Əbülfət
MƏDƏTOĞLU
GÖRÜŞÜNƏ
TƏLƏSDİKLƏRİM...
Əvvəli var
Bəli,
gecə yol getmək, özü də qaranlığın
öz pərdəsini, öz yükünü adamın
üstünə çökdürməsi mənə o qədər
də xoş gəlmir. Adətən "burda
nə var ki,
yatırsan, necə getməyindən xəbərin də olmur” deyənlər də var.
Amma mən maşında, həm də xüsusi olaraq gecə səfərlərində
yata bilmirəm. Bunun səfəri
təkcə sürücüyən etibar
etməmək deyil, bu
həm də bir daxili
sıxıntı ilə bağlıdır. O
sıxıntının adı mənə görə ətrafı
görməmək, ətrafdan nə isə almamaq,
götürməməkdi. Çünki hərəkətdə
olan maşının imkanı ancaq öz yolunu
işıqlandırmağa çatır. Yəni ətrafı
seyr etmək imkanı sıfıra enir. Bax, buna
görə də gecə yol gedəndə
nə iləsə məşğul olmağa
üstünlük verirəm. Ya avtobusun əvvəldə
də xatırlatdığım kimi,
internetindən, ekranından istifadə edirəm, ya da özümlə götürdüyüm qəzet-jurnaldan...
Bax, beləcə
qaranlığı yaran avtobus
gecə saat 2-də daha
bir məntəqədə dayanır. Yolçulara 15 dəqiqə tənəffüs
elan edilir. Şəxsən
mənim üçün siqaret
istəyimi təmin etmək üçün
göydən düşmə olur. Ona görə də çöldə
havanın nisbətən soyuq olmasına baxmayaraq, dərhal avtobusa
minirəm. Az qala ayaqlarım
yerə çatanda siqaretimi
yandırıram. Səhhətimizə,
sağlamlığımıza zərbə sayılsa da, siqaret adama
xüsusilə zövq verir.
Ətrafıma göz yetirirəm. Az qala avtobusun
sərnişinlərinin qadınlı-kişili 90 faizi siqaret yandırır.
Tüstülər qarışıb bir-birinə. Heyrətlənirəm,
azərbaycanlı qızların, xanımların bu "tüstülənməsi” ürəyimi
ağrıdır. Görün, biz nəyə meyl edib, nəyi öyrənirik. Bəlkə də
onları yola salan
doğmaları qızlarının, qadınlarının bu siqaret
"sevdalarından” xəbərsizdilər. Yeri
gəlmişkən, mən Türkiyə səfərlərimdə
bu məmləkətin
xanımlarının böyük əksəriyyətinin
siqaret çəkdiyini müşahidə
etmişəm və bunu da
bir irad kimi dostlarıma bildirmişəm. Təəssüf
ki, orda da bunu Avropanın bəlası
kimi qiymətləndiriblər. Nə isə...
Avtobusumuz hərəkətə başlayır. Necə deyərlər, yolçuluğa davam. Batumiyə yaxınlaşdığımıza görə, bu dəfə sərnişinlər deyəsən yatmaq fikrindən vaz keçiblər. Hamı bir-birilə nəsə danışır, kimsə telefonla əlaqə saxlayır. Bir sözlə, avtobusda həyat əlaməti duyulur. Bax, bu durumun içərisində mən də şeirimi yazıram.
Gəl,
al bu lal gecədən
Qaranlıqdan
sən məni...
Sığındığın
köşədən –
Bir anlıqdan sən məni...
Al, bu ruhum susalan
Göz yaşıma bulanan...
Kipriklərim sulanan –
Şoranlıqdan sən məni...
Ulduz saydım – tək-tükdən
Asıldığım tək tükdən...
Yaşadığım təklikdən
–
Viranlqdan
sən məni!
Elə bilmə getmisən
Muradına yetmisən...
Özününkü etmisən –
Yarandıqan sən məni!
Qara dənizin
Gürcüstan ərazisindəki
sahilləri görünür. Demək, Batuma
yaxınlaşırıq. Şəxsən mən Batuma
çatanda Türkiyə,
xüsusilə Trabzon üçün
daha çox darıxıram. Və istəyirəm
ki, keçiddə dayanmadan birbaşa ötüb gedəm.
Nədənsə Gürcüstanla Türkiyə arasındakı
Sarp deyilən yerdə, yəni bu keçid ərazisində özümü
həmişə narahat
hiss etmişəm. Burda
yolçuların üstünə
yüyürüb kömək
təklif edəndən
tutmuş müxtəlif
alver malları təklif edənlərə
qədər, eləcə
də Türkiyəyə
işləməyə gedən
Gürcüstan vətəndaşlarının
onlar üçün
siqaret, alkoqol keçirməkdə yardım
göstərilməsini dilə
gətirən adamların
davranışı mənə
ağrılıq gətirir.
Bu adamlar demək olar ki, hər
gün Türkiyə səmtinə keçir, orada çalışır,
geri qayıdır və təkrar yenə növbəti gün yenidən bu cür "tədarüklərlə” Türkiyə
ərazisinə keçirlər...
Deməli, Batumi şəhəri öz tarixi və bu günü ilə artıq gündəmdə yerini tutub. Ona görə mən
həmin tarixə baş vurmadan bircə onu deyə bilərəm ki, deyəsən bu şəhər gecələr yatmır.
Daha çox turistlərin üz tutduğu bu ərazidə avtobusun keçdiyi küçələri gözdən
keçirdikcə qaynaşan
adamlara maraqla baxıram. Xüsusilə dəniz sahilində
özləri üçün
balaca, xudmani bir çadırda yerləşən turistlər
daha cəlbedicidi.
Bax, bu mənzərənin içərisində Batumu
kiçib Sarpa çatırıq. Yenə sürücünün
yardımçısı öz
elanını sərnişinlərə
çatdırır. Elan
edir ki, hər kəs əşyalarını, çantalarını
götürüb öncə
gürcü nəzarət
buraxılış məntəqəsindən,
sonra Türkiyə gömrükçülərinin nəzarətindən keçib
sərhəddin o biri üzündə, yəni Türkiyə ərazisində
düz qapının önündəki məscidin
yanında dayanıb gözləsin. Bu elanlara artıq öyrəşdiyimdən,
yəni onun məzmunundan kifayət qədər tanış
olduğumdan avtobusdan düşən kimi üstümə yüyürüb
kömək təklif
edən adamlardan birtəhər qopub buraxılış məntəqəsinə
daxil oluram. Artıq Qırmızı
körpüdə gürcü
tərəfi yoxlanış
etdiyindən burda nisbətən az
ləngiyirik. Və Gürcüstanla
vidalaşıb Türkiyə
ərazisinin qapısı
sayılan ünvana, yəni buraxılış
keçid məntəqəsinə
gəlirəm. Artıq Türkiyə
tərəfindən bu
keçid məntəqəsində
çox böyük işlər görülüb.
Demək
olar ki, möhtəşəm bir tikinti başa çatdırılıb. Adamların öz əl çantalarını, ağır
yüklərini daşımaq
üçün keçirilən
ərazidə eskolatr quraşdırılıb. Hər kəs rahatlıqla qollarına ağırlıq
vermədən beləcə,
yükünü daşıyır.
Gülərüz türk
gömrükçüsünə salam verirəm.
O da məmnunluqla bu doğma sözü
qarşılayır. Pasortuma baxır,
sonra özümə.
Sonra da mehribancasına "Türkiyəyə xoş
gəldin, buyura bilərsiniz, əfəndim!”
– deyir. Elə bil
üstümdən ağır
yük götürülür.
Çünki dəfələrlə müşahidə etmişəm
ki, Türkiyə sərhəddini keçib
bu doğma yerlərə qədəm
qoyanda içimdə nə vaxtsa bütöv Azərbaycanın
hər yerinə gözüyumulu gedəcəyimə,
yəni heç bir sıxıntının
qalmayacağına inanıram.
Elə həmin inamla da sərhəddəki caminin önündə dayanıram. Çox
qəribədir ki, məhz bu an
telefonuma zəhg gəlir:
- Salam abi, hardasan? Sarpı keçdinmi?
- Salam qardaş, artıq türk torpağındayam,
avtobusu gözləyirik.
- Xoş gəldin, abi! – deyir
Əhməd.
Və mən bu "xoş gəldinin! bir məmnunluğunu
yaşayıram. Çünki o, ürəkdən gəlirdi. Bunun
ardınca dostum Əhməd bəy
vurğulayır ki, Trabzona
daxil olanda telefonunla mənə bir
cavabsız çağrı göndər. Səhər
namazında olacam. Oradan
gəlib səni terminaldan (avtovağzaldan
– Ə.M) götürüm.
Qalacağın yer hazırdı.
Burda bir
məqamı vurğulamağı özümə borc bilirəm. Doğrudur,
həmin məqamı əvvəlki səfər təəssüratlarında
da vurğulamışam. Söhbət ondan gedir ki,
dostum Əhməd bəy son
dərəcə həssas və diqqətli adamdı. Heç nə nəzərindən
yayınmır. Gələcəyim günü
də biləndən sonra sanki
bütün rahatlığını itirir, arxa plana
keçirir. Bircə məqsədi, məramı
olur: qonağını yüksək
qayğı ilə qarşılamaq, ona bütün şəraiti olan
bir yer tapıb yerləşdirmək
və onun hər arzusunu,
istəyini yerinə yetirmək! Yəni bu
adamın nəzərindən heç nə
qaçmır. Azacıq, necə deyərlər, iynə ucu boyda
narahatçılığı da göydə
oxuyur. Dərhal təlaşlanır, nə
olduğunu öyrənməyə, onu həll etməyə
çalışır. Artıq mənim söz
adamı olmağımı, müəyyən məqamlara
düşməyimi bildiyindən zarafatla
"abi, yenə yazırsan!” – deyir. Və mən də "bəli qardaş” – deyirəm. Çünki
həmin anı yaddaşıma yazmaq,
yaddaşıma köçürmək mənim özümün daxili tələbatımdı.
Onu görməyə, yazmaya
bilmərəm.
Bu səfərim öncəsi də gələcəyim günü öncədən öyrənən, feyzbuq ünvanıma qalacağım yerin, otağın şəkillərini belə göndərən Əhməd bəy bütün bunlara baxmayaraq, yenə səhər saat 5-də məni terminalda qarşılayacağını bildirdi. Əslində həmin ünvana mən rahatlıqla gedə bilərəm. Çünki bu şəhəri az-çox tanımağa başlamışam. O isə bununla razılaşmır və vurğulayır ki, qonağı, xüsusilə qardaşı qarşılamaq boynumun borcu, ürəyimin istəyidi. Bu sözdən sonra mənim nəsə deməyim artıq yersiz və mənasız görünər. Ona görə də razılaşıram. Axı, bir azdan biz bir-birimizə sarılıb ən doğma adamlar kimi bir-birimizin evindən, ailəsindən, özəl həyatından xəbərdar olacağıq...
(Ardı var)
Ədalət.-2019.-3 oktyabr.-S.6.