“YOLA OBAŞDAN ÇIXASAN”
Ötən ilin
sonlarında Azərbaycan oxucusunun
qapısını bir kitab
döyüb. Həmin kitabın müəllifi
Güloğlan Dünya
sözə, şeirə, bütövlükdə isə
insanın ruhuna öz
düşüncələrini, öz
duyğularını kökləməyi bacaran
bir qələm adamıdır. O, təkcə
düşüncələrilə bir-birinin
ardınca düzdüyü misralarıyla
deyil, həm də sözə verdiyi dəyərlə və bir
də özünün insanlıq
mentalitetilə həmişə diqqətiçəkən bir ziyalıdır. Və bu
insanın davranışı da, dünyaya baxışı da,
sözə münasibəti də özünün
sözə olan sevgisi
qədərdi. Yəni o, nə yazırsa,
nədən yazırsa onun içərisində
özünü, düşüncələrini,
bütövlükdə isə ruhunu görür. Bu da onun torpağa,
vətənə, yurda
bağlılığından qaynaqlanır...
Güloğlan Dünya həm də itirdiklərini,
bütövlükdə isə bizim
hamımızın itirdiklərimizi şeirləşdirir. Onu misra-misra
yaddaşımızda təzələyir və deyir ki:
Dağları cənginə alsa
da tufan,
Uca
zirvələrdən qar aparmasın.
Tinklər
pərvazlanıb ağac olmamış,
Tək bircə tər qönçə, qar aparmasın.
Torpağa can qoyub, bağ,
bağça salaq,
Alaq otlarını
kökündən yolaq.
Toxum səpiləndə göz-qulaq
olaq
,Elin, bərəkətin
sar aparmasın.
Əməlinə güvən, vardan
etmə bəhs,
Ömür gedəridi, haqq üstündə əs.
Qara yel əsəndə qabağını kəs,
Yanar ocağından
qor aparmasın.
Güloğlan, hər qəlbi
şər qıra bilər,
Ürəkdən sevgini qopara bilər.
İstəsə ahılı apara
bilər,
Təki cavanları gor aparmasın.
Bəli, bu şeirin son bəndini ruhu ilə bütün mövzunun özü əslində bir bütövlüyü ifadə
edir. Təsəvvür edin ki, göydələn bir binanını mərtəbələrinin
dözümü, davamiyyəti,
tarazlığı kökün,
torpağın üzərində
bərtqərar olubdu.
Həmin
o bütöv sistem cavanlaşa-cavanlaşa daha
da möhkəmləşir.
Bax, bu mənada şairin arzusu, duası gerçəkliyin
ifadəsinə çevrilir.
Bununla da qələm adamı oxucu önündə özünün iç dünyasını həm
ifadə etmiş, həm də təsdiq etmiş olur. Və hətta xatırlayır
ki, mənə, sənə könlünü
açmayıb. Burda söhbət
şairlə oxucusu arasında olan dialoqdan gedir. Çünki şair yazır:
Qəfildən sən mənim
qarşıma çıxdın,
Ürkək baxışınla dalana sıxdın.
Bu könül taxtımı
uçurub yıxdın,
Mən sənə
könlümü aça
bilmədim.
Hisslərim uyub, sənlə
tanışdım
Elə bil ki, neçə qarlı dağ aşdım.
Gövhərdən söz açdım,
ləldən danışdım,
Mən sənə
könlümü aça
bilmədim.
Qəlbim
fəryadını duyub
oyandım,
Yetim hisslərimi
dərk edim andım.
O abır-həyanı görüb,
utandım,
Mən sənə könlümü
aça bilmədim.
Bu şeiri oxuduqca
müəllifin keçirdiyi
duyğuları yaddaşımda
təzələyirəm.
Və mənə
elə gəlir ki, ilk sevgisini ifadə etməyə cəsarəti çatmayan
gənc bir oğlan yol üstündə dayanıb
sevdiyini gözləyir. Bu gözlənrinin sonunda isə bir ümid
işığı var. O işığın
dalınca müəllif
getməyə hazırdır.
Çünki o, bütün
mənalarda sevgini hər şeydən üstün tutur və düşünür
ki, bir az ləngisə gec olacaqdı. Ona görə də yazır:
Sevgilinin
nazını çək,
Atıb getsə gec olacaq.
Yurdunu qoru nankordan,
Satıb getsə gec olacaq.
Bir anda çöz kədərini,
Nura bələ
səhərini.
Vaxtında dər bəhərini,
Ötüb getsə gec olacaq.
Hey söz açıb orda-burda,
Qoyunu tapşırma
qurda.
Xarı
qoyma düşə yurda,
Bitib getsə gec olacaq
Sirrini söyləmə yada,
Başa dildən gələr xata.
Qoyma şər aranı qata,
Qatıb getsə gec olacaq.
Bəli,
şairin vurğuladığı,
kökləndiyi ruh bizim hər birimizə tanış,
bizim hər birimizin qarşılaşıb
gördüyümüz məqamlarla
üst-üstə düşür.
Sadəcə olaraq, Güloğlan
Dünya bizim gördüklərimizi bizdən
fərqli olaraq şeirə çevirə
bilir. Onu ədəbi janrların
boy biçiminə uyğunlaşdırır.
Və nəticədə bayatılar
da, tapmacalar da, rübailər də, qəzəllər də onun poetik
ifadəsi olan misralara çevrilir.
Məsələn, Güloğlan
Dünya yazır:
Səsi,
küyü, hayı var,
Dənizlərdə payı var.
(Çay)
O nədir üç dişi var,
Ocaq ilə işi var.
(Sacaq)
Və yaxud:
Dəyər versən işinə,
Bahar dəyər
dişinə.
(Atalar sözü)
Qulluq etsən haqqa sən,
Xoş gələrsən
xalqa sən.
(Atalar sözü)
Gülləri biçmək olmaz,
Şor suyu içmək olmaz.
Asılsan da anadan,
Vətəndən keçmək olmaz.
(Bayatı)
Qaçma məndən sənəm
sən,
Mənim bircə dənəmsən.
Yaxına
gəl qovuşaq,
İstədiyim sənəmsən.
(Bayatı)
Bəli, müxtəlif janrlarda bədii ifadəsini oxucuya
çatdıran, sözə könül
verən Güloğlan Dünya
özünün "Yola
o başdan
çıxasan" kitabıyla ədəbi ictimaiyyətin
önünə çıxıbdı. Kitabın redaktoru dəyərli şairimiz
Əşrəf Veysəlli və bütövlükdə bu bədii söz toplusunun araya-ərsəyə gəlməsi bir daha göstərir ki, ilhamı coşqulu, qaynar olan söz
adamları üçün zamanın və
yaşın önəmi yoxdur.
Əsası odur ki, runu, ürəyini ifadə edəsən. Güloğlan Dünya bunu bacarır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2019.- 15 mart.- S.6.