MÜƏLLİM
GÜNÜNƏ HƏDİYYƏ
5
oktyabr "Müəllim günü” kimi 1994 – cü ildən
YUNESKO tərəfindən təsis edilmişdir. Bu tarix həm də BMT-nin beynəlxalq və ümumdünya
günlər sisteminə daxil edilib. Dünyanın 100 – dən artıq
ölkəsində qeyd olunan
müəllimlərin peşə bayramında respublikamızda
da bir sıra
maraqlı tədbirlər keçirilir.
Sevimli şairə, publisist və pedaqoq kimi minlərin sevgisini qazanan Kamalə Abiyevanın bu
ilki bayrama öz töhvəsi olub.
O, növbəti "İrəvanda diz qoysam” kitabının təqdimatını və
imza gününü
məhz həmin gün 40 il
çalışdığı A. Ağaverdiyev
adına 31 nömrəli tam orta məktəbdə keçirib.
Tədbir iştirakçılarının fikrincə bu Müəllim gününə ən gözəl
hədiyyədir. "Müəllim olmasalar
da hər oxucunun həyatında
müəllimin payı, zəhməti var.
Tədbir iştirakçıları arasında özü pedaqoq, alim, şair olan Gülşən xanım, eləcə də
Nailə xanım təkcə özlərinə deyil, yaxın ətraflarına da
hədiyyə etmək üçün kitab əldə etdilər. Bundan
gözəl nə ola bilər?” – deyir Kamalə xanım. Təqdimatda Şəhriyarşünas
alim f.e.d. Esmira Fuad, qələm
dostları, yaradıcı insanlar Şülfiqar Şahsevənli, Faiq Balabəyli, Azər Qismət, Nazilə Gültac, Yeganə İsgəndərova, Elçin Məmmədov, Vasif
Ayan, Aygül Ağayea və başqaları iştirak
edib. Esmira xanım, eləcə
də imzası ilə fərqlənən, "o məni vətəndaş yetişdirib”
deyən Kamalə xanımın qızı yazar
Aysel Aydın Əlizadə kitabın
adına diqqət çəkdi. Aysel
Əlizadə rus ordusunun
İvan Paskeviçin
komandanlığı altında hələ 1827 – ci ildə İrəvanın qapısı
sayılan Sərdarabad qalasının işğalından sonra İrəvana hücumunun
məhz 5 oktyabra təsadüf etdiyini vurğuladı.
Öz təəssüratlarını
bölüşən istedadlı şairə Kamalə Abiyeva tədbir haqqında təəssüratlarını
bölüşdü: Bilirəm
ki, elə dostlarım, elə söz adamları var ki, zəng etsəydim, şəxsən
çağırsaydım, mütləq gələcəkdilər.
Üzürlü olsun,
etmədim nədənsə. Xəbərsiz olanlar
çox oldu, ancaq bilib gəlməyənlər
arasında gözlədiklərim də vardı. Sadəcə
profilimdə tədbir haqda paylaşım etmişdim. Özüm də
belə tədbirlərdə oluram. Vəzifəsinə,
kiminsə qohumu olduğuna,
yüksək qazanclı işinə görə heç yaradıcılığını bəyənmədiyi
və ya oxumadığı birinin tədbirində olmağa,
görünməyə can atanların olduğunu müşahidə edirəm. Belə
hisslər mənə yaddır. Anlamıram. Mənim statusum sözümlə, peşəmdəki zəhmətimlə
qazandığım sayğı və sevgidir.
Buna dəyər verənləri görmək
istəyirdim. Əslində çox isti, doğmalıq, sevgi dolu saatlar yaşadıq.
Hamının üzündə sevinc, məmnunluq
vardı. O qədər xoş sözlər
dedilər ki, şəxsən
tanımadığım adamlar belə, ən
böyük dəyərim oldu.
Ancaq sosial şəbəkədən
tanıdığım Mehriban Sadiqova, Gülnar Hüseyn, Sevil Ülvü, Məlahət Kərimqızı,
Arzu Həsənova kimi
söz adamları, yaradıcı insanlarla yaxından tanış oldum.”
Təqdimat və imza
günündə müəllimlər, şagirdlər və məzunlar
da iştirak edirdi.
Kitabda şairənin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb. Azərbaycanın ağrılarını yaşayan, daşıyan şeirlər də xüsusilə fərqlənir.
Ədalət.-2019.-8 oktyabr.-S.6.