TƏRƏQQİ: QƏDİM - MÜASİR ŞƏKİ

Yazıya başlarkən anidən xatırladım ki, 15-20 il bundan əvvəllər Şəki kimi məşhur bir şəhərin mühüm statistik istiqamətləri necə bərbad, pessimist əhval yaradırdı. Bağlanan müəssisələrin, sosial-iqtisadi vəziyyət baxımından qeyri-müəyyənliyin mirası olaraq şəhər əhalisinin azalması faktları da təşviş doğururdu. Düzdür, bu hal tam demoqrafik məna daşımırdı. Sadəcə, işsizlik üzündən başqa yerlərə axın prosesi davam edirdi.

İndi hamı bilir ki, vəziyyət tamam başqadır. İndi Şəki heç özünün əvvəlki sərhədlərinə də sığmır bir şəhər kimi. Cənab Prezidentin qayğı və diqqəti sayəsində Şəkinin istər qədim şəhər üzərində müasirləşməsi, genişlənməsi, çoxsaylı yeni tikililərin ucaldılması, istərsə də kənd təsərrüfatı və sənaye potensialının yükləsdilməsi bu yurdun keçmiş şöhrətini, ad- sanını özünə qaytardı. Heç bilirsiniz, son illər Şəkiyə xarici ölkələrdən nə qədər turistlər gəlir? Nəticə əlbəttə ki, ürəkaçandır, sevindiricidir. Sosial-iqtisadi inkişafın nəticəsi olaraq əhali arasında məşğulluğun formalaşması, işsizliyin mərhələlərlə aradan qaldırılması əhalinin rifah halının da yüksəlişinə təminat yaradır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov öz komandası və təəssübkeş sakinlərlərlə birlikdə cənab Prezidentin müstəsna qayğısına məhz belə işgüzar və fədakar fəaliyyətlə cavab verməkdədir. İnkişaf, müasirləşmə, yeni yerlərinin açılması bir sıra problem və çatışmazlıqları aradan qaldıraraq insanlarda nikbin əhval-ruhiyəni gücləndirir.

Günümüzün Böyük Şəhəri belə görünür, belə yaşayır, belə şöhrətlənir...

Şəkidə keçirilən ümumrayon yığıncağında 2018-ci ilin yekunları müzakirə olunarkən bu məsələlərə də xüsusi önəm verilmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məruzə ilə çıxışında demişdir:

- 2018-ci ilin oktyabr ayı şəhərimiz üçün olduqca əlamətdar hadisələrlə zəngin olmuşdur. Oktyabr ayının 29-da cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş , Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, 7,2 km. uzunluğunda Şəki- Kiş avtomobil yolunun , Şəki " ASAN Həyat " kompleksinin , Heydər Əliyev Fondu tərəfindən inşa olunan qarışıq tipli uşaq evinin , " ABAD " Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Şəki " ASAN Həyat " Kompleksinin əməkdaşları ilə görüşündə demişdir: " Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudurbiz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir ".

2018-ci ilin oktyabr ayında cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 4 Sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz Şəkiyə 8 dəfə səfər etmiş , bu səfərlər zamanı 24 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmiş, qısa müddətdə Şəkinin sosial - iqtisadi inkişafı ilə bağlı 18 Sərəncam imzalamışdır.

2018-ci ildə rayonumuzun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq. 2018-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə 459 milyon 235 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113 faiz təşkil edir. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 2462 manatlıq məhsul istehsal olunmuş, pərakəndə əmtəə dövriyyəsi 418 milyon 359 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 101,7 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 100 milyon 583 min manat olmuşdur ki, bu da 2017- ci illə müqayisədə 104,8 faiz təşkil edir. Rayonda 2018-ci ildə 2118 yeni yeri açılmışdır ki, bunun da hamısı daimi yerləridir. Yeni açılmış yerlərinin 15 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 27,2 faizi mövcud müəssisə və təşkilatların, 87, 4 faizi isə fiziki şəxslərin payına düşür. Umumiyyətlə 01 oktyabr 2003- il tarixdən 01 yanvar 2018-ci il tarixədək rayonda 21819 yeni yeri açılmışdır ki, bunun da 95,9 faizi daimi yerləridir. Daimi yerlərindən 13,8 faizi yeni yaradılmış müəssisə və təşkilatların , 20,3 faizi mövcud müəssisə və təşkilatların, 57,8 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əmək haqqı 270 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,2 faiz çoxdur. Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 10-u kiçik müəssisədir. 2018-ci ildə rayonumuzda iqtisadisosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 109 milyon 128 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120,7 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 87,6 faizi dövlət mülkiyyətinin, 12,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 122,1 faiz təşkil edir...

İclasda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Cənab Prezidentimiz demişdir: "Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmişsonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur ".

Şəkililər ölkə rəhbərinin əhalinin sosial müdafiəsi sahəsində yeritdiyi siyasəti yüksək qiymətləndirir, aztəminatlı əhali qrupuna göstərdiyi böyük diqqət və qayğının təzahürü kimi qəbul edir. Nazirlər Kabinetinin geniş iclasında çıxış edən cənab Prezidentimiz sosial infrastruktur layihələrinin uğurla icra olunduğunu bildirmiş , bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. Müddət ərzində 24826 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir.

Şəki rayonunda işaxtaranişsiz vətəndaşların məşğulluğunu və onların sosial müdafiəsini təmin etmək məqsədilə 2018-ci il üçün Ərazi Məşğulluq proqramı işlənib hazırlanmış , əhalinin aktiv məşğulluq proqramına cəlb edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanmış, 119 nəfər işaxtaranişsiz vətəndaş özünüməşğulluq layihəsi çərçivəsinə təlimlərə cəlb olunmuş, ilin sonunda isə 12 nəfər bu Proqram çərçivəsində peşə kurslarına cəlb edilmişdir.

2018-ci ildə mərkəz tərəfindən 747 nəfər işlə təmin olunmuşdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət  2019.- 1 mart.- S.3.