Ermənilərin Qərbi Azərbaycanda
törətdikləri qırğınlar
(əvvəli ötən
sayımızda)
Erməni
tarixçisi Hrand Mardrosyan yazırdı: -1829-cu ildən
1899-cu illərdə kənd və şəhərlərin
adı 95% azərbaycanlı adı olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilin noyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı.
563 min soydaşlarımız erməni vəhşiləri
tərəfindən məhv edilmişdi.
Nəhayət "Daşnaksütyun"
partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və
Qarabağı ələ keçirməli idi.
Nəticədə onlar Bərdədə
görüşməli idilər.
Andronik Tarosoviç
Ozanyan kimdir?
Elə birbaşa
quldurbaşı, qəddar, vəhşi, amansız desəm
yanılmaram.
O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar hökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta "Böyük Ermənistan"ın gələcək hökümdarı olmaq da halaldır. Deməli erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində türkiyənin şərqi-Ərzurum, Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistan" yaradacaq və Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.
Lakin həm erməni quldurlarının, həm də
çarın "Böyük Ermənistan"
yaratmaq arzuları gözlərində
qaldı. Avropa dövlətlərinin xüsusi ilə də İngiltərənin
işə qarışması nəticəsində
Əbdülhəmid bu fürsəti əldən
vermədən Türkiyə hüdudlarında fəaliyyət
göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin
qulağını kəsir. Amma iki fahişənin fəallığı və
erməni qayğısı ilə Andronik
türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər
danışırdı).
Türk əsgərlərinin
erməni qızları özlərinə aşiq
etmişlər. Həmin fahişələr əsgərlərin
danışığından mətləbi tuturlar,
Andronikin yerini öyrənirlər
və qaravulçuları ələ almaqla,
yumşaq yerlərini onların
qucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik əvvəl
Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan müharibəsində quldurluq
edərək bir müddər silahsız, dinc türk əhalisinə
divan tutur. 1914-15-ci ildə
Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu
bildirir. Həmin vaxt ruslara Andronik
kimi quldur hava və su
kimi lazım idi. Türkiyə ərazisində erməni
könüllərindən ibarət
rusların hazırladıqları
4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə
çiyin-çiyinə Türkiyənin
Van, Qars, Sarıqamış
və Ərzurumda vuruşur və türk əhalisinə
divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan
Andronik 1917-ci ildə çar hökümətinin
devrildiyini general Baratovun
geri çəkildiyini
görüb rusların
silah-sürsatlarını oğurlayıb
15 min qoşunla qaçır.
O, İranın Xoy şəhərini, Cənubi
Azərbaycanı, Culfa
şəhərini keçərək
Naxçıvana basqın
edir. S. Şaumyanla əlaqı yaradan daşnak Andronik "Daşnaksütyun" partiyasının
"Böyük Ermənistan"
yaratmaq planı ilə tanış
olur. O, Naxçıvana
soxulduqdan sonra elan edir ki,
"Məni Naxçıvana
rəhbər təyin
ediblər" Andronik
S. Şaumyanın göstərişi
ilə Naxçıvan
əhalisindən bütün
silahları yığır.
Onun bu hərəkətləri,
fəallığı S.Şaumyana
xoş tədir bağışlayır və
Androniki "xalq qəhrəmanı" adlandırır.
O, bolşevik lideri V.İ.Leninə belə bir teleqramma vurur:
"Andronik Ozanyan
Naxçıvanda Şura
hökümətini qurur. Ona əlavə
kömək lazımdır".
Teleqramma V.İ.Leninə çatar-çatmaz
daşnak "əlavə
köməyi" təşkil
edir.
1918-ci ilin mart ayının
10-da Qərbi Azərbaycanın
Ləmbəli bölgəsindən
olan milis (polis) işçisi Mustafa Əfəndiyev
İrəvandan Naxçıvana
gedən qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patron aşkar
edir. Burada atışma başlayır,
ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur və onun taleyi
bu gün də məlum deyil. Şaumyan daşnağın qeyd etdiyi "Əlavə kömək"
azərbaycanlıları qırmaq
üçün Andronikə
göndərilən silah-sursat
idi. Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb,
Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar
kəndlərini talan edir, od vurub
yandırır, əhali
dədə-baba yurdundan
didərgin düşür.
Evlər,
məscidlər, örüşlər,
yamaclar, zəmilər
odlara qalanırdı.
Əbrəqunis kəndində yaşayan
İslam Qurbanovun 1965-
ci ildə mənə danışdıqlarından:
-Kəndlərimizə basqın
edən erməni quldurları dinc əhalimizi qılıncdan
keçirir, qadınların
bətninə nizə
soxurdular. Bir az üzdə
olan adamların, el qəhrəmanlarının boyunlarını
vurur, başlarını
dərə aşağı
diyirləyirdilər. Süleyman
adlı Ordubad rayonun Tivi kəndindən
bir qoçaq adam əmələ
gəlmişdi. Adına Qaçaq
Süleyman deyirdilər.
Qaçaq Süleyman qorxu
bilməz oğullardan
25 nəfər başına
yığıb dəstə
düzəltmişdi. Onlar ermənilərin kəndlərə
soxulan quldurlarına
divan tutur, silahlarını
ələ keçirirdi.
Qaçaq Süleymanın dəstəsi
Andronikin qoşununa xəlvəti zərbələr
endirir, say-seçmə
adamlarını dənləyirdi.
Qaçaq Süleymanın dəstəsi
Tivi dağlarının
ətəklərində Bülöv
kəndindəki Babək
qalasında qalırdı.
Androniki təqib edən Əbdülhəmidin
əsgərləri Xoy
Maku istiqaməti ilə irəliləyərək
Ərəblər, Şahtaxtı
ərazisindən Araz çayını keçib
Düzdağ təpələrindən
daşnakları top atəşinə
tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının
yanına düşür.
Türk qoşunun zərbəsini görmüş Andronik öz əsgərlərinə
qaçmaq komandası
verir. O, çox
vaxt erməni dilində danışırmış.
"Ara, Şudara
paxenq, torkeri yeqab" (Ədə, tez olun qaçaq,
türklər gəldi.)
O, ildırım sürəti
ilə dağıara çəkilir.
Bu quldur dəstə
Sisiyan mahalına çəkilərkən Ordubad
rayonunun dağ kəndlərindən keçməli
olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindən
keçib Qıpıcıqdan
Zəngəzura aşmağa
tələsən quldur
Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın "dostu"
Hayrik adlı erməni yaşayır. Andronik hayriki ələ alır. Bir atalar sözü
vare, "İt itin ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər hamısı!" məsələni
elə qurur ki, Hayrik qonaqlıq
təşkil etməli
və Süleymanı
qonaq çağırmalı
olur. Həmişə bizim el qəhrəmanlarını
Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili
Qaçaq Təhməzi
xəyanətlə güdaza
verən erməni olmayıbmı? Indi
də belə deyilmi?
Yeni-yeni böyük cinayətləri bu gün törədən anası erməni milliyətindən olan "qan qardaşlarımız" deyilmi? Nə isə Hayrikin vasitəsiylə Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstəsinin boynu vurulur başları dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin 2500 nəfər əhalisini qılıncdan keçırıb meyidləri Araz çayına atmışlar. Ümumiyyətlə Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli, Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı.
(ardı növbəti
sayımızda)
Əvəz Mahmud Lələdağ
Ədalət 2019.- 30 mart.- S.4.