Qəribədir bu həyat...
İdris Şükürlü
Oxuyurdu. Səsi qövsəl-qüzeydə,
dağlarda, qayalarda, dərələrdə
əks-səda verirdi.
Sonra daha geniş auditoriyada oxumaq istəyirdi. Müsiqi təhsili
almasaydı, səsinə
güvənməsəydi, Xan
Şuşinskinin, Vasif
Adıgözəlovun sınaqlarından
uğurla çıxmazdı.
Bəs necə oldu ki, Asəf Zeynallı
adına orta musiqi məktəbində
oxuyan tələbə
yoldaşlarının çoxu
xanəndəlik sənətində
tanınıb şöhrət
tapdı, Xalq artisti, Əməkdar artist
adını aldı? Həyatın dolanbac yollarında
Sulduzun qarşısına
çıxan gözlənilməz
maneələr onu şöhrətin zirvəsinə
yüksəlməyə qoymadı.
İncə qəlb sahibi, şaqraq səsli Sulduz Həşimli ötən illəri xatırlayır. Sanki, onunla
birlikdə tale yolları
ilə addımlayırıq.
Budur, onun səsi Bül-bül bulağının
qarşısındakı dağlara
dəyib əks-səda
verir. Quşların cəh-cəhi ona
səs verir. Ondan iki yaş böyük
olan xalası oğlu xanəndəXanhüseyin
Sulduzlu oxumağa həvəsləndirdi. Sonralar Xanhüseyin
tanınmış müğənni
oldu, kasetləri çıxdı.
Sulduz əsgərlikdən
qayıtdı. Yaxınları, qohum-əqrəba yığışıb şadyanalıq
etdilər. Altı aydan
sonra o, Sumqayıta-dayısı
İslamgilə getdi.
Dayısı Lenin ordenli inşaatçı
idi, dünyanın gəliş-gedişindən yaxşı
baş çıxarırdı.
Bir gün o, söhbətin şirin yerində Sulduza dedi:
- Bacıoğlu, bilirəm sən fəhlə işləyən deyilsən.
Sənin
yaxşı səsin
var. İstəyin səsin
sehrinə düşməkdir.
Arzun səni öz ardınca aparacaq.Bu yoldan dönmə...
Sumqayıtda konsert vardı. Sulduz da
konserti dinləməyə
getmişdi. Oxuyanları
dinlədikcə Sulduz
hiss etdi ki, onun da ürəyindən
oxumaq keçir. Bədii rəhbər Sulduzun ürəyindən keçənləri
duydu.
-Oxumaq istəyirsən?-soruşdu.
-İcazə versəniz, oxuyaram
-Məşqsiz oxumaq çətin olar, özün bil.
Sulduz "Sona
bülbüllər”i oxudu.Xeyli
əl çaldılar.
-Daha nə oxuyacaqsan?
-"Qarabağ şikəstəsi”ni.
Bədii rəhbərin könlü
açılmışdı. Yeni bir müğənni kəşf
edirdi. Sulduza gül təqdim
etdilər. Deyəsən başqası üçün
gələn gülü
ona vermişdilər.
Konsert başa çatdı.
Ona çox adam yanaşır,
həmsöhbət olmaq
istəyirdi. Bədii rəhbər Sulduza dedi:
- Gəl bizim ansamblda məşqlərə
başlasan yaxşıdı.
Sulduz sesi:
-Mən çox istərdim. Ancaq Asəf Zeynallıya
sənədlərimi vermək
istəyirəm.
-Uğur olsun, bizimlə əlaqə saxla.
74-cü ilin yayı
idi. Vahid Abdullayev ikinci
kursda oxuyurdu. O, Sulduza dedi:
-Gəl səsini yoxlayaq. Nə oxuyacaqsan?
-"Cahargah” pis
olmazdı.
Sulduzun oxuması
Vahidin eynini açdı. O, dedi:
-Sən artıq tələbəsən. Gecikmə,
sənədlərini təqdim
et.
Asəf Zeynallıya 7 yerə 165 nəfər sənəd vermişdi. İçəri keçdi. Tar müəllimi Elxan Quliyev soruşdu:
-Oğul, nə oxuyacaqsan?
-"Cahargah”ı.
-Yoxlamaq üçün bir dəfə oxumalısan.Bacararsanmı?
-Bəli.
-Onda başlayaq .
Sulduz Həşimli "Cahargah”
muğamının maye
şöbəsini oxudu.
Sonra
"Bəstənigar”ı oxumaq
istəyirdi. Sulduz gördü
ki, çalğı alətlərində düz
çalmırlar. Bu onu yoxlamaq üçün
imiş. "Mənsuriyyə”ni ifa edir. Elxan müəllim soruşur:
- Sən "Mənsuriyyə”ni
yenidən oxuya bilərsənmi?
-Əlbəttə,- deyə Sulduz həvəslə bildirir.
-Başla görək.
"Mənsuriyyə” heyranlıqla dinləyən,
Elxan Quliyev və başqa musiqi ustaları ona qiymət verdilər.
-Oğul, "5”-ə layiq oxudun.
Sulduz Həşimli
ikinci kursda oxuyurdu. Məktəbin direktoru Vasif
Adıgözəlova rast
gəlir.
Sulduza təəccüblə baxaraq
soruşur:
-Sən tələbəsən?
-Bəli?
-Elə bildim yoxlamaya gəlibsən.
-Aü müəllim, kasıb tələbəyəm,
məndən nə yoxlama?
-Gedək otağıma,-Vasif
müəllim irəli
keçdi.
-Hansı şöbədə
oxuyursan?
-Muğam şöbəsində.
Sahib Şükürovun sinfində (o, Razi Şükürovun atası
idi).
-Get müəllimini çağır.
Sahib müəllim Sulduzdan soruşdu:
-Xeyir ola? Bəlkə
bir iş görmüsən?
-Narahat olmayın, müəllim elə-belə
çağırır.
Hər ikisi içəri daxil oldu. Vasif müəllim
soruşdu:
-Bu tələbə necə oxuyur?
-Nümunəvi tələbədir,
yaxşı səsi
var.
-"Cahargah”ı oxuya
bilərsən?
-Bəli.
Sulduz oxuması Vasif müəllimin xoşuna gəldi.O,Sahib müəllimə tərəf
dönüb, dedi:
-İstedadlı tələbədir,
ondan muğayat ol, gələcəyi var.
Xan Şuşunskinin
sınağından da
Sulduz uğurla çıxıb. Hətta, Lerikli olduğunu
biləndə təəccübünü
gizlədə bilməyib.
Təhsil illəri başa çatdı. Xoş günlər idi.
Məmmədbağır Bağırzadəni,
Hacıbaba Hüseynovu,
Səfa Qəhrəmanovu,
Səxavət Məmmədovu
unuda bilmir. Təyinat vaxtı gəldi. Onu Azərbaycan Opera və Balet Teatrında işləməyə göndərmək
istəyirdilər. Sulduz isə
Lerikə getmək qərarında idi. Vasif Adıgözəlov Sulduzun fikrini öyrənib dedi:
-Bir quşun ki, başı kənddə ola,
arxası şəhərə
şərafətli olar.Oğul,
get fikirləş, bəlkə
fikrindən döndün.
Səfa
dedi:
-Sulduz, əgər təyinat yerinə getmək istəmirsənsə,
Vasif müəllimə
deyək. Məni sənin yerinə
göndərsinlər.
Elə də oldu.
Sulduz Lerikə
gəldi. Lerikdə avtoklub müdiri
oldu. Yardımlıda musiqi müəllimi
işlədi. Sonra Biləsuvara
köçdü. Arxangelovka (indiki
Bağbanlar) kəndi onu ağuşuna aldı. Klubda işlədi bədii
rəhbər oldu.
Opera və Balet
Teatrını kluba dəyişən Sulduz üçün Muğanda
yaşamaq çətin
oldu. O, uca dağlara, yaşıl meşələrə, sərin
və saf çeşməli bulaqlara
öyrəşmişdi. Dağa çıxıb
Lerikin, Yardımlının
kəndlərinə tamaşa
etməkdən, Savalanı
görməkdən ötrü
darıxırdı. Biləsuvarda
da çox qalmadı.
Bakının Mərdəkan qəsəbəsinə köçdü.
SSRİ dağılırdı, Azərbaycanda vəziyyət qarışıq idi. Oğlu Pərvin də oxuyurdu. İrana gediş-gəliş başlamışdı. İş elə gətirdi ki, İranın Parsabad şəhərinə getdi. Onu buradakı toylara aparmağa başladılar. Səs-sorağı getdikcə yayılırdı. Onu və oğlunu toylara aparmaq üçün toy sahibləri növbəyə düzülmüşdülər. Bu isə yerli müğənnilərin xoşuna gəlmirdi. Onun səsini batırmaq üçün fürsət axtarırdılar. Və oğlu ilə birlikdə iranlı müğənnilər tərəfindən zəhərləndi. Sulduzun səsi batdı, uzun müalicədən sonra oxumağa başladı. Bu əhvalatdan sonra ruhdan düşsə də, özündə güc toplayıb oxudu. Və məclislərdə oxumağını davam etdirdi.Toylarda onun səsini həvəslə dinlədilər. İndi gənclər muğamı dinləməyə az maraq göstərsələr də, muğam muğam olaraq qalır.
-Toy müğənnilərinin
sınaq meydanıdır,-deyir Sulduz.-Müğənninin təkcə
səsinə qulaq asmırlar. Onun hər bir hərəkəti
tamaşaçılar tərəfindən diqqətlə izlənilir.
Xalq ruhunu, istəyini ifa edən məclisdə o,
səhv etməməli, mədəni rəftarı ilə yadda qalmalıdır. Səhnə bizi yaxşı sınayır.
Bəli, 7 yaşında atası Poladxanı
itirən Sulduz atasının
zümzüməsinə hələ uşaqlıqda həsrət
qalsa da, onun adını ucaldıb, yaşadıb. Özünün bir
neçə mahnısı var.
Hamısı da xalq ruhundan qidalanır. Əlibala Hacızadənin
sözlərinə bəstələnmiş mahnıları ifa etməyi çox sevir. Səkinə İsmayılova, Zümrüd Məmmədova, Qəndab Quliyeva, Məhəbbət Kazımov (Allah onarəhmət eləsin), Vəliağa
Tağıyev və Manaf Rəhmətovla
bağlı çoxlu xatirələr var.
Məşhur türk müğənnisi Zəki Müren dünyasını dəyişəndə Türkiyə mətbuatı yazmışdı ki, Türkiyə mahnısının günəşi batdı. Doğrudan da hər bir müğənni xalqın səsi, nəfəsi sayılır. Sulduz Həşimli də bu səsin, nəfəsin bir hissəsidir, onu qoruyur, hifz edir.
Ədalət.-2019.-31 may.-S.8.