“Keşikçidağ”
Qoruğuna yürüş
təşkil edilib
Bu
ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi
Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə
Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş
“Keşikçidağ” Qoruğuna yürüş təşkil
edib və tədbir sentyabr ayında məhz “Avropa İrs
günləri” çərçivəsində baş verib.
Mədəniyyət Nazirliyindən
Trend-ə bildirilib ki,
yürüşün əsas məqsədi
bu tarixi mədəni
abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu
qorumaq üçün
səylərimizin gücləndirilməsinə vurğu etməkdən ibarət olub. Azərbaycan bu kimi abidələrin gələcəkdə
həm YUNESKO, həm də digər formatlar
çərçivəsində Azərbaycanın və
dünyəvi mədəni dəyərin nümunəsi kimi təqdim edilməsi istiqamətində tədbirlər
həyata keçirməyi planlaşdırır.
Məlumat üçün
bildiririk ki, Nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində,
xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu,
“Keşikçidağ” Dövlət
Tarix-Mədəniyyət Qoruğu,
“Avey” Dövlət Tarix-Mədəniyyət
Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət
Qoruğu, Qəbələ Dövlət
Tarix-Bədii Qoruğu, Zaqatala
Tarix-Mədəniyyət Qoruğu və
digər qoruq ərazilərində təbliğat
və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində
qoruqlarda “açıq qapı” günü təşkil olunur,
mədəni irsimizin qorunmasına həsr
olunmuş sərgilər
açılır və s. Burada əsas məqsəd abidələrin
qorunması, bu məsələdə vətəndaş
dövlət həmrəyliyinin gücləndirilməsi,
onların tarixi və dəyəri barədə
ictimaiyyətin məlumatlandırılmasıdır.
Azərbaycan və gürcü xalqlarının tarixi
yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir
və bu əlaqələr bundan sonra da
xalqlarımızın birliyi və tarixi-mədəni
irsimizin qorunması və gələcək
nəsillərə ötürülməsi naminə yüksək
səviyyədə inkişaf edəcəkdir.
Ədalət.-2019.-8 oktyabr.-S.6.