GÖZLƏYİN,
DÜNYAYA QAYITMAĞIM VAR
İsa
İsmayılzadə
TOY GÜNÜ
Toy
günü evimiz küylə dolacaq,
İçində
kükrəyən hirsdən, acıqdan,
Həyətdə
çathaçat yanan ocaqdan
Yanağın allanıb, pul-pul olacaq.
Göz-göz
otaqların pəncərəsindən
Vurnuxa-vurnuxa baxarsan o gün.
Evdə səksənərəm
sənin səsindən
Adımı bircə yol çağırsan o gün.
Ürək səksəkəli. Əli xınalı…
O gecə
eviniz yazıqlaşacaq.
Bakıdan
toyuna gələn xəyalım
Beş yüz kilometr uzaqlaşacaq.
Beş yüz
kilometr düşər araya,
Beş yüz kilometr uzat qolunu.
Sənin
gözlərinin səssiz harayı
Bir ömür uzunu kəsər yolumu.
- Ay bir
hava çalın, gəlin oynasın
- Durma, ay
xanəndə, bir ağız oxu!
- Ay
uşaq, ə noldu, bir qulaq asın,
- Ay bir
hava çalın, gəlin oynasın.
Hava
çalınacaq, çalınacaq hey
Sənin əvəzinə
zurna çalanın
Gözü oynayacaq, qaşı süzəcək.
Alnına
yapışan tərli onluğu
Görüb
qızaracaq, allanacaq hey
Toybəyi
gizlicə dodaq büzəcək -
- Durma, ay
xanəndə, bir ağız oxu!..
İmzasız
teleqramm gələr adına,
Gözlərin böyüyər, böyüyər o
gün.
Mehtər
Əli nəmər alıb atına
Arvadı yanında öyünər o gün.
Kimsə
sallayacaq qaşqabağını,
Maşınlar
düzülüb, fit verə-verə
Obaya
yayacaq, elə yayacaq
Sənin ürəyinin
qışqırığını.
YOLLAR
(mahnı)
Getdin,
görünmədin sən,
Susdu dünyam o gündən.
Ürəyimdə
həsrətim
Sənsiz döyünür indi.
Qəribsədim,
axı, sənsiz,
Yollar xəbər
gətirmədi,
Səni mənə yetirmədi.
Haraylayım
yolları,
Səni
qaytasın, barı.
Gəl, əllərinlə
ovut
Könlümdəki qubarı.
Əridim
gilə-gilə,
Uzaqlardan əl-ələ.
Ayrılıqdan gizlənib.
Yenə verək əl-ələ.
Şəhərləri
adla, gəl,
Bir quruca adla gəl.
Könlümdəki
qubarı
Öz əlinlə
odla, gəl!
Gecə niyə uzadı?
Yolların nə uzundu.
Bircə
ümid qalmışdı,
O da sənsiz
usandı.
QIZLAR, OĞLANLAR
İmtahan
günləri yaxınlaşanda,
Çıxardıq çöllərə
oğlanlı, qızlı.
Gözlərldə
ilk sevgi aşıb-daşanda,
Baxardıq, susardıq biz sözlü-sözlü.
Qovaq
kölgəsinin sərinliyində
Hərə bir gözələ çələng
hörərdi.
Hardasa,
ürəyin dərinliyində
Körpə bir məhəbbət boy göstərərdi.
Kəsilib məhəbbət imtahanında.
"Əladan",
"yaxşıdan" alan da oldu.
Bir
göz sınağından,
qız
sınağından
keçərək, sinifdə qalan da oldu.
Yanaşı
çəkilən adlar da vardı,
Adları oxşayıb, əzizləyərdik.
Elə
ki, yay gəldi, dərslər qurtar
dı -
Hər gecə yuxuda yol gözləyirdik.
Ay
ötdü, il ötdü, ciblərimizdə,
Ay
ötdü, il ötdü, ürəyimizdə
Qat kəsdi
məhəbbət məktublarını...
Kim xəbər
aparsın, kim bir söz desin.
Lövhə
qabağında dərs danışanda,
Oğrun
baxışların hənirtisini
Duyurduq üzümüzdə, kürəyimizdə.
Hamımız
utancaq, küsən, küsdürən,
Yerişlər,
duruşlar,
baxışlar sözlü.
O
şeytan qızları tir-tir əsdirən
İldırımlar
sözlü,
yağışlar sözlü.
Üzüşmək,
üşünmək bəhanə oldu,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Satdıq
günü-günə, sonra nə oldu -
Dinib-danışmadıq bircə nəfəsə.
Bir
gün zəng çalında sonuncu kərə,
Siniflər
boşaldı...
Lövhələr
üstə
Bir
gün qoşa-qoşa adlar yazıldı,
Bir gün qoşa-qoşa adlar pozuldu.
Ağır addımlarla döndük evlərə.
Zərnilər
saraldı, otlar saraldı,
Kitablar saraldı, adlar saraldı.
Üfüqdə
sarımtıl günəş göründü,
Sıxdı
barmaqları qızıl üzüklər,
Körpə bir məhəbbət titrədi,
söndü.
On səkkiz
il keçib. Deyimmi indi,
Deyimmi, kimi kimi sevirdi, qızlar?
Oğlan
ürəyində, qız ürəyində
On səkkiz
ildir ki, on səkkiz yaşlı
Bir
dilsiz-ağızsız məhəbbət sızlar...
VAXT
Ayağı
sayalı illər içində
Bir il tanıyıram, aylar - qanadlı,
Bir il tanıyıram, günlər - yer atlı.
Güvənib
qanadlı arzularıma
Elə tələsirdim,
elə qaçırdım...
Gecələr
sığınıb yazılarıma
Elə uçunardım, elə uçardım.
Ayağı
sayalı aylar içində
Bir ay
tanıyıram - dəniz nəfəsli,
Bir ay tanıyıram - dalğa həvəsli.
Bir dəniz
gözlünün baxışlarından
İllərlə yerimdə donub qalmışam.
Bir kənd
axşamının yağışlarında
Özümü
dünyanın qəribliyində
sanıb
qalmışam.
Ayağı
sayalı günlər içində
Bir
gün tanıyıram ömrümdən uzun,
Bir gün tanıyıram - onda nə yazım.
Uzanıb,
uzanıb, uzanıb gedtb
Xəbər sorağında, səs sorağında.
Uzanıb,
üfüqdf gözümdən itib
Məndən uzaqlarda - Kür qırağında.
Ayağı
sayalı anlar içində
Bir an tanıyıram sükut qanadlı,
Bir an tanıyıram - heyrətli, odlu.
"Gözümün
önündə, Muğan düzündə
Günəş
heydən düşüb, günəş yorulub;
Yorğun
şəfəqləri görünməz əllə
Qızıl örtük kimi çölə sərilib.
Bir dəniz
nəfəsli,
dağla
həvəsli,
Bir
sükut qanadlı,
heyrətli, odlu,
Ümidli,
arzulu,
sözlü, yazılı,
Hey
uzanıb gedən,
gözümdən itən
Ayağı
sayalı illərdə ötrü,
Aylardan,
günlərdən, anlardan ötrü
Darıxmışam mən.
Ürəyim atlanır onlardan ötrü.
BİR QARIŞ KÖLGƏ
Toyuqlar
bir çimdik darıdan ötrü,
sərçələr bir parça kölgədən
ötrü,
səri
bir ümiddən, "bəlkə"dən ötrü
ora
vurnuxanda, bura qaçanda,
atamın
tərləmiş, düzlü kölgəsi
bir
qarış olardı.
Atamın
tərləmiş, sözlü kölgəsi
elə
o zamandan bircə qarışdır.
O tərləmiş
kölgə, o duzlu kölgə
elə
o zamandan, elə o gündən
pencəyi, köynəyi, ürəyi kimi
qırış-qırışdır.
Neyləyim,
axı -
kölgə ütüləmək gəlmir əlimdən.
Nəvəsi
-
bəvəsi böyüdü, amma
atamın
kölgəsi hey boy atmadı,
heç
əsgərliyə də aparmazdılar.
Bir
gün Qarayazı düzənliyindən
bir
qatara minib, Bakıya gəldi,
Günəş
şaxıyanda, üstümə düşdü,
Atamın kölgəsi mənə qarışdı.
Atamın
kölgəsi bircə qarışdı,
atamın
kölgəsi mənə qarışdı.
Neyləyim,
axı -
kölgə ütüləmək, kölgə uzatmaq,
kölgə yelpikləmək, kölgə yaşatmaq,
kölgə əzizləmək gəlmir əlimdən.
GÜLLƏLƏR DEMƏDİ
Davadan
qayıtmayan cavanlara
Getdilər...
Getdilər fit çala-çala
getdilər atları çimizdirməyə -
bizi
aparmadılar.
Qulançar
yığmağa, moruq dərməyə
bizi
aparmadılar.
Yalvarıb-yaxarıb
dil tökəndə biz
Onlar
üstümüzə od ələdilər,
qışqırıb-təpinib hədələdilər:
"Hələ
uşaqsınız, nə yaşınız var..."
Bir
gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə
çağırıldılar,
nə tütək
çaldılar, nə fit çaldılar,
fikirli
oldular, ağır oldular...
Yola
salanlara qoşulanda biz
yalvarıb -yaxarıb dil tökdü onlar:
"Qayıdın...
qayıdın, geri qayıdın,
qayıdın atları çimizdirməyə,
qulançar yığmağa, moruq dərməyə".
Biz getdik
atları çimizdirməyə,
Qulançar yığmağa, moruq yeməyə.
Düşüb
arxamızca gəldi uşaqlar,
Dilimiz gəlmədi
bir söz deməyə...
Onların
yoxluğu düşdü araya,
oyunlar,
məclislər qaldı yarımçıq.
Toylar da
seyrəldi toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.
Kəndimiz
yamanca uralanmışdı,
Yaman korun-korun yanırdı ocaq.
Bir
ağzıgöyçək də qaralanmışdı:
"Deyəsən
gedənlər qayıtmayacaq..."
Mərmilər,
güllələr fit çala-çala
cuvar
Cavad kimi qovdu onları,
ketmən
vura-vura, ot çala-çala
baxdıq
yollara...
Getdilər,
getdilər Berlinə sarı,
getdilər ... getdilər ölümə sarı...
Qəlpələr
demədi: geri qayıdın,
lülələr demədi: geri qayıdın,
güllələr demədi: geri qayıdın,
Hələ
uşaqsınız, nə yaşınız var...
GÖZLƏYİN, DÜNYAYA
QAYITMAĞIM VAR
Bu
dünyaya bir də qayıtmağım var
Qəbrimin
üstündə bitən gülləri,
Uyumuş,soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Bilmirəm
çiçəklə, bilmirəm otla,
Bilmirəm
ağacla, yoxsa buludla,
Dağları
yerindən oynadıb gələn
Dəli
qışqırıqla, yoxsa sükutla-
deyə
bilmərəm.
Apardım
özümlə öz dünyamı mən-
Ulduzlu
göyləri, Ayı, günəşi,
İlğımlı
çölləri, təpəlikləri,
Dağları,
düzləri, biçənəkləri
Son
gündə, son anda, son saatımda
Apardı gözüm.
O
günü, o annı, dəqiqəni də
Apardım özüm.
Səsləri,
sözləri, pıçıltıları,
Kür tərəfdən
gələn uğultuları
Mikrofon qulağım "yazdı" apardı.
Gecəli-gündüzlü,
ömrüm boyunca
Kürün
uğultumu məni çağırıb,
Suyun
şırıltısı məni çağırıb,
Məni haraylayıb Qarayazıdan.
Mən də
yuxularda hey uça-uça
getmişəm ora.
İlğımlar
çağırıb məni uzaqdan,
Yəhərbel
ilğımlar, kəhər ilğımlar,
Qarayel
ilğımlar, ağyel ilğımlpar -
Bilmirəm,
onları kimlər azadıb,
Çağırıb düzlərdən -
Qarayazıdan.
Kürün
uğultusu aparıb məni,
Suyun şırıltısı çəkib aparıb.
Sehrli
ilğımlar əl eləməklə
Aparıb, yaxama çöküb aparıb.
Məni
bu dünyaya bir də, yenidən
Bəlkə
o uğultu gətirə bildi,
Bəlkə o şırıltı gətirə bildi.
Bəlkə
o ilğımlar sehrli yolla
Məni bu dünyaya ötürə bildi.
Nəsə,
ürəyimə damıb, bilirəm-
Bəlkə
də yüz ildən, min ildən sonra,
Milyon ildən
sonra - nə bilmək olar -
Nə
vaxtsa dönəcək ömrün illəri...
BİR DƏ GÖRƏRSİNİZ…
... Bir də
görərsiniz mən də getmişəm,
Bir də
görərsiniz,
yoxam
dünyada.
Sizin
gözünüzdən elə itmişəm,
Çətin, Çətin yolunuza çıxam
dünyada.
Başını
bulayıb köks ötürən də,
Əlini
dizinə çırpan da olar,
Tüstüsü
başından çıxan da olar,
Mənsizbir
ömürdən-gündən usanan,
Başdaşına
dönüb baxan da olar...
Yığışın
bir yerə, yığışın, dostlar,
Sizin
aranızda,sizdən xəbərsiz
Mənə də, mənə də bir yer tapılar.
Dinib-danışmaram,
susaram onda...
Neyləyim,
neyləyim açılmaz daha
Sözüməömürlük
bağlı ürəklər,
Üzüməömürlük bağlı qapılar.
Siz də
danışmayın, bir anlıq susun...
Siqaret
üstündən yaşarsın gözü
Tüstüsü başından çıxan
Abbasın.
Yalvarıram
sizə,
Mən
gedəndən sonra "qeybət daşını"
Bir qara
daş kimi atın dənizə,
Dalğıclar
yığılsa -
tapa bilməsin,
İlişməsin
ayağına bir kəsin...
... Bir də
görərsiniz, mən də getmişəm,
Bir də
görərsiniz,
yoxam
dünyada.
Sizin
gözünüzdən elə itmişəm -
Çətin,
Çətin yolunuza çıxam dünyada...
Ədalət.-2019.-16 mart.-S.14.