Asim Yadigarın
yaradıcılığında Qarabağ mövzusu, yurd
itkisinin ağrısı, şəhidlik
əvvəli və
ardı var
Şairin komandirə ünvanlanan şeirində güclü bir çağırış ruhu vardır. Bu çağırış hər bir əsgəri qələbədən-qələbəyə səsləyirdi. Müəllif döyüşçülərə yurdun əsir düşən qız-gəlinini yad əllərdə qoymamağa çağırırdı:
Yağılara əsirdir yurdun qızı, gəlini,
Bu dərdi
yer götürməz, bu dərdi göy götürməz.
Qeyrət
toxumu əkək deyirəm bu torpağa,
Torpaq
halallıq sevir, torpaq haram bitirməz,
Bu dərdə
dözmür ürək, daha tükəndi səbir,
Hücum əmri
ver mənə, hücum əmri, komandir!
Şeirin
son bəndində şair qələmimi atıram, mənə
də silah yetir deməklə hər bir insanı vətənin
ağır günündə ayağa qalxmağa səsləyirdi:
Sözüm
sinə dəlməmiş güllə sinəmi dəldi,
Qəlbim də yurdum kimi bu gün tikə - tikədir.
Söz
qılıncdan kəsərli, söz qılıncdan itidir
Deyənlər
düz deməyib... Vətən təhlükədədir,
Mən qələmi
atıram, mənə də silah yetir,
Hücum əmri
ver mənə, hücum əmri, komandir!
"Aradan
illər keçdikdən sonra, 2010-cu ildə
yazılmış "Döyüş əmri ver mənə”
şeiri mübariz azərbaycançılıq
ideyasının onun yaradıcılığında davamlı
bir xətt olduğunu göstərir.
"Hücum əmri ver mənə” şeirində
döyüş cəbhəsində komandirinə müraciət
edən şair vətənpərvər bir əsgərin
funksiyasını yerinə yetirir. "Döyüş
əmri ver mənə” şeirində isə Asim Yadigar
müstəqil Azərbaycan dövlətinin vətəndaşı
kimi çıxış edərək Ali Baş Komandana
müraciət edir, bu torpağın bütün
oğullarının döyüşə hazır olduğunu
bəyan edir”.
Artıq
bu şeirdə ayağa qalxan, yurd, torpaq uğrunda savaş
meydanına can atan hər bir Azərbaycan vətəndaşının
gur səsi var:
Bu gün
gur səslə deyir anam Azərbaycanım:
-Döyüş
əmri ver mənə, Ali Baş Komandanım!
Səbrimin
də bir həddi, bir sərhəddi var axı,
Dözmür ürək, partlayır sinəmdə mərmi
kimi.
Yolum
oddan- alovdan, yolum qandan keçsə də
Məhv etmək istəyirəm o, mənfur düşmənimi.
Bu ana
torpağıma qoy qurban olsun canım,
Döyüş
əmri ver mənə, Ali Baş Komandanım!
Şeirdə
"ATƏT-dən, BMT-dən əlac yoxdu dərdimə,
gözə kül üfürürlər onlar illərdən
bəri”-deyən şair bütün Azərbaycan əsgərlərinin
döyüşə atılması üçün Ali
Baş Komandanın əmrini gözlədiklərini deyir: Hər
bir oğul bu yurdun vuran şah damarıdır,
Vətən yoxsa, biz nəyik? – Quru torpaq, quru daş...
Səngərlərdə
qurd kimi marıqda dayanmasaq,
Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?!
Vətəndir
canım, gözüm, odur şərəfim, şanım,
Döyüş
əmri ver mənə, Ali Baş Komandanım!
Şeirin son bəndi isə daha kəsgin, daha təsirlidir. Torpaqlarımızın
yad əllərində qalmaması üçün şair
hamının səfərbər olmasını istəyir.
Bir milyon şəhidimiz olsa da belə Azərbaycan
bayrağının Şuşada dalğalanmasını istəyir:
Qana -
qandır bax bu gün mənim andım, şüarım,
Qanımı şərbət kimi içsin Vətən
torpağı.
Bir milyon
oğlu, qızı şəhid olsa da belə
Dalğalansın Şuşamda Azərbaycan
bayrağı.
Qələbədir
son andım, odur dinim, imanım,
Döyüş
əmri ver mənə, Ali Baş Komandanım! Ali
Baş Komandana üz tutan şair bir həqiqəti gözəl
başa düşür ki, torpaqlarımızin yağı
tapdağından azad olması yalnız əsgərlərimizin,
mərd oğullarımızın sayəsində
mümkün olacaq. Ona görə də
şair səngərdə keşik çəkən, sərhədlərimizi
qoruyan əsgərlərimizi heç vaxt yaddan
çıxarmır. "Səngərim mənim”
şeiri hər bir əsgərin dilində şüar kimi səslənir:
Sənə
qədəm qoyanda dünya gülür gözümdə,
Çiçək açır, gül açır
dağım, daşım, düzüm də.
Bir az mətinləşirəm, mərdləşirəm
özüm də,
Sən ey
evim-eşiyim, doğma səngərim mənim!
Səngərdə çinar kimi bitən oğullar
öz səngərləri ilə fəxr edir,
öyünür. Çünki səngər əsgəri, əsgər
isə Vətəni qoruyur. Səngərdə dayanıb
vətənini qoruyan əsgər üçün bundan şərəfli
bir iş varmı?
Bir
quş yayına bilməz mənim qırğı
gözümdən,
Səngər
məni qoruyur, mən isə səni, Vətən!
Bir əsgərəm,
qoynunda çinartək bitmişəm mən,
Sən ey
evim-eşiyim, doğma səngərim mənim!
Nə qədər
ki, bu torpaq yaralıdır, yaralı,
Nə qədər
ki, qəm yeyir Qarabağın maralı,
Bir an qala bilmərəm inan səndən aralı,
Sən ey
evim-eşiyim, doğma səngərim mənim!
"Azərbaycan əsgəri” şeirində də eyni
ruh yaşayır. Əsgərlərə müraciət edən
şair vurğulayır ki, yurduna göz dikənin gözlərini
tökməlisən. Sərhəddində
ayıq-sayıq dayan ki, gözündən
bir quş da yayına bilməsin:
Vətən
yaralı şirdir, sən də bir şir balası,
Vətən-ana, sən-oğul keşikdə
durmalısan.
Süngünü
xəncər kimi sancıb yağı köksünə
Vətənin
ürəyində ürəktək vurmalısan!
Asim
yadigarın şeirlərində çağırış
var, qələbə əzmi, döyüş ruhu var. O,
türk poeziyasını, klassik və müasir Azərbaycan
poeziyasını çox gözəl bilən
şairdir.Türk poeziyasının böyük şairləri
Yunus İmrə, Qaracaoğlan, Tofiq Fikrət, Məhmət
Əmin Yurdaqul, Məhmət Akif Ərsoy, Behcət Kamal
Çağlar, Nazim Hikmət, Aşıq Veysəl, Nəcib
Fazil Qısakürək, Orxan Vəli, Orxan Şaiq Gökyay və
başqalarını Asim Yadigar çox sevir və onların
şeirlərindən bəzi nümunələri əzbər
deyir. Biz dəfələrlə vətənpərvərlik
ruhlu televiziya verilişlərində, ayrı-ayrı
çıxışlarında Məhmət Əmin Yurdaqulun
"Ya qazi ol, ya şəhid” şeirini çox
eşitmişik:
Haydı
yavrum! Mən səni bu gün üçün doğurdum,
Xamırını
igidlik duyğusuyla yoğurdum;
Türk
övladı odur ki, yurdu olan torpağı
Ana namusu
bilib yad ayağı basdırmaz;
Bu yabançı
bayrağı
Azan səsi duyulan heç bir yerə asdırmaz.
Get
övladım, illərcə mən oğulsuz qalaram,
Bu
yaralı bağrıma qara daşlar çalaram!
Haydı
oğlum, haydı, get,
Ya qazi ol,
ya şəhid!
Məhməd Əmin Yurdaqulun, eləcə də digər
türk şairlərinin döyüş ruhlu şeirləri təbiidir
ki, şairin yaradıcılığına yüksək və
gözəl təsirini göstərib.
1992-ci ilin mayında Naxçıvan Muxtar
Respublikasının Sədərək rayonunda ağır
döyüşlər gedirdi. Şəhid olan əsgərləri
döyüş meydanından çıxarmaq da çətin
olmuşdu. Belə bir dövrdə şəhid
olan əsgərlər içərisində tanınmaz hala
düşən bir şəhid də var idi. Həmin
şəhid
"Naməlum əsgər” adı ilə
Naxçıvanın Şəhidlər xiyabanında dəfn
olundu. Şəhidin dəfnində yüzlərlə
insanlardan biri kimi Asim Yadigar da iştirak edib və həmin
gün "Naməlum əsgər” adlı bir şeir
yazıb. Səhərisi gün məlum
olub ki, "Naməlum əsgər” adı ilə torpağa
tapşırilan şəhid Şərur rayonunun Püsyan kəndindən
olan Fərhad Mirzəyev imiş. Bu xəbəri
eşidən Asim Yadigar daha da kövrəlir. Axı, o özü də Şərur rayonunun
Püsyan kəndində doğulub boya-başa
çatıbdı. Demək şəhid
olan gənc onun həmkəndlisi imiş. Bu
xəbəri eşidən Asim Yadigar bir gün əvvəl
yazdığı şeirə əlavələr edir. Həmin şeir üç hissədən ibarətdir.
Birinci hissədə oxuyuruq:
Bu necə
köçhaköç, bu necə yasdı,
Yenə nə söyləyir bu qəm karvanı.
Gedir
çiyinlərdə bir şəhid oğul,
Nə adı bilinir, nə də ünvanı.
Şəhidlər xiyabanı insan seli ilə doludur. Şəhidin
adı, ünvanı bilinmədiyi üçün hamı bu
igid əsgərə son borcunu ödəmək
üçün gəlib. Analar, qızlar
onu öz əzizləri, döğması kimi
ağlaya-ağlaya yola salırlar. Bu qəmli
və ağrılı mənzərə şairin də
gözündən yayınmır. Şair
düşünür ki, görəsən bu şəhidin
anası da bu anaların içindədirmi?
Ayüzlü
gözəllər tökür göz yaşı,
Vardımı sevdiyi sonası görən?
Sızlayan
analar "can bala”-deyir,
Hardadır doğmaca anası görən?
Şair
şeirin ikinci hissəsini başqa bir əhval-ruhiyyə ilə
başlayır:
Hər
adsız məzarın öz ünvanı var,
Bu xəbər dolaşdı kəndbəkənd, ev-ev.
Naməlum
ad ilə köçən əsgərin
Adı,
ünvanı var:-Fərhad Mirzəyev.
Qəlbimi
göynətdi bu xəbər, bu ad,
Ağrılar, acılar keçdi sınəmdən.
Onunla bir
kəndin suyunu içib,
Birgə havasını udmuşam ki mən.
Şair onun şəhid kimi qəhrəmanlığından
söz açır. Sinəsindən güllə yarası
almış şəhidin torpağın qoynuna qəhrəman
kimi girməsi ilə bir eloğlu kimi fəxr edir,
öyünür.
Şeirin üçüncü hissəsi sanki rekviyemdir. Bu hissədə şair
bütün şəhidləri ehtiramla yad edir, onların
şəninə qəhrəmanlıq nəğməsi oxuyur:
Bu torpaq
altında oğullar yatır,
Hamısı köksündən yaralanıbdır.
Şəhid
məzarları əsgərsayağı
Cərgəyə düzülüb,
sıralanıbdır.
Sanki dilə
gəldi şəhid ruhları:
-Sanmayın
torpaqda uyuyanlarıq.
Biz torpaq
altında yatanda belə
Yenə də
torpağı qoruyanlarıq!
Şəhidlər
xiyabanında uyuyan hər bir şəhidə şair son
ehtiramını şeirin son bəndlərində vətəndaşlıq
duyğusu ilə belə bildirir:
Baxdım
şəhidlərin məzarlarına,
Ucadan ucadır gördüm başları.
Sandım
qəbirdə yox, səngərdədirlər,
Sağında, solunda səngərdaşları.
Torpağın
qoynunda şəhidlər yatır,
Şəhidlik!
Ulu ad daşıyır onlar.
Nə qədər
bu torpaq, bu Vətən durur,
Beləcə
ömr edib, yaşayır onlar!
Bu şeir şəhidlərə həsr olunmuş
şeirlərin müsabiqəsində birinci mükafata layiq
görülmüş və 1997-ci ildə "Şəhidlik-ömrün
nur çağı” almanaxında çap olunmuşdur. Naxçıvan
Yazıçılar Birliyinin sədri Hüseyn İbrahimovun tərtib
etdiyi bu kitabın girişində Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı ildə
Naxçıvanın Şəhidlər xiyabanında dediyi
aşağıdakı sözləri verilmişdir: "Azərbaycan
Respublikasının ərazi bütövlüyü,
suverenliyi, müstəqilliyi uğrunda şəhid olanlar əbədiyyətə
qovuşublar. Onların qəhrəmanlıq
xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Burada, Şəhidlər xiyabanında, Azərbaycanın
ayrılmaz hissəsi Naxçıvanın müdafiəsində
həlak olanlar əbədi uyuyurlar. Allah rəhmət
eləsin. Onlar daim bizim qəlbimizdədirlər”.
Azərbaycan poeziyasında bəlkə də Asim Yadigar qədər
vətənpərvərlik ruhunda şeirlər yazan şairlər
barmaqla sayılacaq qədər azdır. Onun bu vətənpərvərlik
ruhlu şeirləri həmişə əsgərlərin də
dilində səslənir. Bu baxımdan şairin
"Döyüş havaları çaldırmalıyıq”
şeiri də çox böyük təsir gücünə
malikdir:
Yetər bu
inilti, yetər göz yaşı,
Ər
olsun yurdumun hər vətəndaşı,
Qaldıraq,
sındıraq bu ağır daşı,
Döyüş
havaları çaldırmalıyıq,
Milləti
ayağa qaldırmalıyıq!
Şair, hər bir insanın, hər bir vətənsevərin damarında qeyrət qanını oyatmalıyıq deyir. O, bu əqidədədir ki, "əsgər səngərindir, səngər əsgərin”. Ona görə də əsgər səngərindən aralı düşə bilməz. Bu yolda şəhidlik zirvəsinə ucala bilsək onda şəhidlərin ruhları da bizimlə olacaq.
Hər oğul vətənçün candan keçirsə,
Hər
ağrı damardan, qandan keçirsə,
Biz də
oğul kimi verib səs-səsə
Döyüş
havaları çaldırmalıyıq!
Milləti
ayağa qaldırmalıyıq!
Vətən üçün şəhid olmaq şərəfdir. Nə qədər
ki, torpaqlarımız yağı tapdağındadır biz
onda şərəfli bir ömür sürə bilmərik.
Günay Şirəliyeva
Naxçıvan Müəllimlər
İnstitutunun müəllimi,
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədalət 2019.-
5 oktyabr.- S.15.