Əbülfət
MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ
TƏLƏSDİKLƏRİM...
Əvvəli var
Adətən hamamdan sonra yaxşı bir çay adama əməlli-başlı rahatlıq gətirir. Çay məsələsində də Əhməd Varolun diqqəti xüsusidir. Ona görə də camiyə gəlirik və Ərdal bizim üçün mükəmməl bir çay süfrəsi açır. Yenə dostlar yığışır... yenə maraqlı əhvalatlar dilə gəlir... hadisələr xatırlanır... söz-sözü çəkir... danışmaq, deyib-gülmək günü daha da gözəlləşdirir...
Axşam namazından sonra abinin təklifi ilə
Rəcəb Köçən, Süleyman
Kurnaz və mən dondurma
yeməyə gedirik. Xatırladım ki, artıq neçənci dəfədi ki, həmin dondurma evinə
gedirik. Və hər dəfə də çeşid-çeşid dondurmaların
dadına baxırıq. Mənim dondurmaya meylimi artıq öncədən bilən
Əhməd qardaşım hesabı ödəyib
çıxanda özü ilə birlikdə
balaca bağlama da götürdüyünü
hiss etdim. Düzünü deyim ki, ağlıəma heç
nə gəlmədi. Yalnız otelin
önündən ayrılanda bağlamanı mənə
uzatdı ki, bilirəm, axşam
oturub işləyəcəksən, onda köməyinə çatacaq.
Təəccüblə soruşdum:
- Nə?
O da gülümsəyərək
dedi:
- Əncirli və qaysılı dondurmalar.
Bu diqqətə görə, nə demək lazım olduğunu ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə, bir-birimizə şirin yuxular diləyib ayrılırıq.
Səhəri hərəmiz öz
işimizlə məşğul olduq. Yəni mən gəzmək, şəhəri dolaşmaq, yeni görməli
yerlərə baş çəkmək,
Əhməd Varol da məmur
işlərini gördü. Günorta naharına yaxın görüşdük
və o mənə heç
nə demədən maşının yönünü
Akçaabata tərəf çevirdi. Əvvəldən də bilirdim ki, burdakı
balıqların dadı tamam fırqlidi. Doğrudur, hamısı Qara
dənizin məhsuludur. Bişirmək, təqdiç etmək
üslubu başqadı. Dəfələrlə
Əhməd Varol məni bu
özəl balıq evinə qonaq gətirib.
Artıq burada Əhmədi həmişə
olduğu kimi, bu dəfə də öncədən gözlədiklərini
görməmək mümkün deyildi. Ayrıca masanın üzərində
balıq yeməyində istifadə olunan hər
şey qoyulmuşdu.
Əyləşən kimi
yaxınlaşıb sifarişi qəbul
edirlər. Qardaşım fərqli balıqlardan sifariş verir. Öncə
buğda bişirilmiş
balıq gəlir. Sonra şişdə, daha sonra tavada
qızardılmış balıq. Onun
ardınca az qala
külləməni xatırladan bir formada bişirilən balıq... Özümü saxlaya
bilmirəm:
- Qardaş, bəs edər
də, bu qədər sifarişmi
olar?
Əhməd Varol da gülərək:
- Balıq yüngül yeməkdi,
bir növü çərəzdi.
Akçaabad balığını bir də sən növbəti gəlişində
yeyəcəksən. Ona görə də
doyunca yemək lazımdı ki, dadı damağında qalsın.
Balıq yeyəndən sonra
Akçaabadı gəzməyə başlayırıq. Sahil boyu gəzmək, xüsusi paraşütlərdən
tullananları seyr etmək adamın könlünü xoş edir. Və mən xoş
ovqatın içərisində bir məmnunluq
yaşayıram. O məmnunluğu ki, onu ifadə etmək heç
də asan deyil. Çünki burada
gördüklərim az qala
bir nağılı, bir
yuxunu söyləmək qədər
maraqlıdı.
Təbii ki, akçaabadda şəkillər çəkdirməyi də unutmuruq. Çünki bunlar ömrün anlarıdıVə mən də ömrün bu anlarını təkcə yaddaşımda deyil, yazılarımda da yaşatmağın tərəfdarıyam. Ona görə də yazıram:
Mən
gördüyüm yuxular
Allah,
yozuma gəlmir...
Yaşadığım
duyğular –
Vallah,
yadıma gəlmir...
Kabus
tək dolaşıram
Dərdlərə
bulaşıram...
Beşəlli
sallaşıram –
Yenə
lazım ha gəlmir!
Heyrət
quyusu dərin
Üzü xeyirin, şərin
–
Mənim
umduğum sərin –
Çox,
ya azıma gəlmir...
Günlər balta kəsərli
Doğradığı təsəlli!.
Mən bilənlər məsəldi
–
O da sazıma gəlmir...
Qara dənizin
sahilində çay içməyin ayrı bir ləzzəti var, özü də balıq yeməyindən sonra. Bunu da unutmuruq. Və çox könül
oxşayan bir məkanda əyləşib
dənizi seyr edə-edə çay içirik. Bu arada hər ikimizin telefonuna zəng gəlir. Arayan dostlardı. Və biz onları
intizarda qoymamaq üçün Trabzona dönürük. Yolda aptekə,
yəni terklərin dediyi kimi, əczaçıya
baş çəkirik.
Doktor, professor Mustafa Gökçənin yazdığı
reseptə uyğun olaraq dərmanları sifariş veririk...
Bu əczaçı öz
diqqəti, həm də peşəkarlığı
ilə həmişə
məni heyran edib. Belə ki, resepti əlinə götürən kimi öncədərmanalrı çeşidlıyir,
sonra dərmanı alan xəstə
ilə tələsmədən,
səbrlə danəşmağa
başlayır. Bir-bir dərmanı
demək olar ki, xəstəyə son nöqtəsinə qədər
anladır, tərkibini
söyləyir, necə
istifadə etməyi dərmanın qutusunun üzərinə yazır.
Faydalı və ziyanlı
tərəflərini də
edməkdən çəkinmir.
Bir sözlə, sən aldığın dərmanın
nəyə faydası
olub-olmadığını tam bilirsən. Üstəlik, bu insan sənə həmin dərmanın əvəzediciləri
barəsində də
bilgi verir. Mən əczaçı Ömər Tonyali söylədikləri sayəsində
artıq qəbul etdiyim bütün dərmanları az
qala "tərcümeyi-hal”ını
əzbər bilirəm.
Hə, bir də mən
bu əczaçının
yanında olanda gündəlik qəzetləri
də gözdən keçirmək imkanı qazanıram. Çünki hocam mütaliə adamıdı.
Dostların yanına gəlirik. Gündəlik mövzulardan başlayaraq,
görəcəyimiz işlərə
qədər hər mövzuda söhbətlər
etsək də, əsas bir məqamı
unutmuruq. O da İbrahim hocamla onun kəndinə getmək məsələsidi.
Biz axşam İbrahim
hocanın müşayəti
ilə Yaşıl vadi kəndinə qonaq gedəcəyik.
Xatırlatmaq istəyirəm ki,
bu kəndin o qədər qəribə mənzərəsi var ki, onu ancaq
rəssam fırçasıyla,
ya da kameranın
gözüylə çəkib
göstərmək gerçəkliyi
tam ifadə etmiş olar. Bu gözəlliyi
sadəcə sözlə
demək mənə görə adamın içini bu mənzərəyə, bu
reallığa sevgisini
tam ifadə edə bilməz. Amma bütün hallarda sabah vətənə
dönəcəyimi bildiyimdən
bu yerlərə, bu doğmalara içimdın keçən
duyğuları bir daha ifadə etmək istəyimdən özümü saxlaya bilmədim.
Ha baxıram göz yorulub doymur ki
Ürəyimin yanğıları soymur
ki!
Vətənsizlik heç burda da qoymur ki
–
Tək qalım...
Əyilmişəm ayağına, dizinə
Gözlərinə göz qoymuşam
düzünə...
Dağlar,
mənim şəkilimi
gözünə -
Çək, qalım!..
Gün keçsə də, an ötsə də burda xoş
Al ruhumu qanadlanan ruha qoş...
Hey bellənib, hey səpilib,
hey də qoş –
Lək qalım!..
Bundan artıq nə olacaq qəlbə nə
Yır-yığış et, köçüb sən də gəl, binə!
Bu şairin misrasını qəlbinə -
Ək, qalım!..
Bəli, Yaşıl vadi kəndində hər kəsə arzu edəcəyim anlar yaşayıb qayıdırıq otelə. Burda otel sahibi Gündoğdu və onunla birlikdə olan yaxını Ərhan Koca Yusif məni çaya dəvət edir. Biz çay içə-içə burda yaşadığım bu neşə günün xoş ovqatını yenidən təkrarlayırıq. Və mən təkcə onları deyil, bütün dostlarımı Tanrıya əmanət edib sabahkı yolçuluq üçün otağıma qalxıram. İki-üç saatdan sonra Əhməd gəlib məni terminala-avtovağzala götürəcək. İndidən isə ürəyimdə "salamat qal, Trabzaon!” kəlməsi göyərir.
Ədalət 2019.- 19 oktyabr.-
S.8.