YAZIÇI-JURNALİST RAFİQ HACIYEVİN
65 İLLİK YUBİLEYİ QEYD OLUNDU
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə
ehtiramla, gələcəyə
inamla!" layihəsi
çərçivəsində növbəti tədbiri keçirilib. Bu dəfəki
tədbir tanınmış
yazıçı-jurnalist Rafiq
Hacıyevin 65 illi yubileyinə həsr olunub.
Aprelin 30-da Beynəlxalq
Mətbuat Mərkəzində
baş tutan tədbirdə millət vəkilləri, tanınmış
ictimaiyyət nümayəndələri,
jurnalistlər, sənət
adamları və yubliyarın qələm dostları iştirak ediblər.
Mərasimdə çıxış edən
Azərbaycan Mətbuat
Şurası Ahıl Jurnalistlər Məclisinin
Məzahir Süleymanzadə
lahiyə haqqında geniş məlumat verib. Daha sonra Rafiq Hacıyevin həyat və yaradıcılığından
danışarkən onu
Azərbaycan jurnalistikasında
özünəməxsus dəsti-xətti,
yazı duyumu olan qələm sahibi kimi dəyərləndirib.
Qeyd edib ki, Rafiq
Hacıyevin yeniyetmə
dövründən rəssamlığa,
musiqiyə, incəsənətə
və jurnalistikaya çox böyük həvəsi olub və ilk rəsm əsərləri "Azərbaycan
pioneri", ilk məqalələri
isə rayon qəzetlərində
çap olunub. O,
1975-1980-cı illərdə indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
təhsil alıb. Tələbə ikən nüfuzlu
"Kommunist" qəzetində
çalışan R.Hacıyevin
imzası da məhz burada tanınmağa başlayıb.
Uzun illər qəzetdə müxbir, baş müxbir, məsul katib müavini və məsul katib vəzifələrində
çalışıb. Eini zamanda bu nəşrə
əlavə çıxan
"Səhər" qəzetin
də məsul katibi olub.
1986-cı ildə "Kommunist"in müxbiri kimi "Laçın"
rayon qəzeti redaksiyasında
uzun müddət yaradıcılıq ezamiyyətində
olub, qəzetin forma və məzmununun daha da yaxşılaşdırılmasında
kollektivə yaxından
praktiki əməli kömək göstərib. 1991-1993-cü illərdə "Azərbaycan",
"Həyat" (keçmiş
"Sovet kəndi")
qəzetlərində məsul
katib, Xaricdəki Həmvətənlərlə Azərbaycan
Mədəni Əlaqələr
Cəmiyyətinin - "Vətən"
Cəmiyyətinin orqanı
olan "Odlar Yurdu" qəzetinin Baş redaktoru vəzifələrində çalışıb.
1993-95-ci illərdə Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin - AZƏRTAC-ın
müxbiri və buraxılış redaktoru
işləyərkən Azərbaycan
Respublikasının Prezidenti
cənab Heydər Əliyevin iştirak etdiyi dövlət tədbirlərinin, qəbulların,
müşavirə və
iclasların işıqlandırılmasında
peşəkar jurnalist
kimi çox yaxından iştirak edib.
Azərbaycan Respublikası Baş
Prokurorluğu Mətbuat
Mərkəzinin məsul
əməkdaşı olarkən
isə bu orqandakı səmərəli
fəaliyyəti və
qüsursuz fəaliyyəti
zamanı prokurorluğun
80 illik yubileyinə və ən maraqlı cinayət işlərinin istintaqına
həsr edilmiş geniş həcmli "İstintaqı peşəkarlar
aparır" bədii-sənədli
kitabı nəfis tərtibatla, kütləvi
tirajla çap olunub.
Rafiq Hacıyev
illərdən bəri
jurnalistika və publisistika sahəsində yorulmadan çalışdığını
deyən M.Süleymanzadə
onun portret yazılarını xüsusi
vurğulayıb. Qeyd edib ki, yubliyar
publisistik və ədəbi-bədii yazılarına
görə "Həsən
bəy Zərdabi"
Media, "Cəfər Cabbarlı",
"Rəsul Rza" ədəbi mükafatlarına
layiq görülüb.
Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov çıxışında Rfiq
Hacıyevin yaradıcılığı
haqqında fikirlərini
bölüşüb. R.Hacıyevi
ən məhsuldar jurnalistlərdən biri kimi dəyərləndirən
Ə.Amaşovun çıxışından
sonra yubliyara "Azərbaycan mətbuatının
inkişafında xidmətlərinə
görə və 65 illik yubileyi münasibətilə" Mətbuat
Şurasının xüsusi
diplomu və qiymətli hədiyyəsi
təqdim olunub.
Millət vəkili Çingiz Qənizadə deyib ki, Rafiq Hacıyev
istedadı, peşəkarlığı
ilə yanaşı, zəhmətkeçliyinə görə
də seçilir. Onun Vətənə, millətə,
milli-mənəvi dəyərlərə,
muğama, musiqimizə
sevgisi, diqqəti hər zaman gənclərə örnək
olmalıdır.
Millət vəkili, yazıçı
Aqil Abbas çıxışında Rafiq
Hacıyevin muğama,
musiqiyə sevgisindən
danışaraq bildirib
ki, onun yazılarında muğamın
ecazkar səsi, azərbaycan musiqisin gözəlliyi eşidilir. Aqil Abbas
çıxışında yubliyara Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə
görə "Əməkdar
jurnalist" fəxri adının verilməsini
təklif edib.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, Dövlət
mükafatı laureatı,
əməkdar elm xadimi,
professor Məhərrəm Qasımlı
çıxışında tanınmış publisist
və jurnalist Rafiq Hacıyevi yubleyi münasibətilə
təbrik edib və onun dərin
təhlil gücü ilə səciyyələnən
rəngarəng, canlı
və dolğun yazılarında poetik təsvirlərin, cəlbedici
təhkiyənin, ana dilinin bədii imkanlarından ustalıqla
faydalanmaq məharətinin
həmişə xüsusi
diqqəti çəkdiyini
vurğulayıb.
Xalq artsti, Dövlət mükafatı laureatı,
professor, tarzən Ramiz
Quliyev Rafiq Hacıyevin yüksək jurnalist peşəkarlığından,
publisistikanın qiymətli
nümunələri olan
əsərlərindəki mükəmməl
ədəbi dilin şirinliyindən və əsrarəngiz gözəlliyindən,
heç zaman dəyişməyən obyektiv
mövqeyindən, qələmə
aldığı hər
bir mövzuya səriştəli, ədalətli
baxışından, yazıçının
yüksək vətəndaşlıq
mövqeyindən söz
açıb.
Rafiq Hacıyevi jurnalistikanın
"təmiz nəfəsi"
adlandıran Bakı Dövlət Universitetinin professoru, filologiya elmlər doktoru Qulu Məhərrəmli çıxıçında onun
yaradıcılığını sistemli şəkildə oxuduğunu deyib: "hərdən Rafiq Hacıyevin yazılarını
toplayıb birdən oxuyuram. Onun publisistik yazılarını
bu cür sistemli şəkildə oxuyanda sanki bir roman, iri həcmli bədii əsər oxuyursan. Onun yazılarının özünəməxsus
dili var. Bu cür bədii, obrazlı dil jurnalistikamızın uğurudur".
Daha sonra qonaqlardan Əməkdar jurnalist Şəmsiyyə Kərimova, jurnalist İlqar Həsənov, Əməkdar müəllim, şair Oqtay Rza, Əməkdar jurnalist Adil Cəmil, şair Maşallah Məftun, prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri ilham Abbasov, şair Ramiq Muxtar, Şahid Abbasov, jurnalist Əhməd Məmmədov, qabaqcıl maarif xadimi Tofiq Kərimov, Əməkdar jurnalist Tahir Aydınoğlu və başqaları çıxış edərək Rafiq Hacıyevin yaradıcılığı, şəxsiyyəti haqqında xoş sözlərini çatdırıb, onu yubiley münasibətilə təbrik ediblər.
Sonda söz alan Rafiq Hacıyev ona göstərilən bu diqqətə görə Azərbaycan Mətbuat Şurasına, şuranın Ahıl Jurnalistlər Məclisinə, tədbirdə iştirak və çıxış edənlərə təşəkkürünü bildirib.
Şamxal
Ədalət.-2019.-3 may.-S.6.