Bir ömrün iziylə
Vaqif Yusifli
Azərbaycanın XX əsrdə yetirdiyi böyük şəxsiyyətlərdən biri – akademik Heydər Hüseynov... Onun həyatı, dramatik və faciəli ömür yolu haqqında çox yazıblar və zaman keçdikcə Heydər Hüseynov fenomeni hələ çox araşdırılacaq. Amma filologiya elmlər doktoru, professor Fəridə Sofiyevanın "Bir ömrün iziylə” kitabı bu gün Heydər Hüseynov haqqında indiyə qədər məlum olmayan həqiqətləri bizə təqdim edir və bu kitabı oxuyandan sonra bir daha yəqin edirəm ki, doğrudan da Heydər Hüseynovó zəmanə bir də yetirməz. Bu fikrin üzərində möhkəm dayanıram, demək istəyirəm ki, o, XX əsr Azərbaycan ictimai fikir tarixində, fəlsəfə, tarix, ədəbiyyat sahəsində ən nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Doğrudur, o, marksizim, leninizm ideologiyası, komminist məfkurəsi ilə sıx bağlı idi, lakin heç bir ideologiya insanın içindəki vətənpərvərlik duyğusunu, Vətən eşqini söndürə bilməz. Heydər Hüseynov cəmi 42 il yaşadı, yaradıcılığının ən parlaq,ən pik nöqtəsində onu intihara sövq elədilər.
Fəridə Səfiyevanın kitabı haqqında söhbətə də elə o faciəli, o müdhiş məqamlardan başlamaq istərdim. "XX əsr Azərbaycan ictimai fəlsəfi fikir tarixindən” monoqrafiyası Heydər Hüseynovun şah əsəri idi – bu əsərdə Heydər Hüseynov qədim dövrdən başlayaraq XIX əsr də daxil olmaqla Azərbaycan fikir tarixini araşdırır.Bu əsər Azərbaycanda fəlsəfə tariximizə aid ilk monumental əsər idi. Məqsəd bu idi ki, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırsın. Özü də bu əsərdə XIX əsr Azərbaycan mədəniyyəti, əsasən beç klassik sənətkarın yaradıcılığı qətiyyən o dövrdə dəbdə olan belə bir fikirlə məhdudlaşmırdı – Azərbaycan mədəniyyəti, fəlsəfi fikir dünyası rus ədəbiyyatı və fəlsəfəsi ilə sıx bağılıdır, əksinə, Heydər Hüseynov böyük bir məntiqlə izah edirdi ki, XIX əsr mədəniyyəti orta əsrlər Azərbaycan mədəniyyəti üzərində böyüyüb, inkişaf edib. Və həmin əsərdə Heydər Hüseynov XIX əsrin böyük mütəfəkkirləri – M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, İ.Qutkaşınlı, A.A.Bakıxanov, M.Topçubaşov, M.Kazım bəy haqqında geniş məlumat verir, onların yaradıcılığından ətraflı söz açır. Laki... həmin əsərdə,IV fəsildə, cəmi beşcə səhifə Heydər Hüseynov başına olmazın işi açır. Heydər Hüseynov "Mirzə Kazım bəy”nin - Rusiya şərqşünaslıq elminin banilərindən birinin həyatına və elmi fəaliyyətini canlandırır. Î, bundan öncə də Mirzə Kazım bəyin əsərləri barədə məqalələr yazmışdı. Ancaq monoqrafiyada o, Mirzə Kazım bəyin Şex Şamil Íaqqında yazılarına da toxunur, o da Mirzə Kazım bəy kimi Şex Şamilə - rus inperiyasına qarşı azadlıq hərəkatının başçısına rəğbətini gizlətmir. Əsər kitab kimi çapdan çıxandan sonra müəllifin ünvanına xeyli təriflər yağdırılır (həm mətbuatda, həm də şəxsən özünə). Heydər Hüseynov bu kitabdan bir nüsxəni, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin mükafatları üzrə komitənin sədri A.Fadeyevə də göndərir. Fadeyev Heydər Hüseynovu tanıyirdı, onların dostluğu hələ 1947-ci ildə,Nizaminin 800 illik yubiley tədbirləri zamanı başlamışdı. Fadeyev H. Hüseynovun kitabına SSRİ-nin ən yüksək mükafatına təqdim edir. Ancaq Azərbaycanın hakimi-mürləqi M.C.Bağırovun bundan xəbəri olmur.
F.Səfiyeva Mir Cəfər
Bağırov - Heydər Hüseynov
münasibətlərinə də toxunur.
Bağırovun bu kitab
qədər H. Hüseynova böyük
rəğbəti vardı – Təsəvvür edin,
Heydər Hüseynovun ictimai
elmlər sahəsində liderə çevrilməsində
Bağırovun heç bir
maneçiliyi olmayıb, o,
hətta istəyirmiş ki, H. Hüseynov MK-da ideologiya üzrə katib
işləsin. Ancaq H. Hüseynovu
gözü götürməyənlər
də vardı və onlar Şamil
hərəkatı ilə bağlı o
beşcə səhifəni ifşa
kompaniyasına çevirirlər. Halbuki,
Azərbaycan âÿ äèýÿð ðåñïóáëèêàëàðûí elmi ictimaiyyəti
ən üzdə îëàí tarixçilər, filosoflar (Bertåls, M.Arif, M.Hüseyn,
Ə.Sumbatzadə, H.Araslı, Ə.Quliyev,
Bakradze, M.İbrahimov,
Krunss (Åsroniya) ) və başqa alimlər
əsəri yüksək qiymətləndirir, onun
Stalin mükafatına layiq
olduğunu söyləyirdilər. Ancaq o beşcə səhifə
M.C.Bağırovu, ondan daha
yuxarıda – Kremldə əyləşən M.Suslovu
əsəbləşdirir və beləliklə, "ifşa kompaniyası” sürət götürür. Bu ifşada MK-nın ideoloji katibi H.Həsənov xüsusilə fəallıq
göstərirdi. Alimin ağır günləri
başlayır. Bağırovun bir vaxtlar rəğbət bəslədiyi Heydər
Hüseynov onun qəzəbini
son həddə çatdırır.
Bağırov G.M.Malenkova
yazdığı məktubda Heydər Hüseynovun
kitabının Azərbaycanda ictimai fikir tarixinin kobud şəkildə pozulmasında, marksist nöqteyi- nəzərindən
yazılmamasında günahlandırır. Nəhayət,
1950-ci il iyulun 14-də
Filormoniyanın yay salonunda
Heydər Hüseynovun "ifşa
olunması”nın həddinə çatır. Həmin
ziyalılar yığıncağında M.C.Bağırov
"tarix məsələlərinin
işıqlandırılmasında ciddi səhvlər
haqqında” söz açır və demək
olar ki,
bütövlükdə "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir
tarixindən” kitabının müəllifinin burjya
millətçisi, ciddi siyasi səhvlər buraan alim kimi ifşa
edir. Sonra çıxışlar başlayır, bir vaxt həmin kitab haqqında tərif söyləyənlər
"respublika ağası”nın səsinə
səs verərək (hansı ki, Heydər
Hüseynovun "yaxınları”, "məsləkdaşları”,
çörək kəsdiyi "dostları”) səhv etdiklərini
boyunlarına alırlar. Bircə M.Arifin
çıxışı Bağırovu və
yığıncağa toplaşanları qane
eləmir. Bağırov M.A.Dadaşzadənin sözünü
yarımçıq kəsərək deyir:
"Ñən Türkiyə casususan”. Sən
Heydər Hüseynovdan da
pissən!”
Və beləliklə, bütün bu təqqirlər,
haqsızlıqlara dözməyən Heydər Hüseynov
öz bağında intihar
edir. Əlbəttə, o,
intihar etməyə də bilərdi,
M.C.Bağırov onun işlətəmin
olunmasına da göstəriş də vermişdi. Amma ictimai elmlər sahəsində liderlik
edən akademikin vüqarı
sınmışdı və görünür,
o, liderlikdən adi bir fənn müəlliminə çevrilmək
istəmədi. Doğrudur, F.Səfiyevà onun
"etiraflarını”¸ Bağırova yazdığı
məktublarda səhvlərini boynuna
almasından söz açır – amma intihar birinci
deyildi, bir dəfə
onu xilas etmişdilər,
amma... gec idi. Görünür Heydər
Hüseynov üçün
başqa yol
qalmadı.
Fəridə Səfiyeva öz kitabında Heydər Hüseynovun
qızları – Sara xanımın və Leyla xanımın xatirələrindən və
yazılarından gen-bol istifadə edir, beləliklə, kitab
həm də xatirələrlə dolu memuar kimi də diqqəti
cəlb edir.
F.Səfiyevanın kitabında Heydər Hüseynovun bütün əməli fəaliyyəti – müəllimlikdən akademikliyə qədər keçdiyi yolun bütün dönümləri öz əksini tapır. Müəllif bunları ardıcıllıqla nəzərə çarpdırır - Heydər Hüseynovun elmi, pedoqoji fəaliyyətinin hər bir pilləsi onun istedadının daha parlaq göstəricisinə çevrilir. O, həm də görkəmli elm təşkulatçısı idi – SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təşkilində Heydər Hüseynovun böyük xidmətləri olub. Görkəmli Azərbaycan sənətkarlarının yubileylərinin keçirilməsində (Axundov, Bakıxanov, Ü.Hacıbəyov, Nizami və b.) təşkilatçı, tarix, fəlsəfə və ədəbiyyat sahəsində dərsliklərin, dərs vəsaitlərin hazırlanmasında xeyli zəhmət sərf edib. Onun yetirdiyi kadrlar Azərbaycanda fəlsəfə elminin inkişafında ustadlarının yolunu davam etdiriblər.
Heydər Hüseynovun bir alim kimi ən məhsuldar dövrü qırxıncı illər idi. F.Səfiyeva alimin həmin illərdə qələmə aldığı məqalələrinin siyahısını təqdim edir və doğrudan da heyrətlənirsən. Bu qədər məsul işlər görəsən, həm də az qala hər gün elmlə məşğul olasan?.
O, Azərbaycanın tanınmış
ziyalları ilə cəbhə bölgələrində də
olub. F.Səfiyeva Stalinin
şəxsən ona bu
fəaliyyətinə görə ünvanladığı təşəkkür
teleqramını da mətnə daxil edir. Təbii ki, bu kitab
qeydlər, fotolar və izahlarla
zəngindir.
"Bir ömrün
iziylə” kitabına yalnız bircə iradım var. F.Səfiyeva Heydər Hüseynovun
Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələrinin
yalnız adlarını çəkir, onları şərh və
təhlil etmir. Halbuki,
Heydər Hüseynovun Azərbaycanın klassik və müasir ədəbiyyatı
ilə bağlı çox maraqlı fikir və mülahizələri olub.
Hər halda bu
kitab böyük
şəxsiyyət – akademik Heydər Hüseynovu daha yaxından
tanımaq mənasında çox qiymətlidir.
Təzə faktlar, məlumatlar, bizim bilmədiyimiz gerçəkliklərlər dolu bir
kitab...
Ədalət.-2019.-16 mart.-S.15.