Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri
Özbək dilində
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin növbəti
layihəsi ilə Azərbaycan ədəbiyyatının
dahi nümayəndəsi,
Şərq ədəbiyyatının
korifey mütəfəkkiri
Nizami Gəncəvinin
Xəmsəsinə aid “Yeddi
gözəl” əsəri
Daşkənddə çapdan
çıxıb.
Nəşrin tərcüməçisi Özbəkistanın xalq şairi, tərcüməçi
Camal Kamal, layihənin rəhbəri Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov, ön sözün müəllifi Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, məsləhətçiləri
Özbəkistan Milli Elmlər Akademiyasının
bölmə müdiri,
professor İbrahim Haqqulov
və Azərbaycanlı
alim, filologiya elmləri doktoru Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmməd-zadədir.
“Nizaminin qocalmayan gözəlləri” adlı
ön sözdə akademik Rafael Hüseynov Şərq intibahının
ən müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaratmış bütün
şairləri ilə
müqayisə edərək
belə bir nəticəyə gəlir
ki, heç bir qələm sahibi özündənsonrakı
ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməmişdir.
Akademik vurğulayır
ki, Nizami pak və təmənnasız
məhəbbətin cazibədar
mənzərələrini daha
əvvəlki məsnəvilərində
– “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri
“Yeddi gözəl” əsərində isə həmin xətti davam etdirir, antik və müsəlman
mütəfəkkirlərinin mülahizələrini təzədən
işləyib, öz sələflərinin təlimlərindən
tamamilə fərqlənən,
keyfiyyətcə yeni məhəbbət konsepsiyası
yaradır. Tanınmış alim R.Hüseynov
Nizami təxəyyülünün
bəhrəsi olan və “Həft peykər”i bəzəyən
novellaların hər birinin emosional gücü, mükəmməlliyi,
xarakterlərin təsvirinin
parlaqlığı baxımından
bu janrda dünya ədəbiyyatının
ən diqqətəlayiq
inciləri ilə eyniləşdirir.
Sonda Nizami Gəncəvinin Özbək ədəbiyyatına
təsiri, Əlişir
Nəvainin dahi Nizamidən bəhrələnərək
türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış
Azərbaycan-Özbəkistan dostluğunun, ənənələrin
davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün
Azərbaycanda olduğu
qədər Özbəkistanda
sevildiyi qeyd olunur.
Özbək dilində hazırlanmış
nəşrdə AMEA-nın
M.Füzuli adına
Əlyazmalar İnstitutunda
Nizami Gəncəvinin
“Yeddi gözəl” əsərinə aid saxlanılan miniaturlar verilmişdir.
Qeyd edək ki, Nizami
Gəncəvinin “Xəmsə”sinə
aid olan beş
əsərin Özbək
dilinə tərcüməsi
ilə bağlı
2015-ci ildə Daşkənddəki
Nizami adına Dövlət Pedaqoji Universitetində Özbəkistanın
Xalq Şairi Camal Kamalla Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov arasında müqavilə imzalanmış
və ötən beş ildə dahi şairin əsərləri bütövlükdə
Özbək dilinə
çevrilmiş, Daşkənddə
nəşr edilmişdir.
S.Abbasov Azərbaycan və dünya ədəbiyyatının
unikal incisi olan Nizami Gəncəvinin
“Xəmsə”sinin Özbək
dilinə tərcüməsi
və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılancağını
və gələcəkdə
Nizami irsinin öyrənilməsi, tədqiqi
istiqamətində yeni
imkanların açacağını
ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin,
irsinin bir daha Azərbaycan xalqının istedadını,
böyük mədəniyyət,
ədəbiyyat yaratdığını
söyləyən S.Abbasov
onun Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət
tarixində yeni səhifə açdığını
və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və
incəsənətinin inkişafına
töhvələrini qeyd
edib.
Nəşrin Özbəkistan və
Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini
qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin
bütövlükdə Özbək dilinə tərcüməsi
layihəsinin başa
çatdığığını və Azərbaycan Mədəniyyət
Mərkəzi tərəfindən bu
nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz
olaraq göndəriləcəyini bildirib.
Ədalət 2019.- 19 oktyabr.- S.16.