ÖLÜMÜN
YADDAŞIMIZDA HƏKKİ: Vəsiyyət
Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru
Vəsiyyət bir şəxsin vəfatından sonra müəyyən bir işin görülməsini diriykən söyləməsi, yazdırması
və ya yazmasıdır. Yaxud vəsiyyət, maddi-mənəvi
şəxsi-məxsusi dəyərin ölümündən
sonra başqa birisinin mülkiyyətinə keçirilməsini
sifariş etmək deməkdir. Vəsiyyət həm
də öz övladı və ya ixtiyarında olan şəxslər
üçün qəyyum və himayəçi təyin etməkdir.
Vəsiyyət edilən adam vəsi
adlanır. "Sizin hər birinizi ölüm
haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə,
yaxın qohumlarınıza verilməsi üçün ədalət
üzrə (malın üçdə birindən çox
olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir.
Bu, müttəqilərə vacibdir" (Bəqəra
180). Ayədən göründüyü
kimi, vəsiyyət həm də ədalət
ölçüsüdür. Həmin səbəbdən,
vəsiyyət etmənin həddinə toxunan İslam vərəsələrin
səhmini nəzərə alaraq göstərir ki, hər bir
insan sərvətinin 1/3-ni vəsiyyət edə bilər.
Qalan iki hissə varislərindir.
Vəsiyyət yazılan kağıza vəsiyyətnamə
deyilir.
"Əgər bir müsəlmanın iki gecə keçəndən
sonra vəsiyyət edəcəyi bir şeyi varsa, onun vəsiyyət
etməməsi bəyənilən iş deyil" Peyğəmbər(ə) kəlamına istinad
edən İslam hüquqçularının əksəriyyətinə
görə, ölüm ayağında vəsiyyətnaməni
yazmaq vacibdirsə, sağlam ikən onu yazıb saxlamaq daha müstəhəbdir.
Deməli, vəsiyyətin ölüm və
ölüm vaxtına aidiyyəti yoxdur. Və
insan nə qədər tez vəsiyyət etsə, bir o qədər
yaxşıdır. Bununla yanaşı, hər
bir müsəlman vəsiyyətini ləğv – dəyişdirə
də bilər. Lakin vəsiyyəti inkar
etmək vəsiyyətin ləğvi hökmündə deyil.
İlkin vəsiyyətini ləğv edən
şəxs, yeni vəsiyyət etməlidir. Vəsiyyəti qəbul edən də sonradan onu rədd
edə bilməz. Vəsiyyətnamədə
vəsiyyət edənin övladlarına, arvadına,
qohumlarına son təlimatları, onun alacağı, verəcəyi,
halallaşmaları, mənəvi haqları, həcc, qəza
oruc-namaz üçün əcir tutulması və digər
ibadətlərlə birlikdə dəfndən sonrakı tədbirlər
də yazıla bilər. Vəsiyyət edən
şəxs aqil, baliğ (həddi-büluğa
yetişmiş) olduğu kimi, onun vəsisi də aqil, baliğ
və etimad ediləsi şəxs olmalıdır. İslam hüququna görə, dinindən
asılı olmayaraq vəsiyyəti ədalətsiz dəyişən
günahkardır. "Vəsiyyətə əməl
edin, hətta o, qeyri-müsəlmanlar üçün olsa belə
(İman Baqir). Ümumiyyətlə, vəsiyyət
və onunla bağlı müxtəlif məsələlərin
həlli şəri kitablarda şərh edilib.
Vəsiyyətin
məziyyətləri
Vəsiyyət ölümün insan yaddaşında həkk
olunmasıdır. Ölüm olmasaydı, vəsiyyət
olmazdı. Vəsiyyət insanların
hüququna hörmət və ehtiramdır.
Çünki hər bir vəsiyyət edənin digərinin
üzərində haqqı olduğu kimi, digərinin də vəsiyyət
edənin üzərində haqqı var. Vəsiyyət
ayrı-ayrı fərd və onlardan təşkil olunan cəmiyyətin
ali məqsədlərə çatması
üçün bir konsepsiya, təlimat və vasitədir.
Hidayət, nur, rəhmət və fəzilətli bir həyatla
vidalaşan Peyğəmbər(ə)
özündən sonra dünya malını yox, böyük və
xeyirli mənəvi mirası qoyub getdi. Onun nəyi var idisə,
hamısını millətə verdi. həz.Məhəmməd son xütbələrinin
birində buyurdu: "Ey insanlar, vəsiyyətimi dinləyin,
öyrənin. Dünyadan köçmə
zamanı mənə bildirildi. Allahıma
qovuşacağım üçün sevinirəm, ümmətimdən
ayrılacağıma görə isə kədərliyəm.
Allahın göndərdiyi Kitabda sizə halal və
haramlar, edə biləcəyiniz və çəkinəcəyiniz
şeylər bildirildi. Siz o Kitabın
ağıllara heyrət verən hökmlərinə itaət
edin. Gətirdiyi nümunələrdən
ibrət alın. Sizi Cənnətdən
uzaqlaşdıran və Cəhənnəmə
yaxınlaşdıran həvəs və şəhvətlərdən
çəkinin. Cəmiyyətdən və
doğruluqdan ayrılmayın. Əmanətə
xəyanət etməyin. Allahdan qorxun.
Oğul-uşağınıza elm və ədəb
öyrədin. Onlar sizin
yoldaşlarınız və sizə əmanətdirlər.
Nəslimi, əhli-beytimi və Quranı bilənləri
sevin, onlardan ayrılmayın. Alimlərə
hörmət göstərin, onlara kin bəsləməyin.
Bilin ki, onları sevən məni sevmiş olur.
Təharətə əməl edib, namaz
qılın, zəkat verin.
Bilin ki, zəkat verməyənin namazı da yox olur. Qüruru
buraxın. İmanınızı qüvvətləndirin,
namusunuzu qoruyun. Bir-birinizin nail
olduğu şərəfi qısqanmayın. Qul
olmayın, zülm etməyin. Allah hesab
günündə zalımı şəxsən Özü
mühakimə edəcək. Sizə 2 əmanəti qoyub
gedirəm: Qurani-Kərim və əhli-beytimi... Əgər
kiməsə ağır bir hərəkət etmişəmsə,
onun əvəzini qəbul etməyə hazıram. Kimin məndən alacağı varsa, gəlib
haqqını alsın". Bu zaman əshabdan
birisi üç dirhəm alacağını söylədi.
Bu üç dirhəmi Peyğəmğər(ə)
ondan alıb bir fağıra sədəqə vermişdi. Təbii ki, həmin pul dərhal ödənildi.
Vəsiyyət məhrumiyyətlər içərisində
yaşayan insanlara maddi-mənəvi dayaq durmaqdır. Vəsiyyət,
insanın ömrü boyu görə bilmədiyi işə əncam
çəkməsi deməkdir. Vəsiyyət,
ölümündən sonra özünü məhəbbətlə
yad etdirməkdir. Vəsiyyət dünya ilə
vidalaşan mömin bəndənin son axirət sərmayəsidir.
Bəli, bəndə özündən əvvəlkilər
kimi dünyanın ona da qarşısıalınmaz
ölümlə yardım edəcəyinə məhz bu zaman –
öz nümunəsində əmin olur. Artıq o dərk
edir ki, bütün sərvətlərini ona yardım edən
dünyada qoyacaq və aparacağı da vur-tut 5-10 metr ağ parça olacaq, o da qismət olsa. Həmin
səbəbdən "Hər kim vəsiyyət
edib, dünyadan getsə, sanki şəhid olur. Hər kim vəsiyyətsiz dünyadan getsə,
İslamdan əvvəlki dövrlərdə, cahiliyyət vəziyyətində
ölmüş kimi olur" (həz.Məhəmməd).
Vəsiyyətin
bəzi məsələləri
Vəsiyyətdə əsas məsələ təkcə
mal-dövlət və mülkiyyət deyil. Peyğəmbərlərin,
vəlilərin, saleh dövlət
başçılarının vəsiyyətlərində əsas
məqsəd ümmət və millətin maddi-mənəvi
inkişafıdır. Rəbb buyurur: "Yaqub peyğəmbəri
ölüm haqlayarkən, o öz övladlarından soruşdu:
"Mən öləndən sonra siz kimə itaət edəcəksiniz?"
Göründüyü kimi, Yaqub(ə)
ölərkən belə öz övladlarının dini mənsubiyyətilə
maraqlanıb. Ölümcül yaralanan həz.Əli isə
oğlanları həz.Həsən və həz.Hüseynə
dedi: "İkinizə də Allahdan çəkinməyi,
dünya sizi axtarsa belə, onu axtarmamağı vəsiyyət
edirəm. Babanız Peyğəmbər(ə)-nin
şəriətini itirməyin. Həqiqəti
söyləyin. Axirət üçün iş
görün, zalıma düşmən olun, məzluma
yardım edin. Yetimləri qoruyun, onların sizə
tapşırılan haqlarını itirməyin. Qonşularla mehriban dolanın. Qurana
riayət edin. Namazı tərk etməyin,
həcci unutmayın. Qəlbinizi
öyüdlə dirildib, inamla qüvvətləndirin. Yaxşı işləri əmr edin. Nəfsinizi özünüzlə başqaları
arasında bir tərəziyə döndərin. Özünüzü başqalarına qul etməyin.
Allah insanı azad yaradıb. Bilin ki, şərlə əldə edilən xeyirə
xeyir deyilməz. Zorla yetişilən sərbəstliyə
sərbəstlik adı verilməz. Şər adamlardan
çəkinin, xeyirli adamlarla dost olun. Dostuna düşmən
olanı dost saymayın, düşmən bilin. Qəzəbinizi
boğun. Hər kəsi görə biləcəyi işə
göndərin..."
"Hər
kəs öz vəsiyyətində zülmkarlıq edərsə,
o, böyük günah etmiş olur"; "Bir adam ədalətlə,
insafla vəsiyyət etməsə, o, alicənab adam deyil və
axirətdə bizim şəfaətimiz ona nəsib olmaz" Peyğəmbər(ə) kəlamlarına
görə, vəsiyyət zamanı ədalətsizliyə yol
vermək varislərin mallarını oğurlamaq kimidir. Deməli, varislər haqqında ədalətli vəsiyyət
etmək həm fərd və ailələrin, həm də
dövlətçiliyin təməlini möhkəmləndirir.
İslam dövlətinin güclənməsi və onun
coğrafiyasının genişlənməsində müstəsna
xidmətləri olan, İslamda ilk demokratik və şəffaf
parlament seçkilərinin müəllifi həz.Ömər
ölümcül yaralanarkən ona tövsiyə etdilər ki,
gələcək xəlifəni kimliyi barədə vəsiyyət
etsin. O, vaxtilə
həz. Peyğəmbərin hələ
sağlıqlarında cənnətlə müjdələdiyi
10 nəfərdən (onlardan 3-ü – Səid b.Zəid, Əbu
Ubəydə, Əbu Bəkr artıq vəfat etmişdi; 1-i -
xəlifə Ömər isə can üstdə idi),
6-sının siyahiyə salınması şərtilə, istənilən
digər tanınmış adamların da namizədliyinə
etiraz etmədi. 6 nəfərdən başqa heç kim bu iddiada olmadığı üçün
müşavirlər siyahiyə 1 nəfəri də əlavə
edib həz.Ömərə təqdim etdilər. Siyahidə
öz qohumunun adını görən xəlifə, onun
adının altından xətt çəkib, əhali
arasında geniş sosial bazaya malik olan 6 nəfərin (Səd.b.Əbi-Vəqqas,
Əbdürrəhman b.Ovf, Təlhə, Zubeyr, Osman, Əli) xəlifəliyə
layiq olduğunu vəsiyyət etdi. Və dedi ki, qoy onlar
növbəti xəlifəni özləri - Şura ilə
seçsinlər. Sonra da əmr etdi ki, 6 nəfərlik
Şura qərar qəbul edənə kimi namizədlərin
olduğu bina mühafizə edilsin, heç kim
ora buraxılmasın. Belə də oldu.
Vəsiyyət edən şəxs gərək öz ailəsinin
də hüququnu pozmasın. "Bir nəfər
ölümündən qabaq var-dövlətinin
hamısını Allah yolunda vəsiyyət etdi və
övladlarına heç bir şey vermədi. Hadisəni
eşidən Peyğəmbər(ə)
soruşdu: "Siz o şəxsin ölüsünü neylədiniz?"
Dedilər: "Torpağa tapşırdıq". Həz.Peyğəmbər
buyurdu: "Əgər dəfndən öncə xəbər
versəydiniz, mən onu müsəlman qəbiristanlığında
dəfn etməyə icazə verməzdim".
Vəsiyyət məhəbbətə vasitə olduğu
üçün o, vəsiyyət edəni yaşadır. Necə deyərlər,
"vəsiyyət edən şəxs çox
yaşayar". Məgər A.Nobeli (1833-1896) yaşadan
onun vəsiyyətinə görə 1901-ci ildən beynəlxalq
Nobel mükafatlarının təsis edilməsi deyilmi?! Əgər
insan mirasını elm, təhsil, maarif, su çəkmək,
yol salmaq, kimsəsiz qoca və uşaqlara yardım etmək və
s. lazımi yerlərə xərclənməsini vəsiyyət
edərsə, bunu həm də onun kəffarəsi kimi qəbul
etmək olar.
Vəsiyyət dünyanın bəlkə də insana
verdiyi axırıncı fürsətdir. Həmin səbəbdən
yaxşı olar ki, insan bu şansı sonraya saxlayıb, deməsin
ki: hələ vəsiyyətə vaxt var, zamanı gələndə
vəsiyyətimi edəcəm. Çünki
insan elə ölə bilər ki, heç onun vəsiyyətə
vaxtı da qalmaz. Bununla yanaşı, insan
var-dövlətini kiməsə vəsiyyət etməklə
"ona kömək edirəm” fikrini də əsas
götürməməlidir. Çünki
sağ ikən kömək etməklə, öləndən
sonra mirasdan verilən mal və ya paranın hüsnü-ləzzəti
bambaşqadır. "Bir nəfər vəsiyyət
etdi ki, mən öləndən sonra xurma anbarımı Allah
yolunda paylayın. Onun vəsiyyətinə
əməl olundu. Lakin bir xurma dənəsi
anbarın küncündə qaldı. Peyğəmbər(ə)
buyurdu: "Əgər o şəxs həmin xurma dənəsini
sağlığında versəydi, bu onun bir anbar xurmanı vəsiyyət
etməsindən yaxşı olardı".
Vəsiyyət hikmətli, ədalətli və xeyirli
olmalıdır. Quran vəsiyyətə toxunulan ayələrdə
"Bil-məruf" (xeyirli işlərə dəvət) ifadəsini
işlədir. Yəni hər bir vəsiyyət
ədalət və xeyrə söykənməlidir. Ədalətə söykənməyən vəsiyyət
həm qohumluq bağlarını qırar, həm də ailəni
sarsıdar. Həmin səbəbdən vəsiyyətdə
yaxın qohumların hüququ hökmən gözlənilməlidir.
Məlumdur ki, qohumlardan bəzilərinin vərəsəlik
hüququ varsa, digərlərində bu hüquq yoxdur. Əgər vəsiyyət edən şəxs, ikinci
tərəfin ehtiyac içində
yaşadığını bilib, onlara mal və əmlak
payı ayırmazsa, günah etmiş olur. Əksinə,
əgər vəsiyyət edən irsi hüquqları olan
yaxın qohumların həyat şəraiti ağır olduğu
halda mirasın qanuni hissəsini onlara yox, hüququ olmayan ikinci
tərəfə verərsə, ədalətsiz olur. Çünki bununla o, kasıbların vəziyyətini
daha da ağırlaşdırıb, varlıları isə zəngin
etmiş olur.
Ailə başçısından fərqli olaraq,
Müaviyə kimi dövlət rəhbərlərinin xeyirsiz vəsiyyəti
isə həmin millət üçün bir zülmdür. Belə ki, Müaviyə
oğlu Yezidə vəsiyyət etdi: "Bir əlində
qılınc, digər əlində bir parça çörək
tut. Xalqı bu tərəzilə idarə et.
Bizim iki düşmənimiz var. Birini (həz.Həsəni)
mən zəhərlədim. O birinə (İmam Hüseynə)
ömrüm çatmadı. Bu iş sənin vəzifəndir".
Taxt-tac hərisi pozğun Yezid, hələ
ölməyən atasının barmağından
şahlıq üzüyünü çıxarmaqla ona xəyanət
etsə də, atasının vəsiyyətinə əməl
edib, özünü əbədi lənət sahibi etdi. Xalq olaraq Biz Müaviyəsayağı bir vəsiyyətin
acısını artıq əsrlərdir ki, çəkməkdəyik.
Bu, rus çarı I Pyotrun
işğalçı siyasətidir. O özündən
sonrakı varislərinə Azərbaycan da daxil olmaqla Qafqaz, Xəzər
dənizi və digər regionlarda imperiya hakimiyyətinin bərqərarını
vəsiyyət etmişdi. Həmin vəsiyyətnamənin bir
hissəsi yerinə yetirilib, qalanı isə plandadır...
Allah hikmət
sahibidir
"Vəsiyyətnamə vəsiyyət edən
öldükdən sonra qüvvəyə minir. Vəsiyyət
edən sağ ikən, vəsiyyətin hökmü olmaz”
(İncil). Quran isə buyurur: "(Ölənin) vəsiyyətini
eşitdikdən sonra onu dəyişənlər günah sahibi
olarlar. Şübhəsiz ki, Allah hər şeyi
eşidən və biləndir”. (Bəqara
181). Lakin Rəbb hər iki kəlamı
yalnız və yalnız xoşniyyətli vəsiyyət –
insanları azad, xoşbəxt edə biləcək vəsiyyət
üçün buyurub. Deməli, zülmə, istismara,
başqasının ərazisini zəbt etməyə,
rüşvətə, korrupsiyaya və digər munkərlərə
söbq edən vəsiyyət Rəbbə, Onun peyğəmbərləri
və kitablarına zidd olduğu üçün ayəni belə
də şərh etmək olar: "(Ölənin) pis, şər,
haram vəsiyyətini eşitdikdən sonra onu dəyişənlər
savab qazanmış olarlar”.
Vəsiyyət həyat-ölüm, ölüm-həyat
fəlsəfəsinin dərki, ölümsüz həyatın
və həyatsız ölümün
mümkünsüzlüyünün dəlili, ani və fani
dünya həyatının ölüm körpüsü ilə
əbədi dirilişdəki təntənəsidir. Vəsiyyət bir iman
cövhəri kimi, həm də ölümün həyatı
və həyatın ölümü yaşatmasına
inamdır:
"...
Harda həyat başlanır
Ölüm bağışlanır.
Harda
ölüm başlanır
Həyat bağışlanır.
Bu, məlum
fəlsəfə...” (M.Araz)
Doğrudan da Allah hikmət sahibidir.
Allah hikmət
sahibidir
"Vəsiyyətnamə vəsiyyət edən
öldükdən sonra qüvvədə olur. Vəsiyyət
edən sağ ikən, vəsiyyətin hökmü olmaz"
(İnjil). Quran isə buyurur: "(Ölənin) vəsiyyətini
eşitdikdən sonra onu dəyişənlər günah sahibi
olarlar. Şübhəsiz ki, Allah hər şeyi
eşidən və biləndir" (Bəqəra 181). Hər iki kəlam yalnız və yalnız
xoşniyyətli vəsiyyət, insanları azad, xoşbəxt
edə biləjək vəsiyyət üçün buyurulub.
Deməli, zülmə, istismara, rüşvətə,
korrupsiya və digər munkərlərə sövq edən vəsiyyət
Rəbbə, Onun peğəmbərləri və kitablarına
zidd olduğu üçün ayəni belə də şərh
etmək olar: "(Ölənin) pis, şər, haram vəsiyyətini
eşitdikdən sonra onu dəyişənlər savab
qazanmış olarlar". Doğrudan da hikmət
sahibi olan Allah hər şeyi eşidən və biləndir.
Ədalət.-2019.-28 mart.-S..6