Rəşad Məcid deyəndə...

Abid Tahirli

İstedadlı şair, peşəkar redaktor Rəşad Məcidin ədəbi, mətbu ictimai fəaliyyəti onun haqqında gen- bol yazmağa əsas verir yaxşı ki, yubileyini münasib məqam bilib həmkarları ürək sözlərini bölüşürlər. Çox təəssüf ki, KİV nümunələrinin əksəriyyətinə şamil edə bilməyəcəyimiz "ciddi, obyektiv operativsözlərini böyük məmnunuyyət, tam məsuliyyətlə "525-ci qəzet”in ünvanına söyləyir eyni zamanda bu qəzeti öz müstəqilliyini ikinci dəfə bərpa etmiş Azərbaycanın Respublikasının 30 ilə yaxın tarixinin salnaməsi, ensiklopediyası hesab edirəm.

Rəşad Məcidin mətbuatımızın mütərəqqi ənənələrinə və milli dəyərlərə sədaqəti barədə bir neçə kəlmə demək istərdim. Təxminən 15 il əvvəl mühacirət problemi ilə bağlı araşdırmalarımın bəzi məqamları ilə qətiyyən razılaşmayan tanınmış bir tədqiqatçı bu mövzuda qəzetdə (ara-sıra əndazəni aşmaqla) əsassız iddialarını çap etdirməyə təşəbbüs göstərir. Redaksiyadan bu məlumatı öyrənəndə məqalənin əlyazması ilə tanış oldum və təbii ki, sabun köpüyü qədər dözümsüz bu mülahizələri təkzib edən, tutarlı fakt və dəlilərə əsaslanan məqalə hazırladım və onu da həmin redaksiyaya təqdim etdim və xahiş etdim ki, o müəllifin yazısı dərc olunacağı təqdirdə mənim də məqaləmi versinlər. Redaktorun cavabı təəccüblü olduğu qədər də maraqlı idi. O, -Mən qəzeti sizin döyüş meydanına çevirə bilmərəm. O yazını dərc edəcəyəm, sonra siz yazıb onu təkzib edəcəksiniz, bu dəfə o yazacaq, sizi təkzib edəcək, sonra yenə siz yazaçaqsınız... Beləcə, bu mübahisə də saqqız kimi uzanacaq. İnciməyin, mən bunu edə bilmərəm- dedi.

"525-ci qəzet”ə, Rəşad Məcidə müraciət etdim. Yazı ilə tanış oldu və özünəməxsus tərzdə gülümsəyərək : -Çox kəskin yazıdır, görünür, hirsli vaxtına düşübdedi. Sonra -Nə əcəb başqa qəzetlərə vermirsən?-soruşdu. Mən olanları dəyəndə Rəşad Məcid "Bu məsələnin sadə yolu var. O müəllifi də dəvət edək, eyni vaxtda qəzetin qoşa səhifəsində, yan-yana onun da, sizin də yazınızı verək-dedi. Beləliklə, ilk baxışda müşkül görünən məsələ rahatlıqla həll olundu.

Hər dəfə bu hadisəni xatırlayanda "Əkinçi” qəzeti ilə bağlı bir əhvalat yadıma düşür. "Əkinçi”də islam qayda-qanunları ilə bir araya sığmayan hallara, cəhalət və mövhumata qarşı, dini fanatizm əleyhinə ciddi mübarizə aparan Həsən bəy Zərdabi əqidə və qələm dostu Seyid Əzim Şirvaninin zərərli dini ayinlər tərəfdarı Hadiyul-Muzillin Həsən Qara Hadıyə ünvanlandığı kəskin həcini dərc edir. Həsən Qara Hadiborclu qalmır və Seyid Əzim Şirvaniyə elə onun tərzində həcv həsr edir. Həsən bəy Zərdabi dostuna yazılan təhqir və tənqidlə dolu satirik şerin bir hissəsini qəzetdə dərc edir. Əlbəttə, Həsən bəy Hadinin həcvini dərc etməyə də bilərdi. Ancaq o, müəlliflərə münasibətdə tərəfsiz, qərəzsiz mövqe tutur, demokratik dəyərlərin, söz, azadlığının da ilk rüşeymlərini yaradır. Sovet rejimikommunist ideologiyasının 70 illik hegemonluğundan sonra müstəqil mətbuatın yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan Rəşad Məcid və onun qəzeti məhz Həsən bəy Zərdabi ideyaları və "Əkinçi” ənənələrindən bəhrələnir. Bu gün Həsən bəy Zərdabi deyəndə "Əkinçi”, "Əkinçi” deyəndə, Həsən bəy yada düşür. Həmçinin Rəşad Məcid deyəndə "525-ci qəzet”, "525-ci qəzet” deyəndə gözlərimiz önündə Rəşad Məcid canlanır.

 

Qəbələ.

06.09.2019.

habidtahirli@gmail.com

Ədalət.-2019.-7 sentyabr.-S.12.