Qarakənd səmasında
qırılan ömür
Hüquq elmlər namizədi Xalıq
Qasımzadə
Vətən uğrunda
şəhid olmuş Müstəqil Azərbaycan
Respublikasının Baş Prokuroru general İsmət
İsmayıl oğlu Qayıbovun əziz
xatirəsinə
Sovet İmperiyasının tarixi zərurətdən doğan süqutunun, SSRİ xalqlarının Müstəqillik uğrundaki mübarizəsinin, azadlıq"arzularının qarşısını almaq məqsədi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 80-cı illərin axırlarında qanlı təxribat planları hazırlamışdır. Əsas hədəf isə Pribaltika, Moldova,Gürcüstan, Gazaxıstan və Azəbaycan Respublikası idi.
SSRİ kimi nəhənq
imperiyanın təməlini sarsıdan Qarabağ
hadisələri əslində uzun illərdən
bəri erməni daşnaklarının "Dənizdən Dənizə”
Xülyasının başlanğıcı idi.
Yüz ilə yaxın bir
müddətdə Rus
İmperiyasının yardımı ilə Azərbaycan
torpaqlarını hissə-hissə ələ keçirən
Ermənlərin, Qarabağı ələ keçirməsi üçün də münasib
vaxt yetişmişdir.
Moskvada
ermənlərin dikdəsi ilə hazırlanmış təxribat
planına uyğun olaraq
Azərbaycanda Milli zəmində ixtişaşlar törədilməli və bu, Azərbaycanın Qarabağ
bölgəsindən azərbaycanlıların kütləvi
şəkildə çıxarılması üçün
zəmin olmalı idi.
1988-ci ilin fevral ayında Sumqayıtda təşkil edilən kütləvi ixtişaşlar məhz buna xidmət edirdi.
İxtişaşlarda erməni
əsilli Qrigoryanm öz
millətindən olan 5 nəfər
qadın qətlə yetirməsi, hadisələrin hansı ssenari əsasında qetdiyinin
əyani göstəricisi idi.
20 yanvar 1990-cı il qanlı faciəsi Azərbaycan xalqının haqlı etirazlarına, çökməkdə olan ermənipərəst imperiyanın irticaçı xislətinin təzahürü idi.
Əliyalın, köməksiz Azərbaycanın radiodalğaları vurulmuş, televiziya bloku partladılmış, yüzlərlə zirehli texnikayla: tanklarla, toplarla günahsız insanları amansızcasına qətlə yetirmişdir.
Bu çətin günlərdə
Azərbaycanın taleyini düşünən,
onu fəlakətlərin qirdabından xilas etmək istəyən görkəmli
dövlət xadimlərindən biri
Respublikanın Baş Prokuroru
İsmət Qayıbov idi. O dövr bu qeyrətli vətən
oğlunun ermənlərə qarşı
tutduğu prinsipial,
barışmaz mövqeyi hamımız
yaxşı xatırlayırıq.
Bütün təzyiqlərə
baxmayaraq İsmət Qayıbovun erməni
quldurlarına açıq məhkəməsi, oxuduğu ittiham aktı
hamının ürəyindən idi.
İnsanlar bu
qorxmaz vətən oğlunun
cəsarətinə heyran olur,
onunla qürur hissi duyurdular.
İsmət Qayıbov, Məhəmməd Əsədov tandemi ermənilərin canına lərzə salmışdı. Onlar bu qorxmaz, cəsur sərkərdələrin simasında Azərbaycan xalqının gücünü, güdrətini , xarakterini görür, şələ-şülələrini yığışdırıb qaçmaq istəyirdilər.
İsmət Qayıbov yüksək mənəviyyatı,
prinsipiallığı, xeyrxahlığı, cəsurluğu,
vətən sevqisi ilə
hüquqmühafizə işçilərinin hər birinə
nümunə idi.
Azərbaycanın suverenliyini,
sərhədlərinin toxunulmazlığını, vətəndaşlarının
təhlükəsizliyini əldə əsas tutan
qeneral İsmət Qayıbov qanunun bütün
gücündən istifadə edib Azərbaycanın
bu savaşda haqlı olduğunu sübut etmək
istəyirdi. O, bütün tədbirlərdə
fəal iştirak edir,
hüquqmühafizə orqanlarının hər bir işçisindən vətənin bu çətin günlərində səfərbər
olmağı tələb edirdi.
Xeyrxahlıq rəmzi olan bu parlaq şəxsiyyətin
ən yüksək amalı ədalətli, obyektiv
olmaq, cinayət etmiş
insanları təkcə cəzalandırmaq yox,
onların islah olunmalarına, sağlam şəkildə cəmiyyətə
qayıtmalarına zəmin yaratmaq idi.
Elə bu ərəfədə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Respublika Baş Prokurorluğu yanında Qarabağ üzrə birgə istinaq-əməliyyat qrupu (BİƏQ) yaradılması barədə qərar qəbul edildi.
Azərbaycan Respublikasının Baş Prokuroru general İsmət Qayıbovun əmri ilə
yaxşı istintaqçı, bacarıqlı krimnalist
təcrübəli əməliyyat işçilərindən
ibarət əməliyyat-istintaq qrupu
yaradıldı və qrupa geniş
səlahiyyətlər verildi.
Birgə istintaq-əməliyyat qrupunun tərkibinə daimi fəaliyyət göstərən 30 nəfər Prokurorluq orqanları müstəntiqləri, iki aydan bir əvəz edilməklə 30 nəfər polis orqanları müstəntiqləri, 5 nəfər Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları, hər ay əvəz eilməklə 30 nəfər əməliyyatçı və 13 nəfər texniki işçi daxil edildi.
Yeni yaradılmış qrup İsmət Qayıbovun göstərişi
ilə silah, nəqliyyat, lazımi texniki vasitələrlə təchiz edilməklə
Şuşa şəhərində yerləşdirildi.
Qrupun üzvlərinə həm
Şuşada həm də Xankəndidə
vilayət Prokurorluğunun yerləşdiyi
binada xidməti otaq
ayrılmışdır.
Qrupun üzvləri, İsmət Qayıbovun
tapşırığı ilə xüsusi
əhəmiyyətli məlumatları təcili olaraq şəxsən Baş
prokurora çatdırırdı. Məsələnin
ciddiliyi birdə onda özünü göstərirdi ki, 95 nəfərdən ibarət müstəntiq
və əməliyyatçılardan ibarət qrupa
şəxsən İsmət Qayıbov rəhbərlik edirdi.
Qrupun üzvləri vilayətdə cərəyan edən
hadisələri operativ şəkildə
təhlil edir, vaxtaşırı Baş Prokuror İsmət
Qayıbovu məlumatlandırırdı. Onlar
gündəlik gərgin, çətin işiylə subut etdi ki,
İsmət müəllim öz
seçimində yanılmamışdı.
Həqiqətən də qrupun üzvləri üzərinə düşən məsuliyyəti dərindən dərk edərək öz vəzifə borclarını şərəflə yerinə yetirirdi. Bir qayda olaraq, hadisə yerlərinin müayinəsində iştirak edir, müstəntiqlərdən də işin peşəkarcasına aparılması tələb edilirdi.
Bu çətin, məsuliyyətli
işlər ancaq İsmət Qayıbovun
gündəlik qayğısı və göstərişləri
əsasında həyata keçirilirdi.
O, Xankəndidə yerləşən
SSRİ Müdafiə Nazirliyinin 366-cı
motoatıcı alayının şəxsi heyətinin böyük hissəsinin ermənilərdən
ibarət olduğunu, SSRİ Daxili İşlər Nazirliyinin
daxili qoşunlarının yerli əhali arasında Milli
Ədavətin qızışdırılniasında, azərbaycanlıların
vilayətdən zorla qovulmasında əsas
rol oynadığını bildirmişdi. Həmçinin o da qeyd
edilmişdir ki, azərbaycanlıların
Qarabağdan deportasiyası əsasən Arkadi Volskinin rəhbərliyi
ilə SSRİ Daxili İşlər Nazirliyinin daxili
qoşunlarının təhriki ilə guya
azərbaycanlıların kütləvi qətlinə yol verməmək adı altında təcili həyata
keçirilmişdi.
Təkcə Xankəndinin əsasən azərbaycanlılar yaşayan evlərdən 12 min
həmvətənimiz çıxarılmış, onların
əmlakı qarət edilmiş, vəhşicəsinə
yandırılmışdı.
Məhz bədnam Volskinin fəaliyyətdə
olduğu dövrdə azərbaycanlıların
vilayətdən zorla
çıxarılması faktı üzrə SSRİ Daxili İşlər Nazirliyinin
Dağlıq Qarabağa ezam
olunmuş 40 nəfər müstəntiqi
tərəfindən üç il (1988-1990)
254 cinayət işi
başlanmış və bu işlər
üzrə bütün cinayətkarlar bəlli
olsa da ermənilərin
bir nəfəri belə məsuliyyətə
cəlb olunmamışdır.
Bütün bunlar Dağlıq Qarabağ hadisələrinin arxasında kimlərin diyandığını açıq-aşkar göstərirdi, ermənipərəst Qorbaçovun təhriki ilə DQMV-nin Azərbaycandan zorla ayrılaraq Ermənistanın tərkibinə birləşdirilməsi siyəsətinin tərkib hissəsini azərbaycanlıların Qarabağdan bütünlüklə köçürülməsi təşkil etmişdir.
Beləliklə, soyqrım törədən
erməni cəlladlarının qarşını «almaq» adı altında, əslində Volskinin "xeyir-duası" ilə, 40 nəfərlik
istintaq qrupunun müstəntiqlərinin
də SSRİ DİN-nin daxili
qoşunlarının şəxsi heyəti ilə birlikdə
açıq-aşkar azərbaycanlıların əleyhinə
fəaliyyət göstərmələri təkzibedilməz
faktlarla sübuta
yetirilməsi xüsusi qeyd
edilməlidir.
Ona görə də, Qeneral ismət Qayıbov həmin cinayət işlərinin mütləq qaydada alınaraq BİƏQ-un icraatında istintaqın davam etdirilməsini özünün ən ümdə vəzifəsi kimi qəbul etmişdir.
Həqiqətən də 20 noyabr
1991 -ci il tarixdə baş vermiş vertolyot qəzasına qədər
BİƏQ-in fəaliyyəti barədə, şəxsən
İsmət Qayıbovdan başqa heç kimə, heç bir məlumat verilməmişdir.
Bundan əlavə, Şuşa həbsxanasının
mühafizəsini qanunsuz olaraq
həyata keçirən SSRİ DİN-in
nəzarətçilərinin həm erməni dustaqları ilə
erməni polisi arasında mütəmadi əlaqə
yaratmaları, həm də əməkdaşlarımıza həbsxanada
istintaq-əməliyyat tədbirlərinin aparılmasına
icazə verilməməsi barədə də ətraflı məlumat
verilmişdir.
Heç şübhəsiz, Şuşa həbsxanasının mühafizəsinin qanunsuz olaraq, Azərbaycandan alınaraq SSRİ daxili qoşunlarının səlahiyyətinə verilməsinə nail olmuş ermənipərəst qüvvələrə Qorbaçov havadarlıq edirdi.
Şuşa həbsxanasına nəzarətin Azərbaycana
qaytarılması nəticəsində Qarabağda
azərbaycanlılara qarşı törədilmiş bütün soyqrım faktlarının
açılmasına və həmin vəhşilikləri
törətmiş erməni vandallarının məsuliyyətə
cəlb ediləməsinə real şərait
yaranmış olurdu.
Belə imkanın Azərbaycana verilməsinin qarşını almaq məqsədilə Qorbaçova arxalanan ermənipərəst qüvvələr İsmət Qayıbova çox ciddi müqavimət göstərirdi.
İsmət Qayıbov SSRİ DİN-in daxili
qoşunlarının rəhbərliyi tərəfindən bu fakta yol
verilməsinin həm çox ciddi qanun pozuntusu,
həm də Azərbaycan tərəfin mövqeyinə
açıq xəyanət olması barədə SSRİ prokurorluğuna rəsmi olaraq
etirazını
bildirmişdir, həm SSRİ DİN əməkdaşlarının
mühafizədən kənarlaşdırılması, həm
də istintaq qrupundakı, icrası qanunsuz olaraq
dayandırılmış, 254 cinayət işinin
BİƏQ-ə verilməsi barədə Azərbaycanın qanuni tələbi olmasını Moskvaya dəfələrlə bildirmişdi.
Nəticə etibarı ilə
İsmət Qayıbovun səyi nəticəsində məsələ
müsbət həll edilərək həm Şuşa
həbsxanasının mühafizəsi bizim
səlahiyyətimizə qaytarılmış, həm də həmin
cinayət işləri BİƏQ-in icraatına verilmişdir.
Cinayət işləri BlƏQ-un sərəncamına (icraatına) daxil olan kimi İsmət müəllim işlərin sonrakı istintaqının təşkili barədə məsləhətlər vermiş və istintaq zamanı hər hansı ekspertizanın keçirilməsinə zərurət yarandıqda, müvafiq ekspertin göndərilməsi üçün, dərhal ona məlumat verilməsini tapşırmışdır.
BİƏQ-un işi
çoxşaxəli və müstəsna dərəcədə
mürəkkəb olmuşdur. Onun üzərinə
ilk növbədə əməkdaşların
məişət məsələlərinin həlli, müstəntiqlərin,
əməliyyatçıların işlərinin təşkili,
onların DQMV-nin rayonları üzrə qruplara bölünməsi, həm qrupların
tərkiblərini və onlara ən
peşəkar şərti rəhbərlərin müəyyən
edilməsi vəzifəsi düşürdü.
Eyni zamanda qrupun
vəzifəsinə həm də kriminalistlərin, məhkəmə-tibb
və məhkəmə-psixiatrik ekspertlərin işinin
effektli təşkili, istintaq
və əməliyyat fəaliyyətinə nəzarət, dəftərxana
və uçot işlərinin həlli,
ittihamnamiələrin öyrənilərək təsdiq edilməsi,
Şuşa həbsxanasının fəaliyyətinə
nəzarət, Polyaniçkonun təklifi
ilə həbsdə olan ermənilərin
ailəlrinin həftədə iki dəfə
Xankəndidə qəbulu, Xankəndidə, Ağdamda
və Xocalıda keçirilən inzibati orqan əməkdaşları ilə Daxili qoşunların rəhbərlərinn
birgə iclaslarında iştirak etmə
və s.daxil idi.
Bunlardan əlavə, əsas vəzifə olaraq, hadisə yerilərinin dəqiq müayinəsi üçün ora gedəcək qrupun təhlükəsizliyi və müşayyət edilməsinin həlli üçün, SSRİ DİN-in daxili qoşunlarının rayonlar üzrə komendantları ilə əlaqə yaratmaq, Vilayətin rayonlarının azərbaycanlılar yaşayan kənd və qəsəbələrdəki azərbaycanlı polis əməkdaşları ilə görüşlər keçirmək, onlardan məlumatlar almaq, onları təlimatlandırmaqla yanaşı, eyni zamanda Şuşa həbsxanasının kurasiyası də qrupa həvalə edilmişdir.
Mən 1988-cı ilin fevralından, yəni SSRİ DTK-nin ermənilərin vastəsi ilə təşkil etdiyi Sumqayıt hadisələrindən sonra, DİN-in əməkdaşı olaraq, vəzifəmin icrası ilə əlaqədər DQMV-nin butun şəhər, qsəbə və kəndilərində yerli polislərlə birlikdə pofilaktik tədbirlər həyata keçirirdim.
Tam neytral mövqedə olmalı olan SSRİ-nin güc strukturlarının əksər əməkdaşları açıq-aşkar separatçı ermənilərin antiazərbaycan əməllərini və vəhşiliklərini müdafiə edirdilər.
Şuşa həbsxanasında belə şəraitin mövcudluğu ermənilərin törətdikləri cinayətlərin açılmasını qəsdən çətinləşdirir, eyni zamanda, erməni separatçı-terrorçu qüvvələrin xalqımıza qarşı törətdikləri cinayətlərin ört- basdır edilməsinə şərait yaradırdı.
1991 -ci ilin aprel-may aylarında
keçirilən pasport rejiminin
yoxlanması zamanı 530 nəfər erməni inzibati
xəta törətməkdə təqsirli bilinərək Şuşa həbsxanasına yerləşdirilmiş
və onlar ilkin olaraq müxtəlif müddətlərə inzibati qaydada həbs
edilmişlər.
Təkcə onu demək kifayətdir ki, Şuşa həbsxanasındaki erməni terrorçularının müdafiəsi üçün 10-12 xarici ölkədən, o cümlədən ABŞ-dan, Fransadan, İngiltərədən, Almaniyadan, Rusiyadan və digər ölkələrdən gələn vəkillər, əllərində onlarla erməni terrorçularının siyahısı ilə onların müdafiəsinin təmin olunmasını tələb edirdilər.
Lakin, müdafiə üçün
belə yanaşmanın prosessual qanunlara zidd olması motivi ilə onlara belə
imkanın verilməsinin istisna
olunmasını bildirdikdə onlar SSRİ
Baş prokurorluğu
vasitəsi ilə, məhdud çərçivədə də
olsa, həm az sayda, həm də erməniləri müdafiə
edə bilirdilər.
Həmin cinayət işlərində Dağlıq Qarabağdan zorla qovulmuş, evləri yandırılmış, əmlakları talan edilmiş, qohumları, tanışları onların gözü qarşısında vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların ifadələrinin öyrənilməsi və təhlili nəticəsində adları cinayət işlərində keçən. 200-ə qədər erməni cinayətkar, Şuşa həbsxanasında saxlanan inzibati qaydada həbs edilmiş ermənilərin arasında aşkar edilərək zərərşəkmişlərə tanınmaya təqdim edilmiş, cinayət əməlləri tam sübuta yetirilərək barələrindəki cinayət işləri ittihamnamələrlə məhkəmələrdə baxılaraq
müvafiq hökmlər
çıxarılmışdır.
İstintaq qrupunun üzvləri həyatlarının real təhlükədə olmasına baxmayaraq, əsl qəhrəmanlıq göstərərək, 1991 -ci ilin 9-10 ayı ərzində, ermənilərin yaşadıqları kənd və qəsəbələrdə istintaq-əməliyyat tədbirləri həyata keçirmiş Qarabağda və onun ətraf rayonlarında erməni terrorçuları tərəfindən 1988-1992-ci ilin fevral ayının əvvələrinə qədər törədilmiş bütün cinayətlərin açılmasına nail olmuşlar.
Bu müddət ərzində 150-yə qədər cinayət işi üzrə tərtib olunmuş ittihamnamələr təsdiq edərək məhkəmələrə göndərilmiş və bu işlər üzrə, müvafiq ittiham hökmləri çıxarılmışdır.
Əməliyyat-istintaq Qrupunun fəaliyyətinin yeganə təşəbbüskarı və təşkilatçısı İsmət Qayıbovun rəhbərliyi və qayğısı nəticəsində yuxarıda qeyd edilən işlər həyata keçirilmişdir.
Bütün bunlarla bərabər, İsmət
Qayıbov, həyatını təhlükəyə ataraq, dəfələrlə özü
Şuşa şəhərinə gəlmiş,
şəhərin rəhbərliyi ilə görüşlər
keçirmiş, həm də əməliyyat-istintaq
qrupunun iş fəaliyyətini
əhatə edən bütün məsələlər
üzrə köməklik göstərmiş və öz məsləhətlərini vermişdir.
Sonrakı yazılarımızda həm İsmət
Qayıbovun, həm də əməliyyat- istintaq
qrupun əməkdaşlarının Qəhrəmanlıqları
barədə geniş məlumat verəcəyik.
Mən bu yazıları ona
görə yazıram ki, bizim
Zəngəzurumuz, Göyçə mahalımız, Dilican dərəmiz, Göyçə gölümüzü, cənnət
Qarabağımızı qaytaracaq
oğullarımızı İsmət kimi
olmağa səsləyirəm.
İnanıram ki, İsmət
Qayıbovun əziz xatirəsi nəsillərimiz üçün örnək olaraq
qalacaq və o,
canın qurban verdiyi Qarabağ torpağı erməni faşistlərdən
azad edilən vaxt onun əziz xatirəsi bir daha hörmətlə yad
ediləcəkdir.
Qarabağımız düşmən tapdağından qəhrəman oğullarımızın sayəsində azad olacaq!
Allah rəhmət eləsin,
qəbri nurla dolsun.
Ədalət 2019.- 21 noyabr.-
S.5.