İcbari Tibbi Sığortanın tətbiqinə
hazırlıq gedir
Ölkəmizdə həyata keçirilən sosial layihələrin mühüm tərkib hissəsi olan icbari tibbi sığorta hazırda pilot layihə şəklində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci il 16 fevral tarixli 1830 Fərmanına əsasən isə habelə Ağdaş rayonunda 1829 tibbi xidməti əhatə edənbaza zərfi əsasında həyata keçirilir.
2020-ci ildən isə icbari
tibbi sığortanın ölkə
üzrə tətbiqi gözlənilir. Bu
barədə ictimaiyyəti məlumatlandıran dövlət rəsmiləri
2019-cu ili icbari tibbi sığortaya hazırlıq ili kimi qeyd
ediblər.
İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən verilən məlumatlara görə, hazırda 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir:
"Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.
Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin, vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.
Bu günədək 49 tibb müəssisəsi
1333 ədəd kompüter
avadanlığı ilə təchiz olunub,
habelə internetə çıxışın təmin
olunması məqsədi ilə tibb müəssisələrinə
fiber optik kabel xətti çəkilir, internetin
təyin olunmuş məntəqələrə
ötürülməsi üçün
49 tibb müəssisəsində
kabelləşmə işləri icra olunub”.
Rəsmi məlumata görə, iyul ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər:
"Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin regionlar üzrə 73 tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.
Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə Agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir”.
Qeyd edək ki,
icbari tibbi
sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən
sistemdir. Bu sistem sığorta hadisəsi zamanı
sığortaolunanların xidmətlər zərfi çərçivəsində
tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində
təminatı nəzərdə tutulmuş
tibbi xidmətlərin göstərildiyi hər
hansı hadisə və ya hal
sığorta hadisəsi hesab edilir
Xidmətlər zərfi – baza
və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara müvafiq
növdə, həcmdə və şərtlərlə
göstərilən icbari tibbi
sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
Xidmətlər zərfinin baza
hissəsinə ilkin səhiyyə xidməti,
təcili və təxirəsalınmaz tibbi
yardım xidməti aiddir. Azərbaycan
Respublikasının vətəndaşları, habelə
ölkədə daimi və ya müvəqqəti yaşayan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün
bu xidmətlər üzrə illik 29 manat dövlət
büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.
Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2%-i miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Sığortaolunanlara İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində
tibbi xidmətlər göstəriləcək.
Tibb müəssisələrinin
siyahısı təsdiq edildikdən sonra www.its.gov.az saytında yerləşdiriləcək.
İcbari tibbi
sığorta haqqı ödənilmədiyi hallarda
xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində
göstərilən tibbi xidmətlər vətəndaşın
öz maliyyə vəsaiti hesabına
göstərilir
Kimlər illik 120 manat icbari tibbi
sığorta haqqı ödəyəcək?
Sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki
şəxslər; Mülki-hüquqi xarakterli müqavilələr əsasında
işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər; Müstəqil ödəyicilər
(iqtisadi qeyri-fəal əhali və
imtiyazlı əhali qrupuna daxil
olmayan bütün
şəxslər).
Kimlər
icbari tibbi sığorta haqqı ödəməkdən
azaddır?
Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:
- 18 yaşınadək şəxslər;
- 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və
ya ali təhsil müəssisələrində
əyani təhsil alan şəxslər;
- Pensiyaçılar ;
- Sosial müavinət almaq hüququna malik olan şəxslər;
- Ünvanlı dövlət sosial
yardımı alan ailələrin üzvləri;
- Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında
qeydiyyatdan keçmiş
hamilə qadınlar, habelə doğuşdan
sonrakı 42 gün müddətində
qadınlar;
- Əmək Məcəlləsinə əsasən
qismən ödənişli sosial məzuniyyətdə
olan qadınlar.
Qeyd edək ki, yuxarıda sadalanan bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Nicat Novruzoğlu
Ədalət 2019.- 6 sentyabr.- S.6.