Yol Romanı
İradə
TUNCAY
Sözə nə
şəkildəsə aidiyyəti olan insanları xarakterizə
edəndə müraciət etdiyin ilkin mənbə yenə
söz olur. Yazdıqlarında özünü nə dərəcədə
gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə,
nə qədər gizlətməyə çalışsan da
arada nəsə sivişib əlindən qaçacaq və sən
sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən.
Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan.
Yaxından tanıdığını zənn etdiyin bir
dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər
qaçıb. Nə deyəcəyini unudursan...
"Yol
romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə
kitab şəklində dərc olunub. Yenidən təqdim etmək
istədik sizlərə...
(Əvvəli
burada)
(VIII hissə)
Ayılıram deyəsən... Daha doğrusu, səhərə
yaxın yuxuya getdiyimdən, ayılmağa
çalışıram. Otaqda kimsə yoxdu - hamı bir nəfər
kimi səfərbər olub, maşını düzəltdirirlər.
Aykut obaşdandan gəlib sayın millət vəkilini
aparıb ustaya. Bax, indi fikirləşirəm - bu halda mən
Aqil Abbasa nə deməliyəm? Sürücüm?
Yarıtmayıb - maşını düz-əməlli kullana
bilmir. İçimdə nigarançılıq da var, o biri
gün nə boyda yol qət etməliyik. Maşın xarab olsa
millət vəkili olmanın da nə xeyri. Yeni bir müraciət
formasımı bulmalıyam? Hələ bir görək usta nə
deyəcək, əyalət şəhərində bu
maşına ehtiyat hissələri olacaq, ya yox? Əşi, nə
olacaq-olacaq da... Dərd eləmə, Qumral gözlüm...
Yatağımda gözümü tavana zilləyib
fikirlərimi cəmləmək istəyirəm. Yolu gedirəm,
Roman da içimdə. Yaman ağırlıq edir. Nasılsa
qurtulmaq lazım, amma necə, bilməm. Bitməz ki, indiyə
qədər oxuduğum romanlar, içində olduğum Roman
kimi ağrıtmamışdı məni. Öz romanım... Həyat
romanım... Nə başlanğıcı, nə sonu... Məğlubiyyətlərim,
zəfərlərim... Büdrəyib yıxılmaq,
çırpınıb dikəlmək... Əhatə edən
boşluğun içində rəngləri üzə
çıxarmaq, bu rənglərə boyanmaq... Sonra, sonra yenə
gözün dolu, ürəyin dolu gizlət o rəngləri,
kimsə görməsin...
Kan, ter
içinde uykularından
uyanıyorsan eger her gece
Yalnızlık
sevgili gibi uzanıyorsa
boylu-boyuna, koynuna
Olur-olmaz
yere ıslanıyorsa
kipriklerin
artık her şeye
Anneni daha
çok anımsıyorsan,
hatta
anlıyorsan...
Kalbini bir
mektup gibi buruşturub
fırlatırmış
Kendini
kimsesiz ve erken
unudulmuş hiss ediyorsan
İçindeki
Cocuğa sarıl,
Sana
insanı anlatır...
HAŞİYƏ
Allahım,
uşaqlığımın elə parlaq rəngləri var
ki...
Beşinci mərtəbədəki balkonumuzda paltar sərdiyimiz
neçə cərgə ip vardı. Bəzən anamın
tikdirdiyi paltarlardan artıq qalmış parçaları bu
iplərə dolayıb kuklalarıma nənni düzəltdiyim
də olurdu.
Bir dəfə yenə oyuncaqlarımı qucağıma
doldurub balkona çıxdım və paltar iplərinin zəbt
olunduğunu gördüm. Al-əlvan kiçicik bir
quşcuğaz qonmuşdu ipin üstünə,
büzüşüb baxırdı və ... ətrafında bəlkə
on-on beş sərçə cikkildəşirdi.
O vaxt təbii ki, anlamadım, mənə xoş gələn
bu qədər quşun balkona yığışması idi. Və həm də ürəyimdən keçdi ki,
bunlardan birini tuta bilsəm nə yaxşı olardı. Mən əlimi uzadanda quşlar uçuşdular və
maraqlı olan buydu ki, həmin o alabəzək quşcuğaz
hara qonurdusa, sərçələr də
yığışırdı başına. Elə bil iclas keçirirdilər. Görünür, boz sərçələrə də
bu quşcuğazın rəngləri maraqlı gəlmişdi.
Özlərindən olmayan, özlərinə
oxşamayan birini diqqətə almışdılar. Alabəzək quş da hansısa qəfəsdən
qaçmışdı yəqin, çox ekzotik görkəmi
vardı, bizim şəhərin quşlarına
oxşamırdı. Və bu yazıq
öz quş beyniylə bəlkə fikirləşibmiş ki,
qəfəsdən azadlığa çıxıb. Bir belə sərçənin içində nə
azadlıq? Onlar pırıldaşıb
uçub getdilər, mənimsə bir uşaq təəssüfüm
qaldı ürəyimdə. Tuta bilmədim heç
birini... Amma sonralar anladım ki, fəlsəfi
bir olayla rastlaşmışammış. Bozluğun
içində rənglər - yəqin didişdiriblər... O
vaxtlar Bakıda sərçə yaman çox idi, indi az gözə dəyirlər. Qarğa boldu əvəzində,
qapqara... Başqa quşların axırına
çıxıblar. Qarğa?! Qarsda
da qarğa çoxdu...
Bu
maşının düzəlməyi nə çox çəkdi
ya?! Harda qaldılar bunlar? Telefon
da yoxdu ki, zəng edəm. Hə, bu da
sayın millət vəkilinin görkəmli xasiyyətlərindən
biridi - ölkədən kənarda nə yanımda telefon olur,
nə cibimdə pul. Yəni hardasa bir
küçədə ondan aralansam və azıb qalsam, geri
qayıtmaya da bilərəm. Bax, səbəbi
nədir, anlamadım getdi.
Hər nə
isə... Bax, indi zəng edə bilsəydim - nə gözəl
olardı... Yoxsa yenə yataqda uzanıb gözlərimi
də tavana dikib düşüncələrimi davam edəcəm.
Görən, Villiyə necə baxırlar?
Evdə bir ondan nigaranam. Adamlar öz
başlarının çarəsinə baxa bilirlər - amma
dilsiz, ağızsız heyvancığaz... Nə
qədər yekə və heybətli olsa da enində-sonunda mənsiz
çox acizdi. Aciz...
Aramakla
bulunmazmış,
ama
bulanlar da
arayanlardan Çıxarmış ancaq...
Elif Şafakın "Aşk" romanının ilk səhifələrini
oxuyanda it söhbətini də görəndə alt-üst
olmuşdum.
Düşüncələrimin məndən çox-çox
uzaqda yaşayan başqa bir qadının beyninə olduğu
kimi, birəbir yerləşməsi heyrətverici idi:
"Bahardı mevsimlerden. Mayıs ayının
sonları. İlık mı ilık, yumşacıq bir
günde başladı bu tühaf hikaye...
Kocası
David tanınmış bir dişçiydi; mesleğinde hayli
başarılı ve çok para kazanan bir adam.
Aralarındakı bağ pek derin
sayılmazdı. Ella bu durumun
farkındaydı, ama doğrusu evliliklerde (bilhassa
onlarınkı gibi uzun süren evliliklerde) önceliklerin
farklı olduğuna inanırdı. Aşktan ve tutkudan
daha önemli şeyler vardı bir evlilikte:
karşılıklı hoşgörü, şefkat,
anlayış, sayğı ve sabır gibi... Ve tabii bir de her
evlilikte elzem olan bir başka nitelik: Affedicilik! Geliyorsa şayet
elinizden, ki gelmeli, kusur etti mi kocanız, ki edebilir, ne yapıp
edin, affedin!
Aşkmış
meşkmiş, ne qam! Ne önemi var? Aşk
dedikləri, Ellanın öncelikler sıralanmasında gerilerde
bir yerdə kalmıştı çoktan. Ancak filmlerde olurdu
aşk. Ya da hayal ürünü romanlarda.
Bir tek oralarda esas kız ve esas oğlan
ölesiye sevebilirdi birbirlerini, masallardan süzülmüş
efsanevi bir tutkuyla. Ama hayat, hakiki hayat ne filmdi, ne de roman!
Ellanın öncelikle listesinin başında cocukları
gelirdi. Güzelmi güzel kızları Jeannette
universitedeydi. İkizleri (kız olan Orly,
erkek olansa Avi) tam buluğ çağındaydı. Bir
de on iki yaşında bir golden retriever köpekler vardı:
"Gölge". Bu eve geldiyinde minnacık bir
enikti henüz. O gün bugündür Ellanın
şaşmaz yürüyüş arkadaşı,
yoldaşıydı. Gerçi artık
ihtiyarlamış, şişmanlamış, neredeyse kör ve
sağır olmuş Gölgenin vadesi doluyordu. Ama köpeginin bir gün öleceğini
düşünmeye Ellanın yüreği el vermiyordu. Ne de olsa Ella böyle biriydi, hiçbir zaman
kabullenemezdi sonları; ister bir dönem, ister eskimiş bir adet,
isterse çoktan tükenmiş bir ilişki olsun
ölümü tanımaktan acizdi. Bir
türlü yüzleşmezdi bitişlerle, görmezden
geldiği o son burnunun ucunda dikilirken bile.
Rubinstein ailesi Amerikada, Northamptonda, krem rengi Viktoriya
tarzı kocaman bir evde yaşardı. Her ne kadar
tadilata, tamirata ihtiyacı olsa da, hala görkeçliydi
yapı: Tam beş yatak odası, üç arabalık
garajı, masif parkeleri ve Fransız usulü kapıları
vardı; üstüne üstlük bahçesinde de harikulade
bir jakuzisi. Ailecek tepeden tırnağa sigortalıydılar:
Hayat sigortası, araba sigortası; hırsızlık,
yanğın və sağlık sigortası, emeklilik
hesapları, cocuklara universite eğitimi birikimleri ve
müşterek banka hesapları... Oturdukları evin yanı sıra biri Bostonda, digeri
Rhode İslandda iki lüks daireleri daha vardı. Tüm
bunları elde edebilmek için Ella da, David de epey alın teri dökmüşlerdi. Her katında
cocukların mutlu mesut koşup oynadıkları, fırında
zencefilli-tarçınlı kurabiye kokularının
yayıldığı büyükçe bir ev
hayali bazılarına klişe gibi gelebilir ama onların
gözünde hayatlarının en idealiydi. Bu
ortak amaç üstüne kurmuşlardı evliliklerini ve
zamanla hayallerinin hepsini olmasa da çoğunu
gerçekleştirmişlerdi.
Geçen
sene Sevgililer Gününde, kocası Ellaya kalp şeklinde bir elmas kolye hediye etmişti. Yanına da balonlu,
ayıcıklı bir kart iliştirmişti:
Sevgili
Ella,
Sessiz
sakin, müşfik, cömert, evliya sabırlı kadın...
Beni
olduğum gibi kabul ettiğin ve karım
olduğun için minnettarım.
Seni
ilelebet sevecek kocan,
David
Ella kimseye - bilhassa kocasına - itiraf edememişti, ama
işin doğrusu, bu satırları okurken kendi ölüm
ilanını okur gibi olmuştu. "Ben ölünce
arkamdan bunları diyecekler herhalde" diye geçirmişti
içinden. Ve eğer samimi ve
dürüstseler, şu sözleri de eklemeliydiler.
"Ellacığımızın tüm yaşamı,
kocası ve cocuklarından ibaretti. Kaderin türlü
zorluklarına tek başına kafa tutacak ne bilgisi vardı, ne
tecrübesi. Hiçbir zaman risk almayı bilmezdi. Tedbiri elden bırakmazdı. İçtiği
kahvenin markasını değiştirmek için bile uzun-uzun
düşünmesi gerekirdi. O kadar utangaç,
öylesine munis ve ürkekti; tabiri caizse,
pısırığın tekiydi".
İşte
tüm bu malum sebeplerden dolayı, kendisi de dahil olmak üzere
hiç kimse anlayamadı, tam yirmi yıllık evlilikten sonra
Ella Rubinsteinin nasıl olup da bir sabah
kocasına boşanma davası açtığını ve
kendini evliliğinden azat edip, tek başına sonu belirsiz bir
yolçuluğa çıktığını..."
Yadımdadı bunları oxuyub kitabı qatladım. Həyəcanlandım.
Bu sözləri axı mənə də deyirdilər,
mən də dinləyib fikirləşirdim ki, deyəsən
üstümə başdaşı da hazırlanıb,
üstünə epitafiya da yazılıb axı. Evliya səbirli qadın - bircə
yıxılmağın qalır. Gözləyirlər
sərçələr, ya da qarğa-quzğunlar. Oyarlar
gözünü...
"Ama
elbet bir sebebi vardı - Aşk. Aşik oldu Ella.
Hiç beklenmedik bir biçimde, beklenmediyi bir
adama.
İkisi ne aynı şehirde yaşıyordu, ne de
aynı kıtada. Aralarındakı fersah-fersah uzaklık bir kenara,
kişilikleri en az gündüz ile gece kadar
farklıydı. Yaşam tarzları ise
alabildiyine başkaydı. Arada tam bir
uçurum vardı. Normal şartlar altında birbirlerine
tahammül etmeleri bile zor iken, aşk odunda yanmaları
beklenmedik bir hadiseydi. Ama oldu işte. Hem de
öyle çabuk oldu ki, Ella başına ne geldiyini
anlayıp, kendini koruyamadı bile. Tabii şayet insanın
kendini aşktan koruması mümkünse!
Aşk,
Ellanın ömrünün o durğun gölüne qaipten
düşüveren bir taş misali indi. Ve onu sarstı, silkeledi, darmadağın etti".
Bu qədər
eynilik necə ola bilər axı? Hətta
itin cinsinə qədər eyni... Elifciyim, nasıl da oldu buldun beni?
***
Günlərin bir günü Aşk düşdü
durğun gölün ortasına. Kendine aşık
oldun, kimseyi umursamaz oldun və öz içinde sonu belirsiz bir
yolculuğa çıktın. Kimsə fərq
etmədi gedişini - özün bildin ki, yoxsan artıq sənə
nekroloq yazan insanların içində.
Daha kimsə
ən ağrılı günündə sənə
yaxınlaşıb da, gözünün içinə
baxıb da, üzündəki toy-bayramı gizləməyib də
"ailənizin dostuyam" deyəməyəcək,
haqqın olanı alamayacaq, hardasa xumarlanmış
baxışları görməyəcəksən. Getmisən axı - öz yolçuluğundasan.
Həyatın iksiri, kainatın mərkəzi,
insan olmanın qayəsini arayırsan. Bitməyən,
tükənməyən, sahilsiz bir okean və sən... Kim
deyirsə aramadım - yalandı... Doğru,
"Aramakla bulunmazmış, ama bulanlar da arayanlardan
çıxarmış ancaq". Aşkı
arayanlardan...
... Aralayıram pərdəni. Aha, gəldilər
maşın düzəltdirənlər. Enirlər
və yorğun-yorğun qalxırlar yuxarı. Balkondan baxıram. Hər halda sürüb gəliblərsə,
demək sabah yola çıxa biləcəyik.
İndi isə sayın millət vəkilinin
nitqinə qulaq asacam.
... Danışır və məlum olur ki, Aykut da,
babası da bizim problemlə çox ilgiləniblər.
Ustanı bulmaq, onun yanı-başında durmaq - az deyil. Hələ nəzərə
alsaq ki, gecə evlərindən çıxarıb
Çıldıra da gətirmişdik onları. Usta da para almayıb sayın millət vəkilindən,
müsafirə hörmət edib. Amma əsas
zülmü Vurğuna etmişik.
(İndi fikir verirəm ki, sayın hocanın gözəl
adı var - Vurğun. Tam Aşk romanına konu olacaq).
İşdən çıxıb o da gedib ustanın
yanına və ac-acına gözləyib orda. Onsuz da ayaq
üstə üzülür, bir yandan da bizim maşına
görə aclıq çəkib. Bezdirmişik
deyəsən onu, tez-tələsik maşını düzəltdirib
bizi başından eləmək istəyir. Bu mənim fərziyyəmdi ha, özü nə
fikirləşir biləməm. Hələlik
isə bizi axşam yeməyinə dəvət edir.
DİLƏK
HANIMIN "HANIMELİ”Sİ
- Bax,
İradə xanım, indi İrana gedib-gələndən sonra,
ordakı əqrəbalarımızı görəndən
sonra babama günün hər saatında rəhmət oxuyuram.
Nə yaxşı bizi buralara gətirib o zaman...
Qadıncığaz danışır və mən də
təbii dinləyirəm. İndi gəldiyimiz bu
kiçicik lokantanın sahibəsi Dilək hanım. Lokantaya yaxınlaşanda üstündəki lövhəni
görəndə qəribəmə gəlir bir az.
"Hanımeli". "Kadının
hayali bahçesində hanımeller bitən ebrulili bir evdi.
Mini-minnacıqdı kadın, rahata
açıkdı kadın". Hanımeli sözü mənə
Mavi gözlü devi xatırladır hər
zaman.
Deyəsən Vurğun bu məkanda tez-tez olur. Yəqin nəsə istilik
duyur burda, bir az ailə ortamını
xatırladır. Dilək xanım ötən əsrin
əvvəllərində İrəvandan buralara köç
etmiş azərbaycanlı ailənin nəslindəndi. Zatən bu yörələrdə azərbaycanlılar
çoxluqdadı. Dilək xanımın əqrəbaları
Naxçıvanda da var, İranda da (mənim yolum keçdiyi
yerlər). Amma qadın İrandakı əqrəbalarını
ziyarət edəndən sonra Atatürk Türkiyəsinə pənah
gətirmiş babasını xoş sözlərlə
xatırlayır. Özü də desəm ki, burda
insanın konuşması bizim danışmağımızdan
az fərqlənir, yeni olmayacaq.
-
Naxçıvanda sous bişirməyi öyrəndim. Günorta qonaqlarımız çox oldu, bitdi sous.
Yoxsa marifetimi göstərərdim... Amma başqa yeməklərimiz
də çox xoş, ev yeməkləridi.
Dilək xanımın cani-dildən sous üçün
təəssüflənmə səbəbi məni əksinə,
sevindirir. Yaxşı ki, bitib, yoxsa məcburi yeyib, yalandan da tərifləməliydim.
Elə burda nə var yeyərəm... Çox
yaxşı ki, Dilək xanım burda siqaret çəkməyə
icazə verir. Ümumiyyətlə, deyəsən
Qarsda bu qadağalara çox uymurlar. Bir az
rahatdı ortam. Amma Dilək hanımın bu hanəsində
bizim içəcəyimiz bir şey yox. Mən
masa arxasında gözləyirəm, odlu mayenin biliciləri bu
kəsiri yerinə qoymaq üçün yaxındakı marketə
gedirlər.
Təxminən 5-6 masa qoyulub yeməkxanada. Boş sayılmaz, bir az aralıda iki qız söhbətləşir
yeməyi gözləyə-gözləyə. Mənimlə
yanaşı masada isə bir gənc
telefonla danışıb arkadaşını dəvət edir
yeməyə. Kars universitetinin
açılması şəhəri cavanlaşdırıb.
20 il əvvəl yəqin çox
sönük olub buralar. Gənclik, enerji, həyat...
-
Hayatım, aldınız?
-
Kartımda problem var, hə aldıq...
- Nə
problem? Yenə? - hər
nəsə deyirəm. Sayın millət vəkilinin
bankomat kartı söz verib ki, ölkədən xaricdə
olanda bizə sürpriz eləsin. Keçən il də Antalyada zor durumda qaldıq. Səhər uçmalıydıq Bakıya, kart ilişdi
qaldı bankomatın içində, biz də bir qəpiksiz.
Allah razı olsun, Vüqar Səfərli
yardım əlini uzatdı.
İndi də
bu... Təfərrüatı soruşmuram. Qanımı qaraltmaq istəmirəm. Dilək xanımın dil-dil ötməsinə qulaq
asıram, bir azdan kocası da gəlib çıxır.
Məlum olur ki, Şəhri-Qarsda sayın millət
vəkilini sadə insanlar içində tanıyanlar da
varmış. Qürur duydum ya!!!
Dilək xanımın kiçik bir qızı da var -
Vurğun çox şirin-şirin söhbət edir
qızcığazla. Görünür, biz özümüz də
evdə böyütdüyümüz balaca insanlarla bərabər
böyüdüyümüzdən onların xarakterini
götürə bilirik. Vurğun qız
atasıdı, qızcığazla dialoqu alınır.
Tansu doğulana qədər mən qızlarla heç
ünsiyyət qura bilmirdim, hətta uzun müddət Tansuya da
"qaqaş" dedim. Amma indi ondan öyrənirəm
çox hikmətləri. Hər halda bu
körpələr nə istədiklərini bizdən daha
yaxşı anlayırlar və həm də tələb edə
bilirlər. İstəklər...
...Dönmək
istəmirəm. Amma qayıtmalıyıq... Dilək
hanımın "Hanımeli”ndən çıxıb da Qonaq
evinə gedirik. Aydın bir gecədi.
Mutlu
olmakla yetinən mutlu olmaz!!!
...
Sürücümü yatırtdım, səhər uzun yol gedəcəyik...
Qarsdan Gürcüstan sərhədinə, ordan da
yaşıl çay vadiləri ilə Tiflisə. Bəlkə
saqqızını oğurladım bəyəfəndinin,
Borjomidə qaldıq. Nə isə, bu səhərin
söhbətidi.
Nə tez
uçdu bu günlər?.. Bütün
Romanları qarışdırdım bir-birinə - Aşk, Kar
və Yol. Romanımın içində Yol
getdim. "Mutsuzluktan hiç bir şey
yapamaz olunca, mutluluğu düşünmeye
başladım" - deyir Nobel ödülçüsü.
Və oteldəki son görüşü belə təsvir
edir:
"KA ile İpek bir-birlerine sarılarak bir süre
hiç kıpırdamadan yatdılar. Bütün dünya
öylesine sessiz ve KA da öylesine mutluydu ki, bu çok uzun bir
süreymiş gibi geldi ona. Sırf bu
yüzden bir sabırsızlığa kapıldı. Daha sonra o uzun sessizliyin hayatının en mutlu anı
olduğunu düşünecek ve İpeyin kollarından
çıkıp bu eşsiz mutluluk anını neden bitirdiyini
soracakdı kendine. İnsan mutluyken mutlu
olduğunu bilmez.
- Hadi
canım, kalkayım artık ben - dedi İpek.
"Canım" demesi, kalkarken dönüb onu
tatlılıkla öpmesi bile KA.yı
yatışdırmadı.
- Bir daha ne zaman buluşacağız?"
Canlandırıram bütün bunları fikrimdə. Nədən
belə deyir yazıçı? Mutlu olmakla yetinən
mutlu olmaz! Haqlı amma.
"Zira Aşk bir ebedi iksir, kainatın merkezi, insan
olmanın qayesi; ne bitebilir, ne tüketilebilir. Aşk kocaman bir okyanus. Kıyısız və pusulasız. Velev ki biz yanına gitmez olduk, o kuruyacak deyil ya.
Üstelik Aşkı aramadığımız yalan. Arıyoruz;
kendimizce, kadrimizce, nice zaman beceriksizce, ama arıyoruz işte.
Doğru, "Aramakla bulunmazmış Aşk, ama bulanlar da
arayanlardan çıkarmış ancak...
Her iyi şey gibi Aşk da emek işi. Uğraş
ister. Özen ister".
Böyləmi? Bu sorular yuxumu qaçırdı lap.
Pəncərəyə yaxınlaşıb ordan görünən kənar məhəllələrdəki son evlərin turuncumsu işıqlarına, televizyon seyr edilən kırık-tökük odalara, bacalardan tütən incə, titrək və narın dumanlara baxıb ağlamağa başladım. Bunu o deyir, Nobel ödülçüsü...
(ardı var)
Ədalət 2019.- 10 oktyabr.- S.1;3.