Asim Yadigarın
yaradıcılığında Qarabağ mövzusu, yurd
itkisinin ağrısı, şəhidlik
əvvəli
var
Yurdun hər qarış
torpağı üçün vuruşmaq hər bir vətəndaş
üçün, hər bir əsgər üçün
şərəfdir:
Hər
qarış torpaqçün can gərəkdirsə,
Ürək gərəkdirsə, qan gərəkdirsə,
Şərəfli
bir ömür, an gərəkdirsə,
Döyüş
havaları çaldırmalıyıq,
Milləti
ayağa qaldırmalıyıq!
Belə
fikirləşirəm ki, bu şeiri oxuyan hər bir insanın
damarlarından axan qan da "Vətən” deyəcək,
"Vətən üçün vuruşmalıyıq!”-deyəcək.
2014-cü
ilin dekabr ayında Asim Yadigar "Vur, komandir, vur!” adlı
gözəl bir şeir də yazıb. Əsgər komandirinə
müraciət edərək düşmən helikopterinin
vurulmasını xahiş edir. Komandir düşmən
helikopterini vurub salır. Bu şeirdə şair sevinci əsgər
sevincinə qarışır. Sanki şair də o anın
şahidinə çevrilir, bu sevinc hissini misra-misra hər bir
insanın, oxucunun qəlbinə yeridir:
Qarı
düşmən at oynadır yurdunda,
Bir
gün yanar qaladığı odunda...
Elə
vur ki, yaddan çıxsın adı da,
Bəsdi
yatdın, dur başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Şeirdə yağı düşmənin qaniçənliyi,
yurdumu viran qoyub dağıtması bir daha komandirə əsgərin
dili ilə söylənilir. Əsgərin özü də sanki
komandirlə birlikdə o helikopteri vurur:
Vur,
vurduğun qaniçəndir, yağıdır,
Neçə
ildir yurd-yuvamı dağıdır,
Sinəmdə
dağ namərd düşmən dağıdır,
Səsin
gəlsin gur, başına döndüyüm,
Vur, komandir, vur başına döndüyüm.
Şair
illərdən bəri "haqq-ədalətin yoxa
çıxdığını, çəndə, dumanda
itib- batdığını” söyləməklə
Qarabağ ağrılarımızı dünyanın kar
olmuş qulaqlarına bir daha poetik misraları ilə
çatdırmaq istəyir:
Öz
adını tarixə yaz, daşa yaz,
Səntək
oğlu olan torpaq basılmaz,
Yerdən
gəlir, göydən gəlir qorxma, qaz
Erməniyə
gor, başına döndüyüm,
Vur,
komandir, vur başına döndüyüm .
Şeirin son bəndində şairin gur səsi də
sanki "Vur, komandir, vur!”-deyən əsgərin səsinə
qarışır. Bu səsdə, çağırışda torpaq
ağrısı ilə üzləşən milyondan artıq
qaçqının, köçgünün də səsi
var:
Vur naləsi
bülənd olsun qoy göyə,
Qaçaq düşsün bu torpaqdan "Vay” deyə.
Yox erməni
dığasına, axçiyə
Qarabağda
yer, başına döndüyüm
Vur,
komandir, vur başına döndüyüm!
Qarabağ ağrısı, dərdi, 30 ildən bəri
xalqımızın davam edən
narahatçılığı insanları artıq yorub. Acı
bağırsaq kimi uzanan bu müharibənin, bu atəşkəsin
ağrı-acısını həmişə duyuruq,
yaşayırıq. Sərhədlərdə
açılan güllələr yenə də, mərd
mübariz oğullarımızın köksünü
deşir, sərhəd kəndlərimizdə yaşayan insanlar
hər səhərini qorxu içərisində
açırlar. Atılan güllələr, mərmilər
dinc insanların, qocaların, cavanların, hətta körpə
uşaqların belə həyatına son qoyur. ATƏT-in, BMT-nin qərarları, bəyanatları
yenə də qulaqardına vurulur. Beynəlxalq
təşkilatların dəstə-dəstə gəlib gedən
nümayəndələrinin işləri, səyləri elə
kağız üzərində qalır. Müharibədən
cana doymuş insanlar sülh istəyir. Hamı istəyir ki, öz ata-baba yurdunda sakit bir həyat
keçirsin, öz torpağını əkib becərsin.
Ona görə də dinc bir həyata
qayıdış üçün böyük bir sülhə
ehtiyac var. Bu ehtiyacı minlərlə insan kimi şair Asim
Yadigar da duyur, istəyir. Bu münasibətlə
yazdığı "Bir bayram istəyirəm” şeirində
şair bu arzusunu dilə gətirir:
Bir bayram
istəyirəm bayramlara tac olsun,
Bütün ağrı – acıma, dərdimə əlac
olsun.
O bayramda
nə kasıb, nə yoxsul, nə ac olsun,
Olsun Hünər bayramım, olsun Zəfər
bayramım.
Şair "üzünə baxa bilim daşımın,
torpağımın, qanını yuya bilim gülümün,
yarpağımın, şəfəqinə bürünüm
üçrəngli bayrağımın”- deyərək
könül dolusu ürəkdən sevinmək, gülmək
istəyir. İstəyir ki, düşməninin
bağrını çatladıb, onun murdar sinəsini
dağlasın. O, istəmir ki, onun torpağı
yağı əllərində girov olsun. O, istəyir ki, tikə-tikə
paralanmış torpağı para yox, bütöv olsun. Atlarımız yenə də "göy üzü
çadırımız, Günəş
bayrağımız” deyən babalarımızın
arzularının üfüqlərini əvvəlki kimi
genişləndirə bilək. Əgər Tanrı
türk övladının dayağıdırsa onda nə
gözləyirik:
Nə
durub gözləyirsən, ey yurdun mərd övladı,
Gözlədin
Qıratların söndü şimşək qanadı,
Bəsdir bu qədər zaman səbrimizi sınadı.
Olsun Hünər bayramım, olsun Zəfər
bayramım.
Hər
bir insanın beynində bir qələbə, zəfər kəlməsi
varsa, ayağa qalxıb bir günü süngümüzlə
tariximizə yazıb, özümüzün Qələbə
bayramı kimi qeyd etməliyik:
Ey Ali
Baş Komandan, ver əmrini hazıram,
Düşmən
bağrın çatladıb, düşmən qəbrin
qazıram,
Bir
günü də süngümlə tariximə yazıram,
Olsun
Hünər, Qələbə, olsun Zəfər bayramım!
Bu arzu təkcə şairin arzusu deyil, bu bütün
yurddaşlarımızın, taleyin hökmü ilə
dünyanın dörd bir tərəfinə səpələnmiş
milyonlarla soydaşlarımızın ən müqəddəs
arzusudur.
Asim Yadigar 2016-cı ilin 1-5 aprel tarixlərində Lələ
Təpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
göstərən əsgərlərimizin də şücaətini
unutmayıb. Şairin ”Cənnət Qarabağımız yenə
cənnət olacaq” adlı şeiri Cəbrayıl rayonunun
Çocuq Mərcanlını kəndini yağı
tapdağından azad edən oğullarımızın qəhrəmanlığına
həsr olunub:
Hər
qarış torpaq belə müqəddəsdi, müqəddəs,
Canımızdan əzizdir bizə bu ana torpaq.
Yolumuzu
gözləyir Laçınım, Kəlbəcərim,
Şuşada dalğalansın gərək üçrəngli
bayraq.
Çingizlər,
Mübarizlər böyüdən bu millətin
Bir
qarış torpağı da düşməndə qalmayacaq!
Bu şeir Cocuq Mərcanlı azad olunan günlərdə
yazılmışdı. Şair arzusunu da həmin şeirdə bildirmişdi ki,
gələcəkdə bu yerlərdə durna qatarı
kimi sıraya düzülən evlərdə yanan
işıqlar namərd düşmənin gözünü kor
edəcəkdir:
Durna qatarı kimi sıraya düzüləcək
Cocuq Mərcanlımızda
sabah yüz-yüz baxça, bağ.
Yurduma
göz dikənin gözləri oyulacaq,
Cənnət Qarabağımız yenə cənnət
olacaq.
Çingizlər,
Mübarizlər böyüdən bu millətin,
Bir
qarış torpağı da düşməndə qalmayacaq!
Bəli, şairin bu arzusu da artıq gerçəkləşib. O ümidlə
yaşayırıq ki, bütün Qarabağımızda evlərimizin
gur işığı yanacaq, hər bir insan öz isti
ocağının başında yurd, torpaq itgisinin
ağrı-acısını unudacaqdır.
Biz Asim Yadigarın şeirlərində xalqın tarixi
keçmişi ilə öyünmək duyğusu ilə
yanaşı, bütün türk dünyasına da sonsuz sevgi
və məhəbbəti görürük. Türk
dünyasının tarixi qəhrəmanları, tarixi siyasi
xadimləri, qüdrətli söz adamları həmişə
onu düşündürüb və o, bu böyük türk
dünyasını sevə-sevə tərənnüm edib.
Bu baxımdan biz onun "Türkün
gücü” şeirini ən gözəl poetik bir örnək
kimi dəyərləndiririk. Şair bu
şeirində sanki türk dünyası ilə nəfəs
alır. Böyük alman filosofu Hegelin bir
fikrini şeirinə epiqraf seçən şair
düşüncələrini də bu sözün ətrafında
cəmləyib. Hegel yazır: " Mən desəm ki,
almanlar ağıllı millətdir, verin dünyanı almanlar
idarə etsin, milliyətcə alman olduğum üçün
məni qınayarlar, odur ki, deyirəm: "Dünyanı verin
türklər idarə etsin, çünki türklər ən
ədalətli və insaflı millətdir”.
Bu
sözün özündə türk millətinin hər bir
övladının duya biləcək, fəxr edəcək bir
duyğu, bir qürur, bir hiss var:
Haqq, ədalət
pozulur
dünyanın hər yerində,
Belə
getsə qopacaq
dünya
öz mehvərindən...
Zamanın
ağrıları
gah
üzdə, gah dərində,
Bu dərdlərin
əlacı
türk
oğlu türkdə ancaq,
Dünyanı
dərddən, qandan
ancaq
türk qurtaracaq!
Bu şeirin hər bir bəndində türkün gücünə,
ədalətinə sonsuz bir sevgi yaşayır. Hegelin
sözü ilə şairin şeirdəki fikirləri
üst-üstə düşür. Sanki şair dahi
filosofun bu fikrindən istifadə edərək yola
çıxıb və ürəyindən keçən ən
gözəl, ən xoş fikirləri şeirə gətirib:
Haqq, ədalət
deyirik! –
ədalət türkdə olur,
Hünər,
qeyrət, cəsarət,
dəyanət türkdə olur,
İnsanlığa
mərhəmət,
məhəbbət türkdə olur,
Əbədidir,
sönməzdir
türkün çatdığı ocaq,
Dünyanı
dərddən, qandan
ancaq
türk qurtaracaq!
Türk dünyasının tarixi qəhrəmanlarının
yoluna işıq tutan şair XX əsrdə də türk
dünyasının böyük, dahi şəxsiyyətlər
yetirdiyini vurğulaması keçmişlə bu günün
arasında bağlılığın olmasını bizə
xatırladır. Yəni türk övladlarının
damarlarından axan qan əsrlər keçsə də yenə
özünü türkün digər övladlarının
qanında göstərir. Xalqın ağır, dar
günündə yenə də Tanrı türkə
Atatürk kimi, Heydər Əliyev kimi xilaskarlar yetirir ki, vətəni
parçalanmaqdan, xalqı məhv olmaqdan qoruya bilsin:
Metesi,
Atillası,
Tüymuru,
Çingizi var,
Tarixin
yaddaşında
türk
möhürü, izi var,
Türk ədalət
sevəndir –
öz
hökmü, öz sözü var.
Atatürk,
Heydər olub
yolunda
işıq, mayak,
Dünyanı
dərddən, qandan
ancaq
türk qurtaracaq!
Bu gün dünyada neçə-neçə müstəqil
türk dövləti var. Bu dövlətlər və xalqlar
arasında qırılmaz tellər var. Heç bir qüvvə
türk birliyinə xələl gətirə bilməz. Onların adları ayrı
olsa da soyları birdir, hamısı bir kökdən
qidalanır:
Türk
uyğur, qaraqalpaq,
qaqauz,
türkmən, qazax...
Milyon-milyon
türk oğlu
güvənibdir haqqa bax,
Adı
ayrı olsa da,
soyları birdir ancaq,
Bir
kökdən qidalanır,
güc
alır neçə budaq,
Dünyanı
dərddən, qandan
ancaq
türk qurtaracaq!
Dünya
türkə qənim yox,
dost
olsa, qardaş olsa,
Ağrı-acılarına,
dərdinə sirdaş olsa,
İnsanların
qəlbinə
sevgi, məhəbbət
dolsa,
Türk
bütün insanlığa
açar
xoş üzlə qucaq,
Dünyanı
dərddən, qandan
ancaq
türk qurtaracaq!
XXI əsr türk əsridir deyiblər. İnanırıq
ki, bu əsrdə bir türk dövləti olaraq Azərbaycan
da öz sözünü deyəcək, tarixin bütün
sınaqlarından alnıaçıq, üzüağ
çıxacaqdır.
Günay
Şirəliyeva
Naxçıvan
Müəllimlər İnstitutunun müəllimi,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
Ədalət.-2019.-8 oktyabr.-S.5.