Anar Burcəliyevin yeni kitabı nəşr olunub

 

Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Məqalələrim, ressenziyalarım, oçerklərim müsahibələrim" adlı yeni kitabı nəşr olunub. Kitabda 1989-2018-ci illəri əhatə edən dövrü mətbuatda nəşr olunan məqalələr toplusu cəmlənib. Dərgidə toplanan materiallar teatrşünasların həmçinin sənətşünasların ilkin məlumat araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir tərəfdən ümumazərbaycan teatr tarixinin tədqiqinə ilkin araşdırma ola biləcəksə, digər tərəfdən aktyor, rejissor teatrlarımızın sənət yollarının öyrənilməsi baxımından əhəmiyyətlidir.

 

"Aytac Nəşriyyat Poliqrofiya" MMC-nin nəfis tərtibatı ilə nəşr olunan kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli, redaktoru isə Eşqin Nağıyevdir.

 

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyev respublikada çapdan çıxan qəzet jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin eləcə müsahibələrin müəllifidir. Anar Burcəliyev 1992-ci ildə C. Cabbarlının "Olum ya Ölüm" ya "Od gəlini" referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılaraq, 2001-ci ildə isə "Muğan-Media" Beynəlxalq mükafatı laureatı adına layiq görülüb.

 

"Əsl el adamı", "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi inkişafı" (Ensklopedik məlumat 2 fəsildə) "Qoşa qanad" kitablarının müəllifidir. "Məqalələrim, ressenziyalarım, oçerklərim müsahibələrim" kitabı isə müəllifin sayca beşinci kitabıdır.

 

Ədalət 2019.- 3 may.- S.8.