ON İKİNCİ
(xarici novella)
MAKS
YURBİNİ
"Kolumb" stadionu onun aləmində kiçik cənnətməkan yer sayılırdı. Həftənin dördüncü və bazar günlərində o, üzvlük biletini qürurla göstərərək soyunub-geyinmə otağına daxil olurdu. Bəli, o, "Resinq" klubunun üzvü idi.
Həmin vaxtlar Maksın 13 yaşı vardı və o, ağ-mavi köynəkli futbolçuların ünvanına söylənilən tənqidlərlə heç zaman barışmazdı.
Maks həmişə pərəstiş etdiyi futbolçuları müdafiə edər, gecə və gündüz onlar haqqında fikirləşərdi. Hətta sevimli komandasının göstərdiyi uğurlu nəticələri ətraflı şəkildə xüsusi gündəlikdə fərəhlə qeyd edərdi.
Ancaq bir dəfə, 1938-ci ilin qış günündə həmin bu gündəliyə görə o gözlənilmədən çox qəribə şəkildə cəzalandı... Coğrafiya dərsinin qızğın vaxtında "Resinq"in gənc azarkeşi ölkə çempionatının növbəti turun nəticələri barədə qeydlər edərkən müəllimin səsi eşidildi:
-Suz, orada parta arxasında nə isə yazırsınız?
-Kim... mən, mosye? - deyə o, cavab
verdi.
-Bəli, Siz! Bu qədiqə atlasın altında nəyi gizlətdiyinizi göstərin!
-Axı, mosye, mən elə bir pis iş
görməmişəm.
-Göstərin baxaq!
Maks üzərində
iri hərflərlə
"Resinq-futbol" yazılmış
dəftəri ona tərəf uzatdı.
Müəllim ucadan oxudu...
-Xidenin gözəl oyunu hesabına "Resinq" "Lillə"
qalib gəldi. Bu nədi belə?
-Məqalə, - deyə, gənc jurnalist etiraf etdi.
-Məqalə? Siz, bizi məsxərəyə
qoyursuz, nədir?
Deməli
belə: əgər yüz dəfə "Resinq" sözünü
yazsanız da sizin yaşda oğlan üçün bu, ciddi qəbul
olunmayacaq.
-Axı, mösye...
-Lap iki yüz dəfə!
Tənəffüs zamanı Maks, əlbəttə, hər tərəfdən hücuma
məruz qaldı.
-Hə, maestro, deyin görək "Resinq"in
məşqləri necə
keçir?
-Yazdığın tapşırığı
kluba apar, bəlkə orada kim isə
sənin əvəzinə
onu həll edər!
-Uşaqlar, diqqətiniz bu reportyorda olsun...
Maks isə məğrur halda onların cavabını verdi:
-İstədiyiniz qədər
gülə bilərsiniz,
sarsaqlar! Axı "Resinq"in qələbəsinin
sizin üçün
heç bir əhəmiyyəti yoxdur.
Ancaq mən komandanın azarkeşiyəm.
Maksa "Resinq"
ilə "Lill" arasındakı oyun zamanı meydandan çıxan topları qaytarmaq tapşırığı
verilmişdi. O, buna çox sevinirdi, çünki bu işə böyük məna verirdi.
Görüşün başlanmasına bir saat qalmış Maks tam hazır vəziyyətdə idi. Soyunub-geyinmə otağının dəhlizində
qızışdırıcı hərəkətlər edərək,
futbolçuların çıxmasını
səbirsizliklə gözləyirdi.
Birinci
Rudi Xiden görsəndi.
Əynində ağ yaxalıqlı məşhur
qara futbolka var idi. O, dövrün
güclü qapıçılarından
sayılırdı.
Məşhur qapıçının məharətli
oyununa valeh olan on üç yaşlı Maks Xideni görəndə qürur hissi keçirirdi.
Həmin gün onun çoxdan
arzuladığı görüş
reallaşacaqdı. Rudi onun
saçlarını tumarlayaraq
gülərək dedi:
-Hər şey qaydasındadır, gələcək
çempion!
Hansı komandada oynayırsan?
-"Zebrlərdə", mosye Xiden, biz indi "Resinq"in kiçik yaş qrupunda birinci yerdə gedirik, balaca futbolçu qızararaq cavab verdi.
-Bəs bu gün
kiminlə oynamalısınız
"Pinqvinlərlə"?
-Heç kimlə. Biz oyun zamanı
meydandan çıxan
topları Sizə qaytarmalıyıq.
-Sizcə, "Lillə"
qalib gələcəyikmi?
-Bəli, ancaq çətin görüş
olacaq.
- Elədir... Sən mənim qoruyacağım qapının arxasında dayansan yaxşıdır,
əgər görsən
ki, matçın sonuna yaxın vəziyyət çətindir
onda ümid sənə qalacaq!
Bu sözü eşidən
Maks çaşıb
qalmışdı. Necə yəni
"ümid sənə
qalacaq!" Bu söz ona aydın
olmadı. Şübhəsiz,
usta qapıçıya
arxayın olmaq lazımdır. Ancaq məcburiyyət qarşısında qalsam,
bunu necə etməliyəm? Bu sualı
ona vermək istəyən anda məşqçi komandanı
yığıb, sonuncu
tapşırığını verən dəqiqədə
Rudi dedi fikir eləmə! Tezliklə hər şey
aydın olacaq.
Oyunun qurtarmasına on beş
dəqiqə qalırdı.
Həmişə olduğu kimi
son dəqiqələr çox
gərgin keçirdi.
"Resinq"in hesabında
bir top artıq idi. "Lill"in
futbolçuları oyunda
bərabərlik yaratmaq
üçün var gücü ilə çalışırdılar. Vanduren, Kolosai, Vingelman, Biqo hamısı bir nəfər kimi rəqib meydançasında
gərgin mübarizə
aparırdı.
Kolosainin
güclü zərbəsindən
sonra top qapı dirəyinin yanından keçdi. Maks cəld qaçaraq həmin dəqiqə topu gətirib Xidenə verdi.
Rudi üzünü ona
tərəf çevirərək
dedi:
Tələsmə, indi vaxtı uzatmaq olar, anladın?
O necə hərəkət edəcəyini yaxşı
başa düşdü.
Deməli, "ümid sənə
qalacaq" ifadəsinin
mənası bunu nəzərdə tuturdu.
Həmin
andan etibarən Maks dönüb oldu qapıçıya şərik. O, vaxtı
uzatmaq məqsədilə
hər cür imkandan istifadə etməyə çalışırdı.
Qaçış yolunda fikirli
halda dayanıb, ətrafa göz gəzdirir, qaçmaq əvəzinə yavaş-yavaş
addımlayır, qəsdən
topu yerə salır, sonra isə götürüb qapıçının dayandığı
tərəfə atırdı.
Rudi isə xəlvəti
gülümsəyərək təkrar deyirdi:
Əhsən! Beləcə, bu
ruhda davam elə!
Bu işin məkirli
olması açıq-aşkar
görünürdü. Baş hakim mosye
Merk üçün də bu komediyanın
uzadılmasının səbəbi
aydın idi.
Ancaq bu, Xidenin "köməkçisini"
nəinki ruhdan salmırdı, əksinə
o, yersiz və mənasız hərəkətlərini
daha səylə davam etdirirdi.
Mosye Merk oyunu saxlayır və künc zərbəsini təyin etməmişdən qabaq
"Resinq"in on ikinci
oyunçusunu soyunub-geyinmə
otağına göndərdi.
Beləliklə, Maks futbol tarixi ərzində meydandan qovulan yeganə top verən oldu. Lakin bir
neçə vaxtdan sonra o, tuneldən çıxan Xidenlə qarşılaşan məqamda
mükafatlandırıldı:
Hə,
dost biz necə rəqibi
istədiyimiz kimi bəzədik. Əlbəttə,
bu işi sənin köməyinlə
bacardıq, əlini dostcasına onun çiyninə qoyaraq dedi.
İndi
elə bilirəm, siz başa düşürsüz
ki, Maks ertəsi günü müəllimdən aldığı
cəzaya niyə rişxənd edirdi: məgər baş vermiş hadisə ilə müqayisədə
bu, onun üçün nə dərəcədə əhəmiyyətli
ola bilər.
Tərcümə
edəni:
Həsən
Tağıyev
Arayış: Xiden Rudolf (Rudi)
Avstriyada 1909-cu ildə doğulub.
"Viner SK" (Avstriya)
və "Resinq" (Fransa)
komandalarının qapısını qoruyub.
1930-1938-ci illərdə Avstriya milli kpmandasının heyətində 34 matçda oynayıb.
Dünyanın güclü qapıçılarından biri sayılır. Ucaboydur,
rəqib hücumçuları ilə qarşılaşanda cəsarətlə
çıxış edirdi. Zirəkliyi və
hündürə tullanmaqla
tamaşaçı alqışlarını qazanırdı. Çox inamlı və effektli
oyun nümayiş etdirirdi.
Ədalət 2019.- 1 mart.- S.8.