Dəmir Çeşməli
EDAM EDƏN OLDUN
Qəlbimin ilk qonğı sən,
Nəyim vardı... nədən oldun.
Arzuladın arzum kimi,
Dil verib gedən oldun.
Axıtdın suyumu suya,
Verdiyin gəlmədi
saya.
Çəkdin o tayı bu taya,
Höcətinlə məndən oldun.
Göy yerə yürüş elədi,
Yer göyə giriş elədi,
İkisi
bir iş elədi,
Göyündə göy bədən oldun.
Əsdin
yel əsimi kimi,
Kəsdin
ip kəsimi kimi,
İpləndim Nəsimi kimi,
Asdin,edam edən oldun.
BAKI-2019-YANVAR.
BAHARA SƏNİ
Axtarıb anlamaq mənim işimdi,
Dirili sənətim,
ölməz peşəmdi.
Səndən alacağım zövqüm-nəşəmdi,
Qonaq edəcəyəm
bahara səni.
Olanlar yadlanıb
yada düşəcək.
Közümdə küllənib oda düşəcək.
Canımıza qanlı qada düşəcək,
Qonaq edəcəyəm
bahara səni.
Gül-çiçək axını...çox şey olacaq,
Sevdiyim sevdalar həm rəy olacaq,
Bir arzu dönəmi min səy olacaq,
Qonaq edəcəyəm
bahara səni.
Qışında qışlayıb yaz
biləcəyəm,
Şadlanıb dərdimi az biləcəyəm,
Harda olursan ol, yaz,
biləcəyəm,
Qonaq edəcəyəm
bahara səni.
Bakı-2o19-mart
GÖRDÜYÜM YERDƏ
Sırsıra bağladım qar
qalağında,
Laylanıb, lay qatı var qalağında,
Toruna bulaşdım tor qalağında,
Közümü görmədim gördüyüm
yerdə.
Varaqda itirdim dediklərimi,
Samıda saxladım yedəklərimi.
Göyə sığalladım gödəklərimi,
Düzümü görmədim gördüyüm
yerdə.
Önündə önnəndim önlü
dağların,
Dumanlı dağların, çənli
dağların,
Üzün gördüm sənli-mənli
dağların,
Üzümü görmədim gördüyüm
yerdə.
Dağ zirvədə, qaya yerində qalıb,
Dərə dərinlikdə dərində
qalıb,
Vallah mənim yerim birində qalıb,
Özümü görmədim gördüyüm
yerdə.
Bakı-2019-mart
AZƏRBAYCAN
Tumundu cücərdi canım,
Suyundan yoğruldu
qanım.
Mənimsən, mən necə
danım,
Azərbaycan, Azərbaycan.
Mən dənizəm sən sahilim,
Umud dolu tək təsəllim.
Anamsan anam əsillim,
Azərbaycan, Azərbaycan.
Çənin mənəm dumanım
ol,
Mənəm damlan ümmanım
ol,
İnanc
yerim imanım ol,
Azərbaycan,Azərbaycan.
Qucaq göstər girim
VƏTƏN,
Canına
can verim VƏTƏN,
Behişt-cənnət yerim
VƏTƏN,
Azərbaycan, Azərbaycan.
Bakı-2016-mart
YAŞAMIŞAM
Üzülüb düşmüşəm üzə,
Sığmadım sığınmış izə.
Könül verib iki gözə,
Gözdən-gözə gözdən oldum.
Mətərisəm bucağına,
Qucaq açmır
qucağına.
Tamarzıyam ocağına,
Közdən-közə közdən oldum.
Qapısın-bacasın bilib,
Ağrısın- acısın bilib,
Anasın-bacısın bilib.
Üzdən- üzə üzdən oldum.
Bakı-
Mərdəkan-2017 iyul
SƏNİN ÜÇÜN
Gözün görmədi görəni,
İraqmı saldın yerini?
Tapdaladığı o dərəni,
Düzləmişəm sənin üçün.
Varaqladım qələmi yox,
Salamladım salamı yox,
Aləm
vardı aləmi yox,
İzləmişəm sənin üçün.
Əkdiyimi dərə-dərə,
Görə bildim görə-görə.
Olanımı olan yerə,
Gizləmişəm sənin üçün.
Ömür qovuşur sonuma,
Bəlkə qəsdi var canıma?
Bürünüb bəyaz donuma,
Gözləmişəm sənin üçün.
Bakı-2019-fevral
SƏNNƏNİB QALMIŞAM
Güvənc yerim yerindəymiş,
Əl çatmazı
dərindəymiş.
Xəyalımın birindəymiş,
Yennənib qalmışam sənsiz.
Gün keçir gün sırasında,
Sıram qaldı harasında?
Olum- ölüm arasında,
Cinnənib qalmışam sənsiz.
Kül doğur külündə
közüm,
Yoxuna deyinir sözüm.
Göz də göz axtarır gözüm,
Şennənib qalmışam sənsiz.
Yanağında yaz gələrdi,
Suları
dayaz gələrdi,
Yanında bir qız gələrdi,
Önnənib qalmışam sənsiz.
Ruhu canıma yar bildim,
Göy dediymi yer bildim,
Sayılmışı bir- bir bildim,
Mənnənib qalmışam sənsiz.
Yanağın boğulur qanda,
Qızarır qırmızı donda.
Odlanırıq yan-ha yanda,
Sənnənib qalmışam sənsiz.
Bakı-2019-
fevral
ÖZÜNƏ BAXIRMIŞ ALLAH
Yubandım dumana qaldım,
Qaldığım gümana qaldım,
İnamdan inama qaldım,
Düzünə baxırmış Allah.
Gülümü dərmədi dərən,
Almadı- vermədi verən.
Çalışdım görmədi görən,
Gözünə baxırmış Allah.
Dayanıb durmuşdu durmuş,
Yolumu burmuşdu
burmuş.
Tələmi qurmuşdu qurmuş,
İzinə baxırmış Allah.
Göy yaşını yağış
elər,
Suyunu o başdan
çilər.
Qəbahətin özü bilər,
Üzünə baxırmış Aallah.
Sular tərpəndi
axmadı,
Dəhnədən kənar çıxmadı.
Gözucu mənə
baxmadı,
Özünə baxırmış Allah.
Bakı-2019-mart
Ədalət 2019.- 19 mart.- S.7.