Xilqət TALIBOV
QƏZƏLLƏR
Titrəyər
adın eşitcək cismimiz, həm canımız,
Küfrdən ar eylər onsuz dinimiz, imanımız.
Düşməni haqqında söylər nasəza, tərif çıxar,
Qorxuram biz tərif yazsaq çıxa nöqsanımız.
Zülfüqarı kafərin canın günahdan qurtarıb,
Söyləsək "qanlar tökübdür", bil ki yoxdur qanımız.
Nokəri olmaq dəyər min padişahın taxtına,
Keçməsin ya Rəbb, Əlisiz ömrümüz, bir anımız.
Biz gədaxislət olan şahlara heç baş əymərik,
Biz yox ikən çün Əlidir şahımız,sultanımız.
Karivan ardınca hürmüş itlərə etməz hücum,
Cəng meydanında aslan ovlayan aslanımız.
Harda ol
şah olsa billah,bil ki cənnət
ordadır,
İndi gəl
fikr et Əlisiz hardadır
ünvanımız.
Haqq-ədalətlən
dolu hökmüyçün hər gün, hər gecə
Sızlayır dünya hələ, qan ağlayır
dövranımız.
Canda
qüvvət var ikən biz damənindən tutmasaq,
Xəstə ikən qoy mərəz versin bizə dərmanımız.
Təb`imizdən
qətrələrdir bu düşüb söz bağına,
Sonraya
qalmış hələ Xilqət,bizim
tufanımız.
X X X
Gah solur,
gah gül açır bağ, çəmən dunyadə,
Nə sən,
ey dost,qalarsan, nə də mən dunyadə.
Nəfəsi
çoxlarının çatmadı çıxsın bu
günə,
Sabahın görmədi o, qaldı dünən dünyadə.
Bu nə
böhtandı ki, dunya dəyişib, ey qafil,
Görmüsənmi Günəşi bir gecə sən
dunyadə?
Nasəzalər
demə ünvanına, aşiqsən əgər,
Çün ki, var yetmiş iki qanlı bədən
dunyadə.
Qaldıraq,
ömr savaşında biz ağ
bayrağı,
Əcəl eylər onu onsuz da kəfən dunyadə.
Verməmişlər
ona dunyanı, o, heç istəməyib,
Görməyirsən sən odur, Xilqəti şən
dunyadə.
X X X
Bu dilim
heç sənə öz dərdini pünhan deməyib,
Gizli, aşkar bilibdir deyil asan, deməyib.
Qurxuram
çox, tamam aləm deyə,"mən aşiqinəm”,
O səbəbdən
qələmim şə`ninə dastan deməyib.
Arif endirməyəcək
huri-mələklərcə səni,
Allahından çəkinənlər sənə insan
deməyib.
Zikr etməzdilər
ayətlər adından başqa,
Anladım
mən nə üçün adını Qur`an
deməyib.
Görüm
aləmdə onun başı bəlalər çəksin,
Kim
eşitdikdə adın, baş əyib, "can" deməyib.
Harda olsan
taparam mən səni öz ətrin ilə,
Demərəm gizli gedibdir, mənə ünvan deməyib.
Xilqətin
sözlərini küfr bilənlər bilsin,
Nə deyib doğru deyib, heç sözü böhtan
deməyib.
X X X
Çəkmiş
nə Peyəmbər,ona hər ayə gələndə,
Duydum bunu, namən mənə bir ayə gələndə.
Azdırmışam,
ey gül,yuxumu şux baxışında,
Gülçöhrənə gizlincə tamaşayə gələndə.
Görcək
bu camal ilə səni dizləri titrər,
Hücrəndə sənin toy gecəsi dayə gələndə.
Sən,"yox"desən,
aləm bürünər zülmətə,baxma,
Nur oldu cahan "yox" sözü Musayə gələndə.
Bir qətrədi
xalın, boyasından damıb aya,
Nəqqaş uyuyub hüsnünə, mə`nayə gələndə?
Ağlım
mənim ardımca səpib su, yola salmış,
Bəxtim də duasıyla bu sövdayə gələndə.
Başdan
səni ta salmayım, ey başıma tacım,
Baş əymədim
İsayə kəlisayə gələndə .
Dunyasını
sən bəxş elədin Xilqətə, yolda,
Dunyasın
itirmişdi bu dunyayə gələndə .
X X X
Canın
o səbəbdəndi ki,ondan gözü
doymur,
Hər an çoxalır hüsnü, özündən
özü doymur.
İsmi
yazılan vaxtı mürəkkəb dağılıbdır
,
Bu bəxtimə, indi o qaradan üzü doymur.
Göz
yaşımı tökdüm ayaqın izləri üstə,
Qalmış hələ yollarda, yaşımdan izi doymur.
Yandım
mən, alışdım necə gör eşqin odunda ,
Hicran yeli əsdikcə külümdən közü
doymur.
Torpaqına
göz yaşımı qatdım ki, möhürçün,
Bəxtım uyuyub səcdədə, yatmış, dizi
doymur.
Bitmir gecələr, əqrəbi sınmışmı
zamanın?
Fikrim, xəyalımdan gecəmin gündüzü doymur.
Tək kəlmədən
artıq deməyir Xilqətə bir söz,
Ruhum tək, inan, dil-dodaqından sözü doymur.
X X X
Ayrı düşdük, bundan artıq bir zülüm
var, yoxsa yox?
Biz iki surətdə
bir, birdən bölüm var, yoxsa yox.?
Yanmışam,
göylərdə tüstüm eyləyir seyr üstümə,
Sinədən
bir ah çək, bax gör külüm var, yoxsa yox
Eşqdir
hər sözlərim, hüsn əhli bundan halidir,
Gəl məni
hərdən danışdır xoş dilim var,yoxsa
yox?
Məndən
əl çəkməklə san, düşmüş bədəndən
qollarım,
Tut
qolumdan, əllərimdən bax əlim var, yoxsa yox?
Qaçmısan
dəryalıqımdan, bunca gen gəzməklə sən ,
İstəyirsən
bəlkə bilmək sahilim var, yoxsa yox ?
Bir
gün etsəm köç bu dunyadan, budur mə`nası ki,
Getmişəm
ta öyrənim, Xilqət, ölüm var,yoxsa
yox?
X X X
Haqq əhlinə
dunya evi dar olmasa, olmaz,
Min möhnətə, min dərdə düçar
olmasa, olmaz.
İnsanlar
olub çün ki qonaqları cahanın,
Yatmağa otaqları məzar olmasa, olmaz.
Zalım
sənə və`d etsə də xoş günlər, inanma,
Başı bədənindən ki, kənar olmasa, olmaz.
Bir eybi
görüb dostunu tərk eyləmə, ey dost,
Xoş ətri saçan güldə də xar olmasa,
olmaz.
Haqqı
tanı əvvəlcə, danış sonra Əlidən,
Bir işdə ədalətli qərar olmasa, olmaz.
Get Kərbübəla
məktəbini yaxşıca öyrən,
Dillərdə Əbülfəzli şüar olmasa,
olmaz.
Sən
ağla Hüseynə, yəni, ağlar günə qalma,
Qeyrət
ağacında daha bar olmasa, olmaz.
Ağlın,
biliyin ötsə də, ulduzları, Xilqət,
Yox
faydası,bəxtin sənə yar olmasa,
olmaz.
X X X
Ayriliqdan
sevən aşiqlər əzəldən qorxur,
Necə bülbül ki, xəzan fəsli xəzəldən
qorxur.
Gözləyir
ovçu da bə`zən ovunu aylar ilə,
Az desəm
söz, deməyin şe`rü qəzəldən qorxur.
Təbimin
var gücü hər bəhrdə çapsın
atını,
Nə Rəcəzdən,
nə Həzəcdən, nə Rəməldən qorxur.
Zülfüqarı
bil, Əlinin əli məşhur elədi,
Görürəm indi də Mərhəblər o əldən
qorxur.
Ölü
gəlmiş çoxu, yüz yaşda fəqət dəfn
olunur,
Diri dunyaya gələn kəslər əcəldən
qorxur.
Səni
aldatmamışam, bax, buna şahiddi gözüm,
Tutar ahın məni, ruhum bu bədəldən qorxur.
Saf olan
eşqimizə saldılar axır kölgə,
Mən ki,şeytanı bilirdim xoş əməldən
qorxur.
Sevmərəm
bir daha, aldın gözümün sən odunu,
Göz
yumub mən kimi Xilqət də,gözəldən
qorxur.
X X X
Əbəsdi,
sənsiz əlacı bu canə axtarıram,
Ayaqlarım dolaşır daş, tikanə, axtarıram.
Səni
itirdim, özündə səni çox axtardım,
Qalıb otaqda nə səndən nişanə, axtarıram.
Vəfanı
da, neçə yol etdim imtahan, yox imiş,
Özüm də, bilmirəm indi daha nə axtarıram.
Sənin
səsin, gözəlim, ruhumun qidası idi,
Eşitmirəm, ona bənzər təranə,
axtarıram.
Mən,
and ola o oda, yaxmadı Peyğəmbərimi,
Məhəbbət ilə səni yanə-yanə
axtarıram.
Keçən
zəmanə qayıtsın çətin ki, bir də geri,
Dalıb xəyallara, sənli zəmanə axtarıram.
Bitib,
tamam elə bil ki, bəhanələr, Xilqət,
Barişmağa gecə-gündüz bəhanə
axtarıram.
X X X
Xətrinə
dəydim əgər, gəl məni əfv eylə,
gülüm,
Sənə eşqində inan zərrəcə yoxdur xələlim.
Əzəl
ayırdı bizı dövr, o qədər qəm mənə
ver,
Qoy,
"bir ahımla desin ki , yıxacaqsan təməlim”.
Yorğunam,
bir hala salmiş məni bu ayrılığın,
Məni asmağa, deyərsən bəs edər bircə
telim.
Adımız
tale kitabında ki, yan -yana deyil
Kaş çataydı o kitaba, mənim əldə qələmim.
Lal-dinməz
baxırıq bir-birinə hey gendən,
Xoş sözüm çöxdu sənə, bir dilə
gəlsəydi dilim.
Əlimi
doldurasan isti əlinlə nə olar,
Qapına gəlsəm, uzansa sənə sarı boş əlim.
Yuxusuz
qaldığımız hər gecənin xatirinə
Xilqətin
eşqi qədər sən də onu sev ,gözəlim.
xxx
Sanma hər
gün yaz olub güllər səfasın saxlayar,
Gün gələr güllər solar, bülbül də
yasın saxlayar.
Çox əməl
var ki, cəzasın Tanrı ol saət verər,
Vay o şəxsə sonraya Allah cəzasın saxlayar.
Etsə
mö`min nakəsi hər an dua, olmaz qəbul,
Allah adildir, o mö`minçün duasın saxlayar.
Çox
müğənni, şairi gördüm anasın vəsf edir,
Ac, susuz
amma ki,eyvanda anasın saxlayar.
Xəlqə
bəxş eylər Həzilər tək hünərli qəhrəman,
Bir ana ki, ismətin, daim həyasın saxlayar.
Aşiqə
olmaz münəccimdən, təbiblərdən əlac,
Olsa yarı mehriban, yarı havasın saxlayar.
Qaşların
üstündə saçların durur, xoşdur gülüm,
Bir sipərdir ki, o şəmşirin xətasın
saxlayar.
Mən də,
Xilqət, aşiqəm, qurbanəm ol cananə ki,
Əhdinə eylər vəfa, eşqin bahasın saxlayar.
XXX
Eşq atəşi,
ey dil, qurunu yaş ilə seçməz,
Aşiq ola kim dostunu qardaş ilə seçməz.
Gözlər
seçə nəqqaşı gərək nəqşdən,
ey dost,
Arif ola kim nəqşi o nəqqaş ilə seçməz.
Mərmər kimi saf ol əməlinlə, səni cənnət
Qəbrindəki mərmərdən olan daş ilə seçməz.
Yaşı nə sayım mən əcəlin, yoxdu savadı,
İnsanları dunyadə əcəl yaş ilə seçməz.
Xaşxaş kimi xalın, yanağın od, dodaqın mey,
Məstəm, gözüm indi meyi xaşxaş ilə seçməz.
Xilqət
də qələmqaşlara heyran olur amma,
Gözdən seçəcək yarı, qələmqaş
ilə seçməz.
Lənkəran.
Ədalət 2019.-
30 may.- S.8.