Atatürklə eyni gündə ölən Atatürk
sevdalısı Curtis LaFrance
10 min kilometr uzaqda, Nyu-Yorkun Elmira şəhərindəki bir evdə 10 yaşlı bir uşaq atasının iş otağında oturub uşaq həyacanıyla məktub yazırdı.
"Qazi Mustafa Kamal Paşa
Ankara, Türkiyə
Hörmətli cənab!
Mən 10 yaşlı
bir uşağam.
Türkiyə və yeni hökümətinə
böyük bir marağım var.
Siz və xanımınız haqqında
bir çox yazı və rəsm yığmışam.
Türkiyə haqqında bir dəftərim var.
Siz və xanımınız haqqında
bir neçə reportaj, müsahibə oxudum.
Xahiş edirəm, bir Amerikalı uşağa kiçik bir qeyd və imzalı
şəklinin göndərin.
Bir gün Türkiyəni görə
biləcəyimə ümid
edirəm.
Hörmətlə
Curtis LaFrans!"
Məktub Ankaraya çatdı.
Mustafa Kamal bu məktubu oxudu.
İş otağına girdi, oturdu, cavab yazdı.
Bu Mustafa Kamalın ABŞ-a yazdığı ilk rəsmi
məktub idi.
"Türkiyə Cümhuriyyəti
Rəyasətindən
xüsusilə
Mister
Curtis LaFransa,
Məktubunuzu aldım.
Türk Vətəni haqqında maraqlandığınıza və
xoş diləklərinizə
görə təşəkkür
edirəm.
Arzunuzu nəzərə
alıb bir dənə imzalı fotomu göndərirəm.
Həyatda nailiyyətlərə və
səadətə qovuşmağınızı
arzu edirəm.
Türkiyə Rəisicumhuru
Qazi
Mustafa Kamal..."
Atatürkə olan sevgisi onun ölümünə çevrildi
Hələ 10 yaşında olan Curtis Amerika azadlıq mübarizəsinin qəhrəmanı,
yeni qitəyə müstəqillik fikrini aşılayan fransız aristokrat Lafayettenin soyundan idi.
Fransa inqilabının ən güclü xarakterlərindən
biri olan Lafayette Amerika azadlıq savaşından xəbər
tutan kimi Filadelfiyaya getmiş, ingilislərə qarşı
vuruşan amerikanlıların
cəbhəsində yer
almış, general olmuş,
Corc Vaşinqtonla birlikdə ingilisləri darmadağın eləmiş,
"iki dünyanın
qəhrəmanı” elan
edilmişdi.
Hə, belə
bir adamın soyundan gələn Curtis azadlıq, müstəqillik
hekayələriylə böyümüşdü.
O uşaq olmağına baxmayaraq "müstəqillik”
anlayışının dünyadakı
ən hörmətli həyat tərzilərindən
biri olduğunu bilirdi.
Amerika qəzetlərində
Türk qurtuluş Savaşı ilə əlaqədar xəbərləri
maraqla oxumuş,
"The Saturday Evening Post” dərgisində
yayımlanan Mustafa Kamal
Atatürklər müsahibəni
oxumuş, oxuduqca heyran olmuş, yeni qurulan şəhər
Anqoraya marağı artmışdı.
Çatarmı, çatmazmı, ciddiyə
alınarmı, alınmazmı
deyə düşünmədən
yuxarıdakı məktubunu
yazmışdı.
Curtis böyüdü, Yale Universitetində
oxudu, texnika mühəndisi oldu, Kolumbiya Universitetində menecmentliyi bitirdi, Çexiyaya getdi, Praqa Çarles Universitetində Slavyan dilləri ixtisasında oxuyarkən II dünya müharibəsi başladı,
ölkəsinə qayıtdı,
ailəsinin şirkətinin
başına keçdi,
fabrik yaratdı, yanğınsöndürən maşınları
istehsal etdi, Avropadan Afrikaya qədər onlarla ölkəyə ixracat həyəta keçirtdi,
çox varlı bir iş adamı
oldu. Newport Sənət
Muzeyinin, Tarix Qurumunun, Newport Musiqi Festivalının, Redwood kitabxanasının
ən böyük sponsoru oldu, "ilin xeyirxahı” mükfataını aldı.
Curtis 10 noyabr "Atatürkü
anma günü"
2012-ci ildə 99 yaşında
vəfat edir.
Yılmaz Özdilin "Məktub" yazısından götürülmüşdür
Dilimizə
uyğunlaşdıran Eminquey
Ədalət 2019.- 19 oktyabr.- S.11.