Səmimi duyğular,
bənzərsiz düşüncələr
Akif Cabbarlı
Qəbələyə
növbəti gəlişim həmişəki kimi
dostlarımın və şagird yoldaşlarımın ürəyindən
oldu. Ənənəyə görə ildə
azından dörd-beş dəfə “sinif uşaqları” olaraq bir yerə yığışır, ötən
illərə qiyabi səyahətə
çıxır, dərd-sərimizdən, problemlərimizdən
danışır, sevincimizi bölüşür, rayonun
adla tanınan, amma
cibimizə uyğun restoranlarının
birində də Qəbələ nemətlərindən,
bişintilərindən dadıb özümüz
üçün əməlli-başlı
dincəlirik. Bunlar öz
yerində. Əyalət “uşaqları”nın bir
məsələyə görə nə qədər sevindiyini, qürurlandığını deməsəm,
yazmasam, ola bilsin sonralar ən çox özüm-özümü
qınayardım.
Nohur
gölü ətrafında, Sini meşəsinin qalın
kölgəliyində oturub ləzzətli samovar
çayından nuşcanlıqla içirdik ki, Mirhəsən
çantasından çıxardığı kitabları
bir-bir qənşərimizə qoyub - yəqin ki, məndən
bundan qiymətli pay gözləmirsiniz, hə? – deyə
özünəməxsus zarafatından qalmadı. - Heç
kimə də olmasa, əgər kitabımı oxusalar, Nərimanla
Akifə gücüm çatandan bir kənd payı göndərərəm,
necə də olsa şəhərdə yaşayırlar
axı – dedi.
Bu fikirlə hamı razılaşdı. Sədiyar, Fəxrəddin, Sahib, Mirzəcan, Nizami, Mirzəmməd və sonralar sıralarımıza qoşulmuş Tofiq qardaş bu fikirə ürəkdən “Amin” dedilər. Mirhəsən Ağayevin – Mirzəbəyli kəndinin say-seçmə ağsaqqal ziyalılarından və Qəbələnin üzdə olan söz adamlarından biri kimi tanınan dostumuzun bizə bağışladığı sayca üçüncü kitabı – “O, mənim Anam deyil” şeir və hekayələr toplusu dostum, kimyaçı alim Nəriman Cavadov üçün də, mənə görə də əsl dost hədiyyəsi idi. Bakıya qayıdanda elə maşındaca Mirhəsən müəllimin ürəyinin süzgəcindən keçirdiklərini birnəfəsə oxudum və “sinifkomumuzun” ədəbi düşüncələrinin dağ çayları, şəlalələr tək saf, duru olduğunu, qranit kimi kəsərliliyini, bal tək şirinliyini bir daha tam əlvanlığı ilə duydum, yaşadım.
Səndə
əzəmət də, vüqar da vardır,
O uca dağların zirvəsi
qardır.
Payızın, qışın da
sanki bahardır,
Qızıldan, gümüşdən qaşlı Qəbələ.
Göründüyü
kimi, şair sadə, işlək ifadələrdən rəssam
tək yüz cür naxışlı, əlvan palitralı
peyzaj yarada bilib.
Bir neçə gün sonra Nərimanla
kitabın məziyyətləri, şagird
dostumuzun, sadə kənd müəlliminin
səmimi duyğu və düşüncələrinə
necə poetik don biçdiyini öz
aramızda müzakirə də etdik. Nəriman
da qayıdıb bircə kəlmə dedi ki, kitab
haqqında fikir söyləmək bir qələm adamı kimi
sənin öhdənə düşür.
Təbii ki, Nəriman Hacallı kənd orta məktəbinin 1967-ci il buraxılışının əksər məzunlarına xas olan bir ərkyanalıqla missiyamı yada salırdı və mən də kitab haqqında qısaca dost sözü söyləməyə qərar verdim.
“O, mənim Anam deyil” kitabı ADPU-nun nəşriyyatında
çap olunub. Kitabın redaktoru fəal və ədəbiyyatçı
“sinif uşaqları”ndan olan,
hazırda Qəbələnin Tüntül
kənd orta məktəbinin Ana dili və ədəbiyyat
müəllimi Fəxrəddin Babayev, rəyçi
isə Azərbaycan Yazıçılar Birliyinin
və Jurnalistlər Birliyinin üzvü, rayonun Bum kəndində “Bal baba” kimi tanınan Emin Baratoğludur. “Bal baba” titulunun
açması ilə bağlı inşallah
başqa bir
yazıda...
Mirhəsən Mirzəbəyli yeni kitabına bir neçə
bədii və sənədli hekayə, avtobioqrafik
oçerk, vətənpərvərlik mövzusunda yazılar, şeirlər daxil edib. Ömrü
boyu kənddə yaşayan,
gənc nəslin təlim-tərbiyəsi ilə məşğul
olan, idmanı özünün
və ətrafındakıların gündəlik
həyat tərzinə çevirməyi ustalıqla bacaran sadə bir
insanın şahidi olduğu
hadisələr, yaşadığı ülvi
hisslər nəsrin və poeziyanın əzəli qanunları
çərçivəsində, ədəb-ərkan və milli dəyərlər səviyyəsində oxuculara təqdim olunur.
“O, mənim Anam deyil”
hekayəsi günümüzün
reallıqlarını doğru-dürüst
əks etdirən, valideyn-övlad
münasibətlərinə geniş
spektrdə işıq salan bədii
nümunə kimi olduqca
dəyərlidir. Müəllif oxucuya
ən əsası onu demək istəyir ki, kasıbçılıq, ehtiyac
saf ailə qurmğa mane olmamalıdır, vətənə, elə
bağlılıq, sədaqət fonunda
yüksək tərbiyəli, savadlı övladlar
yetişdirməkdə əngələ çevrilməməlidir.
Əksinə, çətinliklər görmək, aza da, çoxa da qane olmaq
gələcəyin insanının bərkdən-boşdan
çıxması, hər cür əzaba
sinə gərmək bacarığına yiyələnməsi
yolunda məhək daşına
çevrilməlidir. İradə, Fərid, Xuraman
və Vaqif kimi
obrazların həyata baxışı Mirhəsən müəllimin
ürəyindən keçənlərin
sınanmış barometrinə çevrilirsə, deməli,
müəllif məqsədinə çata
bilmişdir.
Mirhəsən müəllimin anası Balaxanım nənəni yaxşı xatırlayıram. Bu xanım-xatun qadın doxsan üç il ömür sürdü. Ömrünün son həftələrində də yaddaşı üstündəydi. Onunla hər görüş bizim üçün əsl bayrama çevrilərdi. Bayatılar söylər, xatirələr danışar, Azərbaycanın müxtəlif guşələrində, Dağıstanda keçirdiyi xoş məqamları yada salardı. On uşaq böyütmüş “Qəhrəman ana” adına layiq görülmüşdü. Onun qardaşı Baba Babayev də məsul vəzifələrdə çalışsa da, əsl ürək adamı idi, bir neçə şeirlər kitabı çıxmışdı. Mirhəsənin atası Əlbala müəllim rayonun adlı-sanlı ziyalılarından, ağsaqqallarından olub. Belə bir mühitdə doğulub boya-başa çatan qardaşımız yazmaya bilməzdi və onun poetik dünyası gəncliyindəki kimi, yenə zəngindir, gözəl duyğularla dopdoludur. Mirhəsənin “İsmayıl bəy Qutqaşınlının əziz xatirəsinə”, “Xocalı”, “Yavaş-yavaş qoclıram”, “Mənim üçrəngli bayrağım” və digər şeirlərində keçmişə ehtiram, gələcəyə inam, insana sevgi, vətənə məhəbbət hissləri obrazlı ifdələrlə, parlaq simvolizə yolu ilə təqdim olunur.
Vaxt yetişər,
düşmənləri əzərik,
Şuşanı, Laçını bir-bir gəzərik.
Gül-çiçəklə
o yerləri bəzərik,
Düşməni qovarıq yuvasınadək,
...İndi gedəmmirik biz Qarabağa.
Mirhəsən müəllim öz poetik ümidlərinin reallaşacağı həsrətindədir. O günə isə az qalıb, əziz qardaşım. İnşallah, arzun çiçək açar, Qarabağa yol alarıq, sən də bizimlə bir sırada.
Ədalət 2019.- 4 sentyabr.-
S.8.