İSTANBUL QATARI
(hekayə)
Aqata Kristi
Əyninə xəz dərili manto geymuş hündürbolu xanım platforma boyu yük daşıyanın ardınca yola düşməyə hazırlaşan qatara tərəf addımlayırdı.
"Paris-İstanbul" cədvəli asılmış sonuncu vaqonun yanında o, ayaq saxladı.
Qatar bələdçisi pilləkanda dayanmışdı.
Altı nömrəli kupe, buyurun, xanım biletini ona təqdim edərək dedi. O, bələdçinin ardınca vaqona daxil oldu. Tələsik halda irəliləyən xanım az qala qonşu kupedən çıxan dolu bədənli centlmeni yıxacaqdı. O, həmin adamın mehriban sifətini və xeyirxah baxışını gördü.
Kupedə isti olsa da, əynindəki mantonu çıxartmaq ağlına gəlmədi. Fikirli halda pəncərəyə baxan xanımın adı Elsi Ceffirs idi. Sifətində kədər və narahatlıq hiss olunurdu. Bir azdan fikirlərdən ayılıb, mantonu çıxartdı və içində zinət şeyləri olan kiçik çantanı götürüb dəhlizə çıxdı. Bu anda restoran xidmətçilərindən biri onu ötüb keçdi. Ona yol verən xanım qonşu kupeyə daxil oldu. Təsadüfən baxışları oturacağın üstünə qoyulmuş çamadana sataşdı. Bağlanmış etiketin üstündə "Parker Payn" yazılmışdı. Elsi müqəvva kimi dayanıb durmuşdu. Sonra bir neçə dəqiqə dəhlizdə dayanıb yenidən kupeyə qayıtdı və "Tayms" qəzetini götürdü. Tələsik elanları gözdən keçirib istədiyini tapmadıqda qəzeti kənara qoydu. Bundan sonra yolunu restorana tərəf yönəltdi.
Metrdotel ona çox da böyük olmayan stolun arxasında oturmağı təklif etdi. Burada artıq bir kişi oturmuşdu. Həmin adam onunla dəhlizdə toqquşan şəxs idi. Şübhə yox idi, o, çamadanın sahibidir.
Özünü əsl centlmen kimi aparan şəxs, yalnız deserti gətirəndən sonra dilləndi. Elsi kofeni içəndən sonra cəsarət edib soruşdu: Bağışlayın, dedi, mən sizin adınızı çamadanın üstündə görmüşəm. Parker Payn, təsadüfən Siz...
Kişi həmin anda onun köməyinə gəldi.
Bəli,
zənn edirəm, mən sizə lazım olan adamam!
O dərhal
Elsinin "Tayms"da axtardığı elanı oxudu:
"Siz xoşbəxtsiniz?" Əgər belə
deyilsə, o zaman mister Parker Payna müraciət edin!"
Bəli, bu mənəm, və o,
başını əyərək razılığını
bildirdi. Həmin saatda əksəriyyəti
şam yeməyini qurtarmış və restoranı tərk
etmişdi. Daha onların söhbətinə
mane olacaq kimsə yox idi.
Səhv etmirəmsə, siz tam xoşbəxt deyilsiz.
Mən...
Elsi danışmağa başlayan kimi o dəqiqə
də susdu. Lakin bir azdan hiss etdi ki, mister Payın burada
olması onu sakitləşdirir.
Bəli, elədir. Mən bədbəxtəm. Hər halda çox narahatam.
Payn xeyirxahlıq əlaməti göstərərək
xanımı dinləməyə hazırlaşdı.
Bilirsinizmi, o, söhbətini davam etməyə
başladı, çox qəribə vəziyyətə
düşmüşəm. Mən İstanbula ərimin
yanına gedirəm. O, iki həftə əvvəl
lazım olan bir iş üçün ora gedim və mənim
qayıdacağım günə bütün işlərini səhmana
salmalı idi.
Siz deyəsən, qısa müddətdir ki evlənmisiniz?
Biz il yarım əvvəl ailə qurmuşuq.
Nikahınızdan razısınızmı?
Əlbəttə. Edvard əsl mələkdir. Onun beyni
müxtəlif puritan prinsipləri ilə doludur, ancaq qəlbi
təmiz adamdır, deyə, əlavə etdi.
Sonra.
Onun gedişindən təxminən bir həftə sonra mən
masanın üstündə bir kağıza diqqət yetirdim. Orada bir
neçə sətir çap olunmuşd və mən zarafat
üçün onu güzgüyə
yaxınlaşdırdım. Əlbəttə, bu, bir az gülməli çıxır, mister Payn, mən
ərimin ardınca cəsusluq etmək fikrində deyildim. Mətni asan oxumaq olurdu. Əvvəlcə
"arvadım" sözü yazılmışdı, sonra
"İstanbula gedən ekspress" və nəhayət
"yaxşı olar bu işi Venetsiya dayanacağına
çatmamış etmək lazımdır".
Xanımın sözü qurtardı.
Qəribədir, mister Payn təəccübləndi. Bu, ərinizin
xətti idi?
Əlbəttə. Ancaq nə qədər fikirləşsəm
də, bu məktubu yazanın nə demək istədiyini
başa düşmədim.
Elsi misterin fikrini öyrənmək məqsədilə
onun gözlərinə baxmağa çalışdı.
İndi nə edəcəyimi bilmirəm.
Deyəsən, Venetsiya dayanacağını gözləməli
olacayıq.
Qatar Venetsiyaya sabah saat 14.27 dəqiqədə
çatacaq. Bu işi mənə həvalə
edin.
Səyahət çox rahat davam edirdi. Ertəsi günü
Venetsiyaya çatmağa az qalmış
hiss olunurdu ki, cavan qadın həyəcan keçirir. Onun yalvarışlı gözləri mister Payna
dikilmişdi.
Sakit olun,
dedi, mən yaxınlıqdayam...
Elə bu
an dəhlizdə bər
qışqırtı eşidildi.
İlahi!
Baxın! Qatar yanır.
Həmin anda Elsi və Parker Payn dəhlizə
çıxdılar. Qışqıran qadın xarici
görünüşündən polşalıya
oxşayırdı. O vahimə ilə qapını, dəhlisin
bir küçcündən gələn tüstünü
göstərirdi.
Kupedən çıxan sərnişinlərin həyəcanlı
səsləri eşidilirdi.
Bu vaxt qatar bələdçisi də gəldi.
Madam və mesye, narahat olmayın, hər şey
qayasında düşəcək.
Gözlənilmədən mister Payn adamların əhatəsindən
çıxaraq, Elsinin kupesinə daxil oldu. Açıq
pəncərənin qarşısında həmin
polşalı qadın oturmuşdu.
Bağışlayın, madam, deyəsən kupeni səhv
salmısınız.
Bilmirəm,
mən şok vəziyyətinə düşmüşəm,
axı ürəyim...
O tənginəfəs
halda divara söykənmişdi.
Qorxmayın, yanğın baş verməyib.
Doğru deyirsiniz? Allaha şükr! Elə isə mən
özümə gəldim, rahat öz kupemə gedə bilərəm.
İndi yox, Payn mülayim səslə etiraz etdi. Bir qədər
gözləməli olacaqsınız, madam.
Meste, siz
həddinizi aşırsız!
Madam, siz
gözləməli olacaqsız! bu dəfə
o qətiyyətlə dedi.
Qadın oturdu. Bu vaxt Elsi içəri daxil oldu.
Deyəsən, bu sadəcə şaşkadan
açılan tüstüdür. Kimsə axmaq zarafat
edim. Elsi qonağı görcək susdu.
Missis Ceffris, - deyə, mister Payn ona müracət etdi. Siz kiçik
al-qırmızı qutuda nəyi isə saxlayırdız?
Zinət şeylərimi.
Bəlkə, lütfən, açıb baxasız,
hamısı yerindədirmi?
Polşalı qadın gurultulu sözlər işlətdi.
Elsi qutunu götürdü.
O! Onu
açıblar! Qışqıraraq,
hamısı yox çıxıb. Mənim
brillyantlı qolbağım, boyunbağım, üzüklərim,
bəzək sancaqlarım. Mister Payn, indi mən nə
edim?!
Bələdçini çağırın gəlsin, mən
isə bu qadının burada qaımasını izləməli
olacağam.
Alçaq,
əcaib heyvan! polşalı xanım gur səsini
ucaltdı. Məni nə hesab edirsiz?
Elə bu
vaxt qatar Venetsiyaya çatdı. Şübhəli qadını axtardılar, ancaq zinət
şeylər onda yox idi.
Venetsiya ilə Triyest arasındakı məsafə
zamanı mister Payn və Elsi hadisəni müzakirə edirdilər.
Axırıncı dəfə zinət şeylərinizi
nə vaxt görmüsüz?
Bu gün səhər. Mən göy yaqutlu
sırğalarımı çıxarıb qutuya qoydum.
Bəs bələdçi səhər saat neçədə
kupeni təmizləməyə gəldi?
Kupedən çıxanda qutunu özümlə
götürdüm. Mən həmişə onu özümlə
gəzdirirəm, heç bir yerdə onu qoymuram qalsın.
Təkcə bir dəfə, yanğına baxmaq
üçün qaçdığım vaxtda qutu kupedə
qalmışdı.
Beləliklə, mister Payn belə nəticəyə gəldi
ki, madam Subayskaya müqəssir sayılmasa da, onu oğru hesab
etmək olar.
Bəs, görəsən, o zinət
daşları harada gizlədə bilərdi?
Yəqin onları pəncərədən kiməsə
atıb.
Ola bilər,
lakin həmin vaxtda qatar dənizin
üstündən keçirdi.
Sizcə kupedə, hansı yerdə onu gizləyə bilərdi?
Gəlin axtaraq.
Elsi qızışmış halda axtarmağa
başladı, ancaq heç nə tapılmadı.
Mister Parker,
siz bu işdə müvəffəqiyyət qazana bilməzdiz,
ittahamlı tərzdə dedi.
Əzizim, siz mənim detektiv qolmadığımı nəzərə
almalısınız. Oğurluq və cinayətlər mənim
ixtisasım deyil. İnsani hisslər və
ehtiraslar isə mənə daha yaxın olan elm sahəsidir.
Mənim
zümrüd qaşlı olbağım, onu mənə Edvard nişan gecəsindən sonra
bağışlamışdı.
Qatar hərəkətini azaldırdı. Mister Payn pəncərədən
boylandı.
Triyest. Mən bir-iki nəfərə teleqram göndərməliyəm,
deyib, vaqondan düşdü.
Qatar İstanbula çatanda Elsi ona tərəf tələsərək
gələn ərini gördü. Həmin anda o,
oğurlanmış zinət şeylərini və
kağız üzərində yazılmış qəribə
sözləri də unutdu. Edvard onun
üçün dünyada ən qiymətli və əziz
insan idi.
Stansiyadan
uzaqlaşarkən Mister Payn onları səslədi:
Missis Ceffris, mümkünsə yarım saatdan sonra
"Tokatlian" hotelinə yanıma gəlin. Zənn edirəm,
sevinmək üçün sizə demyə məndə
şad xəbər olacaq.
Elsi qətiyətsiz halda ərinə baxdı. Sonra o,
kişiləri bir-birinə təqdim etdi.
Elə bilirəm, arvadınız zinət şeylərinin
oğurlanması barədə sizə teleqram göndərib. Moster Payn dedi: mən
bacardığımı elədim, çox
çalışdım oğurlanmış zinətlər ona
qaytarılsın, zənnimcə yarım saatdan sonra ona təzə
söz deyə biləcəyəm.
Edvard
Elsiyə baxdı və həmin dəqiqə cavab verdi.
Əzizim, mənə elə gəlir ki, sənin getməyinin
nəticəsi yaxşı olar. Hotel "Tokatlian",
mister Payn?
Yarım saatdan sonra xidmətçi Elsini mister Paynın
otağına dəvət etdi. O, xanımı qarşılamaq
üçün ayağa qalxdı.
Siz, deyəsən,
bura gəlməyə peşimansınız, missis Ceffris, dedi. Bunu inkar etməyin, mən sehrbaz rolunu oynamaq istəmirəm,
ancaq bacardığımı edirəm. Bura
baxın, o, stolun üzərindəki qutunu ona tərəf
çəkdi. Elsi qutunu açdı.
Boyunbağı, qolbaq, üzüklər
hamısı yerində idi.
Mister
Payn, bu ki möcüzədir. Bu... nə
gözəl tapıntıdır!
Ledi, mən çox şadam ki, sizin ümidinizi
doğrulda bildim.
Nə
gözəl, mister Payn! Sizinlə bir qədər
qeyri-etik rəftar etdiyim üçün indi xəcalət
çəkirəm. Necə oldu ki, siz
bunları tapdınız?
Mister Payn fikirli halda başını
yırğaladı.
Bu, uzun əhvalatdır,
dedi. Yəqin ki, haçansa bunu eşidəcəksiniz.
İndi niyə bilmək olmazmı?
Bunun bir neçə səbəbi var.
Elsi hadisənin səbəbini bilməyə
çalışsa da, istəyinə nail olmadan
çıxıb getdi. O gedəndən sonra mister Payn şlyapasını və
əl ağacını götürüb küçəyə
çıxdı. O, balaca kafeyə gəlib, iki fincan kofe
sifariş etdi. Bir neçə dəqiqədən
sonra bir nəfər gəlib onun yanında oturdu. Bu, Edvard Ceffris idi.
Payn ikinci
fincanı göstərərək dedi: mən sizin
üçün kofe sifariş etmişəm.
Edvard
kofeni kənara çəkərək mister Payndan yavaşca
soruşdu:
Necə oldu ki, siz bunu bildiniz?
Ardvadınız yazılmış kağız barədə
sizə heç nə deməyib? Yox? Vaxt tapıb, sizə hər şeyi danışacaq.
O, Elsidən
eşitdiyi əhvalatı qısaca söylədi.
Beləliklə, mister Payn davam edirdi məktubda
yazılanların Venetsiyaya çatmamışdan əvvəl
qatarda baş vermiş hadisələrlə bilavasitə əlaqəsi
var. Yalnız sizə məlum olan səbəblərə
görə nişanlınızın zinət əşyalarının
oğurlanmasını özünüz təşkil etmisiniz. Ancaq bu qəribə ifadə:
"yaxşı olar bunu Venetsiyaya çatmamış edəsiniz"
mənə aydın olmadı. Sonra başa
düşdüm ki, məsələ nə yerdədir. Xanımınızın zinət şeyləri siz
getməmişdən qabaq oğurlanmışdı. Siz onları saxta olanlarla əvəz etmisiniz. Məsələnin bu cür həlli sizi razı
salmırdı. Axı, siz xeyirxah
adamsız və istəməzdiniz ki, sirrin üstü
açılsa, qulluqçulardan biri şübhə altına
düşsün.
Oğurluq elə yerdə və elə şəraitdə
olmalı idi ki, nə tanışlardan, nə də
qulluqçulardan birisi müqəssir sayılsın. Köməkçinizdə
zinyət qutusunun ehtiyat açarı və tüstü
şaşkası olub. Lazım olan dəqiqədə
o, həyəcan qoparır və xanımınızın
qaldığı kupeyə özünü atır. Sonra qutunu açır və saxta metalları pəncərədən
dənizə atır. Üzərində
heç nə tapılmadığı üçün onu
oğurluqda günahlandırmaq olmazdı. İndi
hansı vaxtda oğurluğun baş verməsi də aydın
olur. Əgər saxta zinət şeylər
dəmiryolu xəttinin üzərinə düşsəydi,
onu tapmaq olardı. Deməli, bu işin
icraçısı yalnız qatar dəniz
üzərindəki körpüdən keçən vaxtda
olmalı idi. Siz sinət şeylərinizi buraya
satmağa hazırlaşırdınız. Ancaq xoşbəxtlikdən vaxtında vurduğum
teleqram bu sövdələşməyə mane oldu. Siz mənim təlimatımı yerinə yetirərək
zinət dolu qutunu "Tokatlian" hotelinə gəldiyim vaxtda
gətirdiniz. Qabaqcadan bilirdiz ki, əks
halda mən bu işi polisin ixtiyarına verməli olacağam.
Edvard Ceffris acizanə halda mister Payna baxırdı.
O, cazibəli
cavan oğlan idi.
Mən bütün bu işləri necə izah edim? Əlbəttə,
indi sizin qarşınızda mən oğruya bənzəyirəm.
Yox, Payn
dedi: Əksinə, mən deyərdim siz xəstəlik dərəcədə
təmiz adamsız. Məndə insan xarakterlərinin
təsnifatı var. Siz aldanmışların qrupuna aidsiz.
İndi hər şeyi olduğu kimi mənə
danışın.
Mən bunu yalnız bir sözlə deyə bilərəm
şantaj.
Doğrudan?
Siz mənim xanımımı gördünüz və
anladınız, o, saf ürəkli, mələk kimi
günahsız məxluqdur. Böyük ideallarla tərbiyə
alıb. Əgər bu işlərdən xəbər
tutsa, məndən uzaq düşər.
Dostum,
deyin görüm, nə günah işlətmisiniz? Zənnimcə, bu, başqa bir qadınla əlaqədardır.
Edvard işarə ilə təsdiq etdi.
Bəli, bu bizim toyumuzdan əvvəl, xarici ölkədə
olmuş əhvalatdır. Qaldığım
hoteldə missis Rossiter adında cavan xanım
yaşayırdı. Onun ərinin bəzən
qəzəbli tutmaları olurdu. Bir gecə
o vahimə ilə mənim otağıma qaçıb gəldi.
Və... səhərə kimi
qalmağını xahiş etdi. Mən nə edə
bilərdim?
Payn cavan oğlanın gözlərinə baxdı. Üzündən aydın
hiss olunurdu ki, o, doğru
danışır.
Başqa sözlə desək sizə yaman baş
ağrısı veriblər, mister Ceffris. Bu, köhnə
üsuldur. Elə bilirəm, toy
gününüz elan olunandan sonra sizi aldadıb kəməndə
salıblar.
Bəli, mənə məktub gəldi. Əgər
lazım olan pulu ödəməsəm, onlar hər şeyi
olduğ kimi gələcək qayınatama danışacaqlar.
Özgə xanımın gecə vaxtı
yaşadığım nömrəyə gəlməsini,
bundan sonra ərinin məhkəməyə, ayrılmaq barədə
müraciət edəcəyini yazmışdılar.
Aydın məsələdir. Siz pulu ödədiz.
Sonra kəməndi daha çox sıxmağa
başladılar.
Bəli.
Böhran biznesimə güclü zərbə
vurdu. Mən böyük miqdarda pulu
nağd ödəyə bilmədiyim üçün bu
planı reallaşdırmaq istədim.
O
fincandakı kofeni içdi.
Mister
Payn, indi mən nə edəcəyimi bilmirəm.
Mənə
arxayın ola bilərsiz. Boynunuza
kəməndi salıb sizi boğanlarla haqq-hesabı
özüm aparacağam. O ki, qaldı sizin xanıma, gərək
təcili onun yanına gedib və bu əhvalatı olduğu
kimi danışmalısınız. Onu başa
salmalısınız ki, sizi fərsiz uşaq kimi
aldadıblar.
Axı...
mən...
Dostum mister Ceffris, siz qadınları
tanımırsınız. Əgər qadın
Don Juanla maymaq arasında seçim etmiş olarsa, o, Don
Juanı seçəcək. Sizin
arvadınız böyük idealı olan ağıllı
xanımdır. Nikahınızın stabil
olması üçün onu inandırmağa
çalışmalısınız ki, o, sizin kimi avaranı tərbiyə
edə bildi.
Edvard Ceffris onun dediklərinə diqqətlə qulaq
asırdı.
Mister Payn sözünə davam edərək dedi, siz məni düzgün başa düşdüz? Xanımınız hal-hazırda sizi sevir. Əgər özünüzü çox sədaqətli və etibarlı adam kimi göstərməyə çalışsanız, o sizdən üz döndərə bilər. Bir bəhanə ilə onun yanına gedin, sonra isə başa salın ki, onu görən gündən keçmişdə olanlarla həmişəlik uzaqlaşmısınız. Oğurluğu da o məqsədlə etmisiniz ki, olmuş əhvalatı tamam unutsun. İnanıram, o sizi bağışlayar.
Bağışlamağa əsas yoxdur axı...
Olan oldu, hər şey keçmişdə qalacaq. Ailə həyatının əsas aksioması budur; siz gərək qadına yalan deyəsiz. Bu, onun xoşuna gəlir. Gedin, üzr istəyin. Sizi inandırıram, bu gündən etibarən arvadınız sizi izləyəcək. Asan yolla kişini ələ keçirməyi qadınlar xoşlamırlar.
Edvard Ceffris ayağa qalxdı.
Siz buna əminsiz?
Mən
bilirəm, mister Payn inamla cavab verdi.
Ruscadan tərcümə
edəni
Həsən
Tağıyev
Ədalət.-2019.-14 mart.-S.8.