İLYAS TAPDIQ-85
Məclislərə, şənliklərə gedə bilməyən, səfərlərdən qalan İlyas Tapdıq.
Qələmə aldığım bu kiçik yazıda məqsədim
İlyas Tapdıq
yaradıcılığını ədəbiyyat müstəvisinə
daşımaq deyil, 30 noyabr
2019 cu ildə 85 illiyi-
yubileyi qeyd edilən şair haqqında kiçik
xatirəmi bölüşməkdir.
Orta məktəbi bitərəndən
sonra Universitetə daxil ola
bilməmişdim. Müsabiqədən keçmədiyimdən həqiqi
hərbi xidmətə
çağrılmışdım. Bugünkü Yekaterinburqda ordu
sıralarında xidmət
edirdim. Hərbi xidmətdə olarkən
yazdığım bir
şeirim rayon qəzetində
dərc olunmuşdu.
Həmin
ərəfədə İlyas
Tapdıq Sumqayıtda
yaşayan qohumumuzun evində qonaq olur. Təsadüfən masanın üzərində
olan qəzeti əlinə alır, şeirimi oxuyur və çox bəyənir. Böyük qardaşımı
tərifləməyə başlayanda
qohum qayıdır ki, bu şeirin
müəllifi indi hərbi xidmətdə olan onun kiçik
qardaşıdır.
BU YERLƏRDƏ
Yaz buludu enə dağa,
Qayalarda
şimşək çaxa,
Narın-narın yağış yağa,
Çaylar verə güc, səsinə.
Gədikləri duman ala,
Ceyran- cüyür azıb qala,
Qoca vələs layla çala,
Yatıb qalam gecəsinə.
"Daş bulağ”ın daşı rəng-rəng,
Qızlar gələ əldə səhəng.
Bir-birindən gözəl göyçək,
Gözüm düşüb bircəsinə.
Saz götürüb babam Sarı
Çala
burda bir ”Ovşarı”.
Qəribsəyib yurd daşları,
Naxış düşüb neçəsinə.
Qayaları qoşa burda,
Yüz il ömrü
yaşa burda,
Dəli
könül coşa burda,
Mən də deyim bircə sinə.
İlqar Türkoğlu
Şair dostları ilə səfərlərə, məclislərə getməyi, Azərbaycanı qarış- qarış gəzməyi çox xoşlayardı. Gəncliyi maddi çətinliklərlə keçsə də, özünün istedadı və çalışqanlığı sayəsində ayaqda durmağı bacarmışdı. Sevib- sevilməyi həyatın ən dadlı neməti hesab edirdi İlyas Qağa.
Ömrünün son illərində, keçirdiyi
qəzadan sonra, ayağındakı
sınıq ağrılarından şikayət edər, gəzməkdə
çətinlik çəkdiyini söyləyərdi. Son illər ən çox
sevdiyi doğma dağlara getməyə səhətti imkan vermirdi. Elə bir şair olacaqmı ki, Gədəbəyi, dağları,
yalçın qayaları Qağadan sonra belə ilhamla,
ustalıqla təsvir edə bilsin?! Dostlarla, imkan düşəndə,
onu evdən bir
neçə saatlığa "oğurlayar”,
duzlu- məzəli söhbətlərini
dinləməkdən doymazdıq. Sanki bir ensklopediya idi. Şeirlərində vəsf etdiyi zərif çiçəklər kimi qəlbi ipək və çox
kövrək idi Qağanın.
Gənc yaşlarında yazdığı
şeirlər haqqında ölməz klassiklər: Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rza,
Nəbi Xəzri və digərləri yüksək fikirdə olub, xoş sözlər
söyləsələr də, onun Hüseyn Ariflə olan unudulmaz dostluğu və bu dostluğun sirrli- sehirli məqamları
bugün də xatirələrdə
yaşayır.
Xatirən hər zaman qəlbimizdə
yaşayacaq. Ruhun şad olsun, Ustad- İlyas
Qağa!
İLQAR TÜRKOĞLU
Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazarlar Birliyinin,İraq Türkmənləri Yazarlar
Birliyinin, İLESAM-ın
üzvü, Prezident təqaüdçüsü.
Ədalət 2019.- 28 noyabr.- S.6.