Sənəm Əliyeva: "Zalda bir dənə olsa boş yer yox idi"

Estoniyada azərbaycanlı aktyorlarımız qastrol səfərində olublar. Səsi-sorağı teatr, film sevərlərin qulağına çatdı. Mən istədim ki, bu səfərlə bağlı girişdə məlumat verməyim, hər şeyi müsahibim, həmin qastrolsəfərinin təşkilatçısı, Estoniyada yaşayan Sənəm Əliyevanın dilindən eşidəsiniz.

- Bu günlərdə aktyorlarımız Estoniyada oldular. Bildiyimizə görə təşkilatçı siz idiniz. Baş tutan bu səfərlə bağlı deyə bilərsiniz?

- Estoniya Dram teatrında Azərbaycandan gələn truppanın qastrol tamaşasına hazırlıq mərhələsini demək olar ki , bir il idi başlamışdıq. Hələ keçən ilin may ayında Estoniyada Baltik Film İnstitutunda Azərbaycan film günü təşkil etdim bunun çərçivəsində rejissor Emil Quliyevin "İkinci Pərdə" filmini nümayiş etdirdik. Film gününə həm Emil Quliyevi baş rolun ifaçısı Hikmət Rəhimovu dəvət etmişdik. Çox maraqlı bir tədbir keçdi. Həmin günlərdə dahi aktyor Fuad Poladov dünyasını dəyişdiyi üçün biz tədbiri onun anım təqdimatı ilə başladıq. elə həmin layihə ərəfəsində Hikmətlə söhbətimizdə qastrol tamaşası layihəsi barədə danışdıq bunu dahi aktyorumuza ithaf etməyi qərarlaşdırdıq. Eston Dram teatrı ilə birliyim olduğu üçün bu ideyanı sevinclə qarşıladılar dəstək verməyə hazır olduqlarını bildirdilər.

- Bu işdə sizinlə birgə daha kimlər var idi?

- Qastrol tamaşası üçün Pol Villardın "Köhnə telefon" adlı əsəri seçildi. Rejissor Abdulqəni Əliyev bu əsəri təklif etmişdi yekunda tamaşanın uğurunu görəndə mən bu seçimin qədər düzgün olduğuna bir daha əmin oldum. Tamaşada baş rolda Hikmət Rəhimov, digər rollarda əməkdar artist Münəvvər Əliyeva gənc aktrisa Fidan Bayramova çıxış edirdi. Tamaşa 18 martda Estoniya dram teatrının səhnəsində oynanıldı.

- Tamaşaçılar çox idimi? Xoşlarına gəldimi?

- Bəli, zalda bir dənə olsa boş yer yox idi. Bir layihə rəhbəri kimi deyə bilərəm ki, bu qastrol tamaşasının baş tutması üçün çəkdiyiniz bütün əziyyətlərə dəyərdi. Qeyd etmək lazımdır ki, tamaşaçılar əsas etibarı ilə teatr xadimləri, müxtəlif teatrların direktorları, bədii rəhbərləri, rejissorlar, aktyorlar dramaturqlar sairə idi.

- Bəs dil? Başa düşmədikləri dildə baxırdılar axı.

- Tamaşa onlar üçün yad dildə oynanılırdı. Lakin rejissorun düzgün seçdiyi tamaşanın həlli yolu, aktyorların son dərəcə məharətli oyunu, sevimli Lala xanımın ovsunlayıcı səsi (telefon operatoru) , düzgün seçilən musiqilər - bütün bunlar tamaşanı çox anlaşılan etmişdi. Hamı ovsunlanmışdı, elə bilir eston tamaşaçısı emosional deyil ,onlar tərif edib alqışlamağı sevmir. Amma tamaşa bitəndə gurultulu alqışlar kəsilmək bilmirdi. Mövzunun dərinliyi aktuallığı, tamaşanın düzgün qurulması, aktyorların məharəti hamını heyran etmişdi. Tamaşadan sonra ziyafət zalında qəbul təşkil olunmuşdu. Ziyafətdə Estoniya dram teatrının direktoru Rein Oja çıxış edərək belə gözəl layihənin təşkilinə görə təşəkkür etdi. Tamaşaya yüksək qiymət verən direktor incəsənətin eyni dildə danışdığını vurğuladı. O, aktyor Hikmət Rəhimovu dahi aktyor adlandırdı. Estoniya inteqrasiya fondunun rəhbəri İrene Käosaar da tamaşa haqqında yüksək fikir söyləyərək yad dildə olmasına baxmayaraq qədər anlaşılan olduğunu söylədi: "Mən artıq onların yad dildə danışdıqlarını da unutmuşdum, hər şey çox aydın anlaşılan idi. Hətta bəzi yerlərdə ağladım da”. Çıxış edənlərin hamısı tamaşaya yüksək qiymət verdilər, müsbət rəylərini bölüşdülər

- Maddi dəstəyiniz var idimi?

Tamaşa Estoniya Mədəniyyət nazirliyi, Estoniya İnteqrasiya fondu, Estoniya Azərbaycan icması tərəfindən dəstəklənmişdi. Lakin mənim bu qastrol tamaşasını həm də xeyriyyə layihəsi kimi adlandırmağa haqqım var, çünki bu tamaşaya Abdul müəllim, Lalə xanım, Pəri xanım (afişanın müəllifi), Hikmət və digər aktyorlar heç bir mənfəət güdmədən öz zəhmətlərini bəxş ediblər. Təvözakarlıqdan uzaq olsa da , deməliyəm ki, mən də bu işdə heç bir şəxsi mənafe güdməmişəm.Tamaşada deyildiyi kimi - biz bir yola çıxdıq, sonu esqdir. Hər birimiz bu işi Azərbaycan naminə, teatra olan sevgimizdən və Fuad müəllimə olan ehtiram və məhəbbətimizdən etdik. Tamaşa uğurla baş tutdu, bu barədə Estoniya televiziya kanalı məlumat verdi, Tallin incəsənət radiosu müsahibələr hazırladı və bu yaxında efirdə olacaq. Bu layihə Azərbaycanı, onun mədəniyyətini tanıtmaq baxımından çox mühüm idi.

- Texniki işlərdə kimlər dəstək oldu?

- Tamaşanı texniki cəhətdən Estoniya dram teatrının səs və musiqi rejissorları (Raido) idarə edirdi ki, onlara da minnətdarıq. Səhnənin dekorasiyasının qurulmasında da Estoniya Dram teatrının dekoratoru Erik əlindən gələn köməyi əsirgəmədi. Bu məzmunda birliyi mədəniyyətlər arası münasibətlərin inkişafına təkan verirbir-birini dərk etməyi asanlaşdırır.

Estoniya icmasının rəhbəri Niyazi Hacıyevə, Gənclər təşkilatının rəhbəri Zəhra Qəhrəmanlıya və Ülvi Qəhrəmanlıya dəstək üçün təşəkkürümüzü bildiririk. Tamaşaya Estoniya  Mədəniyyət nazirliyinin  nümayəndələri, Azərbaycanın Estoniyadakı səfiri, Türkiyənin Estoniyadakı səfiri, Estoniya parlamentinin üzvləri, Tallin şəhər vitse-meri və nümayəndələri baxmışdı.

Eminquey

Ədalət.-2019.-28 mart.-S.8.