Lənkəran məscidləri
haqqında kitab işıq üzü gördü
Müəllifi
tarixçi-araşdırmaçı İldırım
Şükürzadə olan "Lənkəran
məscidləri” kitabı bu günlərdə
işıq üzü görüb.
Kitab
"Ecoprint” mətbəəsində ofset üsulu ilə çap olunub. 208 səhifəlik
kitabın elmi redaktoru
fəlsəfə üzrə fəlsəfə doktoru, Qafqaz Müsəlmanları
İdarəsi sədrinin müavini Fuad Nurullah, məsləhətçisi
AMEA-nın doktorantı, ilahiyyatçı-alim Samid
Quliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktorları
Mətanət Əkbərova və Asif
İmanlıdır.
VII əsrdən etibarən Azərbaycanda
İslam dininin
yayılması baxımından Bərdə, Ərdəbil, Marağa, Urmiya,
Şamaxı, Şəmkir, Şabran, Beyləqan,
Gəncə və Naxçıvan şəhərlərində
məscidlərin tikilməsinə xüsusi
diqqət verilir, şərq memarlıq üslubu geniş
yayılmağa başlayırdı. Tarixən Azərbaycanın
bütün bölgələrində
dövrünə görə əzəmətli məscidlər
tikilib və onların bəziləri
günümüzədək qorunub
saxlanılıblar. Təəssüf ki, bəzi
məscidlərimiz bu gün
Ermənistan ordusunun işğal
etdiyi ərazilərimizdədir. Təbrizdəki
Göy məscid, Bakıdakı Bibiheybət
və Təzəpir məscidləri, Gəncədəki
İmamzdə kompleksi, İrəvandakı
Göy məscid nadir
memarlıq incilərindən sayılır.
Bu gün
Azərbaycanda dini dözümlülük
və toleratlıq dövlət siyasəti kimi
səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən
məqbul bir model kimi qəbul olunur və bəyənilir.
Hətta Azərbaycan təcrübəsindən, modelindən
istifadə etmək istəyən Qərb dövlətləri
də az deyil. Bütün bunlar həm də
Ulu Öndər Heydər Əliyev siyasətini
layiqincə davam etdirən Prezident
İlham Əliyevin uğurlarının nəticəsidir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə
həyata keçirilən sosial-iqtisadi
siyasət əldə edilən uğurlar,
ictimai-siyasi həyatdakı sabitlik din sahəsində
də özünü göstərir.
Xüsusilə qədim tarixə malik məscid
və məbədlərimizin bərpası və yenidən
xalqımızın istifadəsinə verilməsi milli-mənəvi
dəyərlərimizə olan böyük xidmətdir. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu
qədim tarixə malik mədəni irsimizin qorunması, tarixi
abidələrin bərpası, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin
təbliği sahəsində həyata keçirdiyi
geniş miqyaslı işlər
xalqımız tərəfindən rəğbətlə
qarşılanır.
Ölkə ərazisində mövcud
olan məscidlərdə peşəkar din xadimlərinin təyin olunması,
onların fəaliyyətinə nəzarəti Qafqaz
Müsəlmanları İdarəsi həyata keçirir.
Dünyanın nüfuzlu dini liderlərindən biri
sayılan Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi
ilə dini mərkəz həqiqi
İslamın insanlara
çatdırılması, milli-mənəvi dəyərlərin
təbliğ olunması, gənclərimizin vətənpərvərlik
ruhunda yetişməsi üçün
mühüm
addımlar atır.
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti ilə rayon ərazisində yerləşən məscidlərdə dini maarifləndirmə sahəsində ardıcıl işlər görülür, silsilə tədbirlər, konfranslar keçirilir. Lənkəran bölgəsində yaşayan alim və tədqiqatçıların da dini maarifləndirmə ilə bağlı son illər gördüyü işlər təqdirə layiqdir. Tədqiqatçı İldırım Şükürzadənin müəllifi olduğu "Lənkəran məscidləri” kitabında rayonda yerləşən 84 məscid haqqında məlumat toplanıb. Araşdırılan məscidlərin inşa olunma tarixi, arxitekturası, eləcə də yerləşdiyi ünvan haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, "Lənkəran məscidləri” kitabı bu sahədə araşdırılan ilk tədqiqat əsəridir.
Ədalət.-2019.-7 sentyabr.-S.16.