Ağa Laçınlı
Ümid
Durmuşam buludlar qaynaşan
yerdə,
Döyür alaçalpo üzümə
mənim.
Qışda qurşağıma qar
çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim...
Əllər
əllər yerin bəzəyi,
əllər göyün
dirəyi
əllər həyat
nəqqaşı,
əllər dosta pənahdır.
əllər yağıya
qarşı
amansız bir silahdır.
insan ürəklə
əgər
getsə zəfər
çalmağa,
əllərin gücü
yetər
dağı da qaldırmağa.
Cəsarət
Yaxşıdır ki, həyatda
Bir çətinə düşən
tək,
Cəsarətli olmağa
Çağırır bizi ürək.
Təbiət cəsarətlə
Dəyişir fəsilləri;
Cəsarət azad etmiş
Qul olan nəsilləri.
İldırım şaxımağa
Çox da fikirləşməyir.
Sel dağları yarmasa,
Ümmanla birləşməyir.
Cəsarət cəbhələrdə
Doldurulmuş silaha,
Cəsarətlə ölənlər
Şöhrət olmuş sabaha.
Ürəyin sözü ilə
Gəlin
oturub duraq;
Cəsarəti hər yerə
Özümüzlə aparaq.
***
Xeyirxah insanlardır
Nur paylayan aləmə,
Onların şöhrətini
Ucaltmaq istəyirəm.
Göydəki ulduzları
Almaq üçün
əlimə.
Yerin dərin qatına
Kök atmaq istəyirəm.
SƏMİMİYYƏT
Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı
imarət bilmişəm,
ay dost,
Nə gərək
utanıb tər axıtmağın.
Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm
yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.
Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.
Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.
Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin
nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət,
səmimiyyətdir.
Ədalət 2019.- 7 may.- S.6.