Əjdər Həmidov: "Film tariximizdə ən yüksək
qonorarı mən almışam"
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Xalq artisti Əjdər Həmidov
"Ədalət" qəzetinin suallarını cavablandırıb.
- Əjdər müəllim,
istərdim ki. müsahibəmizə sizi
təbrik etməklə
başlayım. Bildiyim qədər
b yaxınlarda Prezident
İlham Əliyev sizə mənzil hədiyyə edib.
- Təbrik üçün
təşəkkür edirəm.
Mənzil mənə Prezidentin
mədəniyyət və
incəsənət xadimləri
ilə görüşü
ərəfəsində hədiyyə
edilmişdi.
- Prezidentin mədəniyyət
və incəsənət
xadimləri ilə görüşündə iştirak
edirdiniz
- Xeyr, iştirak etmirdim. Amma həmin görüşün
sənət üçün
çox böyük faydası oldu. Həm sənət adamalrının
məvacibləri artırıldı,
həm də bir neçə sənət adamına, o cümlədən mənə
mənzil hədiyyə
edildi.
- Mənzillə bağlı müraciət
etmişdiniz?
- Xeyr, müraciət etməmişdim. Prezident özü kimi
məsləhət bilibsə,
onlara Novruz hədiyyəsi etdi.
- Bundan böyük Novruz hədiyyəsi almışdınızmı?
- Heç vaxt bundan böyük hədiyyə almamışam.
Həyatda ən böyük
hədiyyəm bu olub. Yeddi ayın içərisində
həm Xalq artisti fəxri adına layiq
görüldüm, həm
də mənzillə təmin edildim.
- Hər kəs bilir ki, sənət
aləmində qalmaqalsız
insanlardan birisiniz. Amma buna rəğmən hər zaman qiymətləndirilirsiniz. Ancaq bəzi
gənc həmkarlarınıza
elə gəlir ki, nə qədər
çox qalmaqal etsələr, daha tez uğur qazanacaqlar.
Bu mənada gənclərə
tövsiyyələriniz maraqlıdır.
- Gənclərə tövsiyyəm
budur ki, qalmaqallardan uzaq olsunlar, başlarını
aşağı salıb
işlərini görsünlər.
İş görmək, sənət
yaratmaq, işgüzar,
zəhmətkeş olmaq
lazımdır. Bu mənim qırx illik əməyimin bəhrəsidir. Qırx ildir
bu sənətdəyəm,
otuza yaxın filmə çəkilmişəm.
Həm Sumqayıt dövlət
Dram Teatrında, həm
də "Azdrama"da
onlarla rollar oynamışam. Bu uğurları qazanmaq üçün gecə-gündüz
işləmişəm, zəhmət
çəkmişəm. Gənclər sənətlə məşğul olsalar, fəxri ad və digər məsələlər
özü gələcək.
- Yəqin ki, sizi də nə
vaxtsa qalmaqala çəkmək istəyənlər
olub...
- Qətiyyən qoşulmamışam.
Öz dünyam, öz aləmim var. Həmişə
öz fikrimlə hərəkət etmişəm
və yekunda məlum olub ki, doğru mövqedəyəm. Heç vaxt
uduzmamışam.
- Hazırda filmə, seriala çəkilirsinizmi?
- İki seriala dəvət almışam. Allah qoysa bayramdan sonra çəkilişlərə
başlayacağıq.
- İstərdim ki, bir az da gənc
aktyorların problemlərindən
danışaq. "Azdrama"da gənc aktyorların hansı problemləri var?
- Bütün teatrlarda olduğu kimi, bizim teatrın da problemləri var. İlk növbədə məvacib problemi idi ki, bu,
müəyyən qədər
həllini tapdı. Gənc aktyorların digər problemi mənzil şəraitləri ilə
bağlıdır. Bir çox
aktyorlarımız hələ
də kirayədə yaşayırlar. Cənab Prezident
də həmin görüşdə bu məsələyə də
toxundu. Sevindirici haldır ki,
aktyorların məvacibləri
əlli faiz artırıldı və ümid edirəm ki, yenidən artım olacaq. Ümid edirəm ki, gənc atkyorlar üçün bina tikiləcək və onlar da öz
arzularına çatacaqlar.
- Son illər dövlət tərəfindən filmlərə,
seriallara xeyli vəsait ayrıldı. Amma bəzi sənətkarlar, məsələn,
Afaq Bəşirqızı
müsahibəsində bildirmişdi
ki, həmin vəsait daha çox bəzi rejissorların varlanmasına,
evlərini, avtomobillərini
yeniləməsinə xidmət
etdi...
- Belə xətalar baş verib. Amma bu bir
az qaranlıq
məsələdir, aydınlıq
gətirmək mümkün
deyil. Çox istərdim ki,
ayrılan vəsaitdən
səmərəli istifadə
edilsin. Ayrılan vəsait sənətə
xidmət etməlidir,
şəxslərə yox.
Sözün əsl mənasında
filmlər çəkilməlidir,
Azərbaycan kinosunun şöhrətini, tarixini
qaytarmaq lazımdır.
Prezidentin etdiklərinin qarşılığında
bizdən yaxşı
filmlər çəkmək,
tamaşalar qoymaq tələb olunur. Sənət yaratmaq lazımdır.
Bu iş bizim üzərimizə düşür.
- Çəkildiyiniz
filmlərdən, seriallardan
aldığınız qonorar
sizi qane edirmi?
- Qətiyyən qane etmir. O seriallardan aldığımız qonorar,
qonorar deyil, qəpik-quruşdur. Biz həmin məbləğin
bir neçə qatını almalıyıq.
Aktyora
normal pul vermək lazımdır. Məsələn, bizdə seriallar çəkiləndə rejissor
oturur pulun üstündə. Ayrılan pulu
cibinə qoyur, aktyorlara qəpik-quruş paylayır. Belə olmaz!
- Hətta bildiyim qədər aktyorlarla müqavilə də imzalanmır...
- Bəli, elə aktyorlar var ki,
pulsuz çəkilirlər.
O aktyorlara üzümü
tutub deyirəm ki, çəkilməyin, özünüzə qiymət
verin. Pulsuz, təmənnasız çəkilməyin. Ucuz ətin
şorbası olar?
Aktyor öz dəyərini bilməsə,
onu heç kim qiymətləndirməyəcək.
- Yəqin ki, sizə də qonorarsız çəkilmək
təkliflər olub.
- Əlbəttə, olub. Əgər qonorarsız
çəkilsəm, gərək
bütün seriallara çəkiləm.
- Sizə elə gəlmirmi ki, bu məsələdə bəzi təcrübəli
aktyorların da təqsiri var. Çünki
onların da bəziləri efirdə görünmək xatirinə
pulsuz çəkilirlər.
- Əlbəttə, onların
da təqsiri var. Aktyorluğu hörmətdən
salırlar. Ekranda görünmək, gündəmdə olmaq xatirinə seriala, filmə çəkilməzlər.
Mənim
ilk filmim "Kişi sözü" olub.
O filmdən də necə lazımdırsa qonorarımı almışam.
Ondan sonra da otuza
yaxın filmə çəkilmişəm. Çünki sənətlə, filmlə uğur qazanmışam, başqa yollarla yox.
- İndiyə
qədər ən yüksək qonorarı hansı filmdən almısınız?
- Ən yüksək
qonorarı "Yoxlama"
filmindən almışam. Qonorarımı dollarla verdilər. Hətta ola
bilər ki, film tariximizdə, müəyyən
aktyorlar belə qonorar ala biliblər.
- Söhbət hansı məbləğdən
gedir?
- Məbləği açıqlamaq
istəmirəm.
- Yəqin ki, söhbət 30-40 min dollardan
gedir.
- Bəli, təxminən. Bizim film tarixində on min manatdan yuxarı qonorar alan
olmayıb. Olsa da cəmi bir neçə aktyor belə qonorar alıb. Sadəcə
onu deyə bilərəm ki, 1987-ci ildən bu günə
qədər çəkildiyim
filmlərdə ən
yüksək qonorarı
"Yoxlama"da almışam.
İntiqam VALEHOĞLU
Ədalət 2019.- 19 mart.- S.8.