Xoreoqrafiya
Akademiyası konsert proqramı ilə çıxış
edib
Üzeyir
Hacıbəyli adınaBakı Musiqi Akademiyasının Opera
studiyasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət
fakültəsi tələbələri akademiyanın 90 illik
yubileyi çərçivəsində Beynəlxalq rəqs
gününə həsr olunmuş konsert proqramı ilə
çıxış ediblər.
Adalet.az xəbər verir ki, tədbirdə mədəniyyət və
ictimai xadimlər, ali təhsil
müəssisələrinin rektorları, xarici ölkələrin diplomatik
nümayəndələri, media nümayəndələri və
BXA-nın professor-müəllim
heyəti iştirak ediblər.
Konsertdə Xalq artisti Yusif Qasımovun quruluş verdiyi "Azərbaycan süitası”,
"Yüz biri” rəqsi, Xalq artisti Afaq Məlikovanın
quruluş verdiyi "Qarabağ yallısı”, Əməkdar müəllim
Pullumb Aqalıyayın
quruluş verdiyi "İgidlər”, "Əməkdar
artist Eteri Cəfərovanın
quruluş verdiyi
"Sind” osetin rəqsi,
eləcə də İncəsənət fakültəsinin
digər müəllim-tələbə
heyətinin quruluş
verdiyi rəqslər,
o cümlədən "Meksika
xatirələri”, "Kartuli”
gürcü rəqsi,
"Cıdır düzü”,
"Qavalla rəqs”,
"Özünü tap”, "İgidlər”,"Çin rəqsi”,
"Tənha insan”,
"Sənətkar taleyi”,
"İspan rəqsi”,
"Yüz biri rəqsi”, " Ölümlə
tanqo” və s.akademiyanın müəllim
və tələbələri
tərəfindən ifa
olunub.
Konsert böyük
maraqla qarşılanaraq,
anşlaqla keçib.
Sübhan
Ədalət 2019.- 3 may.- S.8.