AY MUSA
YAQUB!
Böyük
şairimiz Musa Yaqubun "Xalq şairi” fəxri adı
alması münasibətilə
"Xalq
şairi” adına layiq görüldün,
Növrağın
xoş xəbər Azərbaycana,
Yayıldı
xoş xəbər Azərbaycana,
Sorağın
mübarək, ay Musa Yaqub!
Onsuz da
xalq sənə şairim – deyirdi,
Könül
duyğularla şerim – deyirdi.
Dağlarda
yaşayan şirim – deyirdi,
Oylağın
mübarək, ay Musa Yaqub!
Canın
ağrıyanda deyirsən, "ehi...”
Dizə məlhəm
olur otların şehi,
Darayır
saçını dağların mehi,
Darağın
mübarək, ay Musa Yaqub!
Çox
çeşmə başında "şam” eyləmisən,
Ömrü
söz yolunda şam eyləmisən,
Qələmlə
kağızı şum eyləmisən,
Varağın
mübarək, ay Musa Yaqub!
Şeirdə
açmısan sən yeni bir iz,
Ustadsan,
arxanca addımlayırıq biz,
Nadanı
sözünlə çökdürmüsən diz,
Yarağın
mübarək, ay Musa Yaqub!
Sən
dönük çıxmadın öz adətinə,
İlahi
eşqinə, məhəbbətinə,
Pirsən,
Dilqəm gələr ziyarətinə,
Çırağın
mübarək, ay Musa Yaqub!
****
DAHA QOCALIRSAN, AY MUSA YAQUB!
Gedib dirənəydim
dağ yoxuşuna,
Etdiyim
tövbələr yada düşəydi.
Nə əvvələm,
nə indiyəm,
Səksənimin
içindəyəm,
Axırıncı
keçiddəyəm,
Keçidimi
keçim gedim.
Musa Yaqub
Qaya-qafçalıqdan
en, aşağı düş,
İndi sənlik
deyil o dikdir, o şiş,
Babayla, Həzrətlə
halallaş, görüş,
Daha
qocalırsan, ay Musa Yaqub!
Nəfəs
güclə gəlir, titrəyir əllər,
Quruyub
mamır tək, tökülür tellər,
Gözün
didəsindən sellənir sellər,
Daha
qocalırsan, ay Musa Yaqub!
Daha
keçəmməzsən Yelligədikdən,
Daldalan
kahıda qardan, küləkdən,
Üzülür
əllərin körpə əlikdən,
Daha
qocalırsan, ay Musa Yaqub!
Çəmən
çiçəkləri dözməz ərkinə,
O dəvə
təpələr almaz tərkinə,
Çox
da tamahlanma meyvə bərkinə,
Daha
qocalırsan, ay Musa Yaqub!
Çox
gedib dirənmə dağ yoxuşuna,
Qoy xəyalın
uçsun uzunquşuna,
Düzənlər,
çəmənlər gəlsin xoşuna,
Daha
qocalırsan, ay Musa Yaqub!
Əzəldən
bağlısan qayaya-daşa,
Dağ
çayları tək gələrdin çoşa,
Söykənib
palıda gedirsən huşa,
Daha
qocalırsan, ay Musa Yaqub!
Qocalıq
insanı fağırlaşdırır,
Azman
dağlar təki ağırlaşdırır,
Dəliqanlını
da ağıllaşdırır,
Daha
qocalırsan, ay Musa Yaqub!
Səksəni,
doxsanı, yüzü keçəsən,
Çəməndə
dincəlib, düzü keçəsən,
Girdiman
çayı da üzüb keçəsən,
Kaş
qocalmayasan, ay Musa Yaqub!
Orda
dağlar uca, dərələr dərin,
Keysər
bulaqların suları sərin,
Oldun nəğməkarı
mənzərələrin,
Kaş
qocalmayasan, ay Musa Yaqub!
Bir həyat
çağlayır xoş nəfəsində,
Duymayaq
titrəyiş, təlaş səsində,
Qalasan həmişə
söz zirvəsində,
Kaş qocalmayasan, ay Musa Yaqub!
Təki
şairliyin, təbin bol olsun,
Ürəkdən
ürəyə yaxın yol olsun,
İlhamın
könlünə dolhadol olsun,
Kaş
qocalmayasan, ay Musa Yaqub!
Dilqəm TƏMRAZ
Ədalət
2019.- 30 may.- S.6.