəllim yetişmişdir. 34 nəfər
elmlər doktoru və elmlər namizədi bu kənd
bulağından su içmişdir. Qurban Bayramov, Rasim Məmmədov,
Səfiyar Musayev, Mübariz Quliyev, Nuru Bayramov, Vidadi Musayev,
Şahin Bayramov kimi görkəmli elm adamları bu kənddən
pərvazlanmışlar.
Kənd düşünən beyinlə yanaşı,
vuran qollu igidləri ilə də fəxr edə bilər. Böyük Vətən
müharibəsi illərində kənd 247 nəfəri cəbhəyə
yola salmış onların əksəriyyəti qəhrəmanlıqla
həlak olmuş, bəziləri şikəst olmuş
yalnız az bir qismi geri dönə
bilmişdir.
Milli Qəhrəmanımız mərhum Şövqiyar
Abdullayev də bu kəndin yetirməsidir. Qarabağ uğrunda
döyüşlərdə də kənd 18 şəhid
vermişdir:
Seçmirəm
gündüzü, nə də gecəni,
Raziməm,
ümidlər yaşadır məni,
Gec-tez
düşmənlərin əlindən səni,
Almağa ərənlər gələr Qarabağ.
Dağlar əhatəsində yerləşən kəndin
münbit torpağı olmuş, nəticədə əkinçilik,
maldarlıq, arıçılıq inkişaf etmiş,
çamaatın bazara o qədər də ehtiyacı
olmamışdır. Kənddə toxumculuq işi də diqqətdən
kənarda qalmamış, qadınların toxuduqları
xalı-xalçalar hər evin bəzəyinə
çevrilmişdi. Kənddə yeddi su dəyirməni
fəaliyyət göstərmişdir.
Ulu
öndərimiz Heydər Əliyev demişdir: "Milli-mənəvi
dəyərləri olmayan millət həqiqi millət, həqiqi
xalq ola bilməz"
Nərimanlı kəndi milli-mənəvi dəyərləri
həmişə uca tutmuşdur. Qadağalar
dövründə də Novruz və Qurban bayramları yüksək
səviyyədə qeyd edilirdi.
Novruz
bayramına bir ay qalmış ev-eşikdə hazırlıq
işləri aparılması, cavanların Novruzun
axırıncı çərşənbəsi çay
qırağına yumurta və qələm qoyub baxtlərini
sınaması, lopa düzəldib atmaları, bəzən də
bu lopaların kiminsə ot tayasına düşüb
yanğın törətməsi, "günahkar"
bağışlanması və s. insanda nastalji hisslər
oaydır.
Qadın-kişi geyimlərində də millilik gözlənilirdi.
Müəllif
kənddə toy mərasimlərinə də xüsusi səhifələr
ayırır, aşıq Fətullahın toyları
"sığortalamasını",
sağdış-solduşun "vəziflərini",
camaatın xeyirdə-şərdə bir-birilərinə
yardımını nəzərə çatdırır:
"Kəndimizin adamları həmişə yumruq kimi birləşir,
bir olur, hər bir çətinliyə birgə sinə gərirlər",
Kənddə islami dəyərlər də yüksək
tutulub. XVII əsrin əvvələrindən kənddə
məscid fəaliyyət göstərib.
Kənddə onlarla din xadimi yetişmişdi. Onların əksərinin
adlarının əvvəlində hacı, kərbəlayı,
məşədi titulları olub.
Sınaqlı
şeyidlər-Seyid Bayram, Misgin Abdal, Seyid Mahmud, Seyid Abbasəli
bu gün də göyçəlilərin and yeridir. Kənd qonaqpərvərliyi ilə də
seçilib. Umumiyyətlə,
Göyçə mahalının qonaqpərvərliyi dillərdə
dastandır. Göyçə qarğışı:
"Süfrən qonaq üzü görməsin" və
alqışa: "Qonaqsız günün olmasın", Bir
evə qonaq qədəm basanda o, bütün kəndin
qonağı sayılardı, hamı istərdi ki, qonaq
onların da Süfrəsi başında əyləşsin.
"Kitabın avtobioqrafik etüdlər" hissəsini nəzərdən
keçirən hər bir oxucu Göyçənin
üzünü görməsə də, bu ulu-müqəddəs
torpağı qiyabi "səyahətə"
çıxır, hər daşı, hər qayası ilə
maraqlanır və tarixi yaşantıları gözləri
önündən keçirir (Ələsgər
Əlioğlu)
Səhər
tezdən oyanan kənd əhlinin hay-harayı, at kişnərtisi,
qoyun-quzu mələşməsi, quşların cəh-cəhi,
toyuqların qaqqıltısı, dağlardan exo verən vəhşi
heyvan nəriltisi, dağların gülü-çiçəyi,
dağ otlarından xəstələrin türkəçarə
müalicəsi, yalçın qayaların əzəmətli
duruşu, diş göynədən bulaqların zümzüməsi,
təmiz saf havası, təndirə yapılan çörəyin
xoş ətri, torpaq qoxusu bir an da olsun Razim müəllimin xəyalından
silinmir, Qaraçayın, Bağdaçayın,
Ağçayın şırıltısı bu gün də
onun qulaqlarında səslənir.
Canlanır
hər çığır, iz,
Doğma ev-eşiyimiz.
Həsrətim
olur dəniz
Göyçə yada düşəndə.
Həzin bir xatirə.
Kəlbəcərlə Göyçə arasında bir
dar dərə var, 1918-ci ilin şaxtalı, qarlı günlərindən
birində erməni təcavüzünə məruz qalan
soydaşlarımız bu dərəni keçə bilmir, həyatlarını
itirirlər. Arxadan gələn cavanlardan biri əbədiyyətə
qovuşmuş bir ananın qucağında uşaq
qığıltısı eşidir. Sən
demə, ana son nəfəsinədək öz paltarını
çıxarıb körpəsinə bükübmüş.
(Ağkilsə kəndindən olan həmin
körpə uşaq 80 ildən artıq ömür
sürmüşdür).
Bu faciəyə təbiət də qan
ağlamış, camaatı don vuran günün axşamı
güclü qar yağmış, qar nəşlərə
yorğan olmuş, ölənlərin meyiti yalnız
yazda-buzlar əriyəndə tapılmışdır. Bu faciəyə
görə həmin yer Sümüktökülən dərəsi
adlanıb.
Üstünə
nə qədər dərd-qəm götürdün,
Adına
təzədən bir ad gətirdin,
Gül-çiçək yerinə sümük bitirdin.
Sümüktökülən.
Razim müəllimin müsbət insani keyfiyyətləri
soykökündən gəlir. Sevimli şairimiz Çingiz
Əlioğlunun təbirincə desək:
Qeyrət-istəsən
bir də, istər
Min öyrət, faydası yoxdur.
Əgər
qandan gəlmirsə,
Mənəvi nemət.
Bu nəslin ulu babası Hacı Alı Nikolay
dövründə kənd əhlini öz vəsaiti
hesabına vergidən azad etmişdir.hazırda Razimin
tayfası Hacıalılar kimi tanınır.
Razimin
atası Musa kişi müharibə illərində
arxa cəbhədə briqadir kimi fəaliyyət göstərmiş,
çətinliyə düşənlərə maddi və mənəvi
köməyini əsirgəməmiş, bu
xeyirxahlığına görə camaatın hörmət və
məhəbbətini qazanmışdır.
Gəzir
dil-dodaqda hər bir əməlin,
Daim yaxşılığa uzanıb əlin.
Çırağı
olmusan obanın-elin,
Həyatda silinməz izimsən, ata.
Anası Saray xanım da kəndin sevilən
ağbirçəklərindən olmuş, çətinlik və
məhrumiyyətlərə sinə gərərək on layiqli
övlad böyütmüşdür. Yaxşı ki, ana
qaçqınlıq çağını görmədi, onun
torpağa tapşırıldığı gündən
qırx gün keməmiş qaçqınlıq
köçü başladı.
Şair
bu gün də anasının ruhu ilə danışır,
misralarını nikbinlik ruhunda kökləyir:
Razim, həyat
səni oda salıbdı,
Qəriblik üstünü yaman alıbdı.
Göyçə
fikri çəkilməz dərd olubdu,
Yurda qayıdarıq, gün gələr, ana.
Müəllifin fikrincə torpaq müqəddəsdir, həm
də bizə bolluq, bərəkət bəxş edən bir məkandır. Heç kəs
qarşısında əyilməyənlər torpaq
qarşısında səcdəyə gəlmişlər.
Şair Göyçəni "ruhumuzun
sınmış qanadı" adlandırır və
inanır ki, "bu qanadlar yenidən sağalacaq, bərkiyəcək,
məğrur qartal qanadlarına dönəcək".
Şair hər
qarış torpağında ayaq izləri qalan Göyçəyə
qayıtmaq ümidindədir:
Gəldi-gedər
bilmə məni, a Göyçəm,
Qoynuna qayıdıb gələcəyəm mən.
Gur, qara saçlara qar ələndi. Qaçqınlıq
dərdinə yaxınlarının-el ağsaqqalı
qardaşı Qannı və Nemətin, bacısı Nəzakətin,
qardaşı oğulları Vüsalın, Elxanın,
Arzumanın... əbədiyyətə qovuşması da əlavə
olundu.
Şairin sözünün əvvəli də,
axırı da Göyçədir. Doğma
yurd-yuvalarından perik düşən göyçəlilər
Azərbaycanın müxtəlif güşələrində
məskunlaşmışlar. Fəqət məsafə
uzaqlığı göyçəlilərin xeyirdə-şərdə
kompat iştirakına kölgə sala bilmir. Onlar dostluq, qohumluq, yerlilik məfhumuna bu gün də
sadiqdirlər.
Göyçə
bu gün də inildəyir, qoynunda bəslədiyi
yurddaşlarının həsrətindədir:
Dağılışdıq,
pərən-pərən olduq biz,
Tənha qaldı, inildədi Göyçəmiz.
Həsrət
adlı gur ocaqda bişdik biz,
Tənha qaldı, inildədi Göyçəmiz.
Gözəl
arzudur: "Pərən-pərən düşmüş bizlərin
yuvası yenidən isinsin, yenidən babalarımız
"Göyçəgülü" havasına qol-qanad
açsınlar".
Ağır
dərddir çünki:
Füzuli
həsrətlə qürbətdən Vətənə
baxırdı,
Mən isə
Vətəndən vətənə baxıram
(B.Vahabzadə)
Həm də şairi qocaldan yaltaqlıq, qanmazların
qananlara hökmü, xainlik və biganəlikdir. "Tülkü
şirin həvəsində, aslan tülkü tələsindədir".
"Göl
dənizi", "təpə dağı",
"çöl meşəni" bəyənməməsi və
"alimin nadana möhtac olması da şairin gözündən
yayınmır".
Razim müəllim həm də sevimli ailə
başçısıdır. 1975-ci ildə Nigar
xanımla ailə qurub, həyatın enişli-yoxuşlu
yollarında qoşa addımlayıblar. Iki
oğul, bir qız böyütmüşlər. Nəvələri vari. "Validolları" -
nəvələri ilə nəfəs alır:
Nəvələr
ömrümün pöhrələridir,
Həyatda onlarla nəfəs almışam.
Nəvələr ömrümün ləl-gövhəəridir,
Beləcə ən varlı insan olmuşam.
Kitabın üz qabığında Göyçə mahalı xəritəsinin verilməsi rəmzi məna daşıyır Tezliklə Göyçə kəndlərinə üz tutacağımıza inamımızı artırır.
FƏXRƏDDIN
SALAHOV,
FÜZULI
RÜZIGAR
Ədalət 2019.- 13 mart.- S.7.