İNDİ ELƏ
TƏKƏM Kİ...
İnqilab İsaqa ünvanlanan məktub
Hər bir yeni
kitabə əlimə alanda bir anlıq duruxuram. Sanki içimdən qeyri-adi
bir axın keçir.
Hələ də onun adını tapa bilmirəm. Bu bir az şad xəbərə, bir
az dünyaya yeni gələn övladın təbəssümünə,
bir az da
sevginin ilk
etirafını xatırladır, yaşadır mənə. Bax, bu qəribəliyin
içində əlimdə tutduğum kitab hələ nədən
yazıldığını, nədən bəhs etdiyini bilməsəm də, mənə
yaşatdığı ovqatla o bir anın içərisində
könül dünyama
işıq nöqtəsi kimi damır. Və
o işıq nöqtəsi damcıdan
artıq çoxalmağa, gurşada
çevrilməyə başlayır. Təbii ki,
bu proses artıq
kitabı oxuyanda özünü
göstərir və yaxud da
hər şey əksinə olur. Yeni kitabə əlimə
götürdüyüm an
yaşadığım o qeyri-adi
duyğu başa
çırpılır və çiliklənir. Amma inanın ki, həmişə
arzu etmişəm ki, o an çiliklənməsin.
Əvəzində gurşada çevrilsin, sellənsin...
Bəli, həmin duyğunun notları üzərində oxuyuram:
Gözlərim yol çəkir
çıxım yoluna,
Ən cığal arzum da xoşuna gəlsin.
Mənimlə dolanmaq dəli
işidi,
İnanma, ağlım başıma gəlsin.
Hə,
elə bu yerdəcə hiss edirəm ki, həmin o ilk anın
yaşantısı öz işini görür və mən
söz dünyasına daxil oluram – al-əlvan, rəngbərəng,
bir növü bir seyrangah, burda hər şey var. Və burda olan hər şey izinsiz-filansız əlindən tutur, səni öz təsirinə
salır və sən də yavaş-yavaş
özünü unudub
"Beləcə yaşayaq” deyirsən.
Bəxti
dönük çıxan bu əzabların,
Taleyi bənzərmiş oyuna, məşqə.
Beləcə yaşayaq daha yad kimi,
Nə sən doğulmusan, nə mən bu eşqə...
Çünki bu yaşam haqqını qazana bilməyib, duyğular
ünvanına çatmayıb. Ona görə
də bəzən belə də olur. Və
onda pıçıldayırsan ki:
Anlayan anlamaz ki,
Bəxtini bəxt kiritsə,
Zülmət göz dağı
deyil,
Niyyətləri ümidsə.
... Belə də olur belə
Quşlar bir səmtə uçur.
Bəxtinə can atanlar,
Qovuşmur ki, qovuşmur.
Təbii ki, bu qərar
sonuncu, necə deyərlər, nidası, nöqtəsi qoyulan qərar deyil. Ona görə
ki, ürək döyünür, ürək
duyğyların, istəklərin
diqtəsini, umacağını,
pıçıldadıqlarını üzü Tanrıya, üzü sabahlara yönəldir. Və bu
sabahların açılacağına
inamlıdı. Ona
görə də o ürəyin sahibi çox rahat bir şəkildə özünə və hamıya deyir:
- Nə yaxşı açılır sabahlar hələ!
Və sabahların açılacağını
misralayır - həm özü üçün,
həm sevənləri
üçün, həm
də oxucuları üçün:
Yenə
də gileylər, yenə də ahlar,
Yenə də yuxumu pozan günahlar.
Yenə
də nağılda oyaqdı şahlar,
Nə yaxşı
açılır sabahlar
hələ.
...Ah – dedim, bu ahın
aynası mənəm,
Günahın bütövü, parası
mənəm,
Şahın qılıncının yarası mənəm,
Nə yaxşı sözlərin
zülməti qovur,
Nə yaxşı
açılır sabahlar
hələ.
Doğrudan da hər açılan
sabahla yeni ümidin qapısı da üzümüzə açılır və
biz o açılan qapının
haqdan olan icmarıcını könlümüzün
qisməti, qədəri
kimi də qəbul edirik, onun təmənnasızlığına
inancımız bizi ayaqda saxlayır. Və belə
məqamlarda təkcə
özüm yox, həm də çevrəm xatirələrm
sənin üçün
daha bir təkanverici gücə, daha bir təsəliyyə
yol açmış olur. İnanırsan ki, sabahında
ümidlə yanaşı
işıq xəbəri
də var. Bu elə bir xəbərdi ki, o işığın izinə düşüb getmək, getmək mümkündü. Təbii ki,
istəyinə, sevginə,
ümidinə doğru.
Və gedə-gedə
də yol boyu ürəyinlə danışırsan:
Dünya
ağrılardan çətin
qoruna,
Kimi yarıtdıq
ki, kimə yarına.
Bayat sevdaların düşdüm
toruna,
Hardasan unutma, ay adam,
məni.
Bir ömür atlıymış
piyadası mən,
Əlindən dağılan piyaləsi mən.
Enən
sükutuyam, uçan
səsi mən,
Hardasan unutma, ay adam
məni.
Ocaq bəs eyləməz korun dünyaya,
Gör necə
qıyıblar, görün
dünyaya.
İşıq xəbəri var
korun dünyaya,
Hardasan unutma, ay adam
məni.
Həqiqətən dünya işığından
uzaq düşən üçün, yəni kor adam
üçün dünyasına
işıq xəbəri
çatdırmaq, onun
qapısını işıqla
döymək ən böyük insanlıqlardan
biridi. Bu insanlığın
isə ünvanı unudulmayan adamlardı.
Elə İnqilab İsaq da üzünü həmin adamlara tutmaqla bahəm, həm də özünün də o sırada olduğunu həzin bir not üzərində şeirləşdiribdi.
Və oxucuya çatdırıb
ki, havadan, şəraitdən asılı
olmayaraq, sözün böyük mənasında
adamları unutmaq olmaz. Axı:
Tutqun havada iblis gözünü,
Yalnız qaranlıqdı seçib
ayıran.
Xoşbəxt olmağın da çarəsi yoxmu?
Ömrün qum saatı..., günü sayıram.
Bu qorxunc halımın
baisi kimdi?
Nə Adəm, nə Həvva tapmadı cavab.
Oxunur yuxulu uşaq gözüylə,
Tanrı üzümüzə açdığı
kitab.
Qeybə
çəkilənlər deyil
uzaqda
Ayrılıq nəfəsdi solan çiçəyə.
Daha yuxularım adam
dirildir,
Bəxtimlə əlüstü barışım
deyə.
Mənə elə gəlir ki, bu misralar
əslində tutqun havanın ifadəsi deyil. Sadəcə gerçəkliyin, barışdığımız anın təsviridi, tərənnümüdü. Çünki biz bəxtin,
qədərin həm özüyük, həm daşıyıcısı, həm
də onunla baş-başa gəlib savaşanı! Ona görə də
hər anda, hər fürsətdə işıq axtarırıq
bəxtlə həmfikir
olmağa.
Bəli, inqilab
İsaqın "İndi elə təkəm
ki..” kitabı sözün
içərisində, çevrəsində, həyət-bacasında,
sözə gedən yolda olan
hər kəs üçün
yaxşı bir hədiyyədi. Və mənə
elə gəlir ki, bu kitab həm də təkliyə qarşı
savaşanların çiyindaşı, silahıdı. Uğurlu olsun!
P.S. Dəyərli qələm dostum, zənnimcə təklikdən gileylənmək sənin şeirlərinin, söz dünyanın havasına uyğun gəlmir. Bəlkə bu barədə düşünəsən.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2019.- 29 mart.- S.6.