Xoş xəyala daldı
getdi
Oqtay Rzanın xatirəsinə
Oqtay Rza ilə dostluğumuz 1978-ci il mart ayının 28-ə təsadüf edir.
Onu mənimlə həmkəndlim Səlahəddin müəllim (Səlahəddin müəllim o vaxt APİ-nin biologiya fakültəsinin dosenti Hazırda Almaniyada yaşayır və biologiya elmi sahəsində dünyanın ən görkəmli alimlərindən sayılır) tanış eləmişdi. Uzun illər Səlahəddin müəllim və mən Oqtay Rza ilə dostluğumuza sadiq qaldıq. Son illər Oqtay Rza ilə Respublika Mətbuat Mərkəzində görüşərdim. Ölümündən bir neçə gün qabaq da Respublika Mətbuat Mərkəzində qabaqlaşdıq.
85 illik yubileyi
ilə bağlı yazdığı bir ərizədə
iki qrammatik səhv getmişdi. O, mənim bilgisayarda
nəsə yazdırdığımı görüb
dedi: “Mirzə, olarmı operator
xanım mənim ərizəmdə olan qrammatik səhvləri
düzəltsin. Oxuyub deyərlər, Oqtay Rza həm müəllim
olub, həm də şairdir.
Amma sözləri düz
yaza bilmir. Bu mənim üçün
böyük nöqsan
sayılar”. Gülümsəyib dedim: “Oqtay müəllim, hərif səhvləri kiçik nöqsanlardır. Buna
dözmək olar. Kaş
ki, böyük
nöqsanlarımız olmasın”. Operator
xanım ərizədəki səhvləri düzəldənədək
Oqtay müəllimlə xeyli
söhbət etdim. Bir-birimizin
səhhəti ilə maraqlandıq.O, ayaqlarındakı və
böyrəklərindəki ağrılardan gileyləndi. Sonra dedi: “Sənin böyrəyimə
yazdığın o dərmanları hələ
də almamışam”. “Niyə” - deyə soruşdum.
Çünki sən yazdığın
kağızı itirmişəm” - dedi. Oqtay müəllimin səhhətinə
qarşı biganəliyinə dözməyərək dedim: “Yaxşı olar ki, siz uroloq həkimə
müraciət edib, həkimin dediklərinə də əməl
edəsiniz”. Osa mənə - “Mənim həkimim
də, loğmanım da sənsən”. Bu dəfə nə yazsan,
ona əməl edəcəyəm” - dedi. Mən həmin böyrək dərmanlarının
adlarını kağıza yazıb Oqtay müəllimə
verib, dedim: “Bil ki, bu
dərmanları içərkən araq
içmək olmaz”. Oqtay
müəllim isə: “Yanacaq olmadan, dərmanlar fayda
verməz. Bir də ki,
mənlə araq içən çox dostlarıma da həkimlər
araq içməməyi məsləhət
görmüşdülər. Onlar da həkimlərin sözünlərinə əməl
edərək araq içməyi tərgitdilər.
Amma araq içməyi
tərgidən kimi öldülər”. Mən
də gülə-gülə dedim: “Oqtay müəllim, sizin o dostlarınıza araq
içməməyi mən məsləhət
bilməmişəm. Mən bu sözləri
sizə deyirəm”. Oqtay müəllim ciddi tövr alaraq dedi: “Eləsə mən
araq içə-içə öləcəyəm”.
“Daha sorasını özün
bilərsən” – deyə köksümü
ötürdüm.
Elə həmin gün də
Oqtay Rza ilə
sağollaşıb rayona getdim.
Bir neçə gündən sonra Bakıya qayıtdım. Sabahısı Mətbuat
Mərkəzinə gələndə gördüm
ki,orada lövhəyə Oqtay
Rzanın şəkilini vurub, nəsə
yazıblar. Elə bildim ki,
Oqtay Rzanın 85 illik yubileyi ilə bağlı haradasa
ədəbi məclis keçiriləcək. Odur
ki, həmin məlumat lövhəsinə
diqqətlə baxdım, gördüm ki, Oqtay Rzanın şəklinin
üstünə “Allah rəhmət eləsin”
sözləri yazılıb.
Dost itkisi
ağır olduğundan dünya
gözlərimdə qaraldı. Bədahətən bu bayatıları söylədim:
Xoş xəyala daldı, getdi!
Oqtay Rza
qaldı, getdi!
Üz-gözündən nur
çiləndi!
Söz-söhbəti baldı, getdi!
Elə sanman öldü Oqtay,
Qansız ölmə güldü
Oqtay,
Könlü sonsuz kainatdı,
Qəlbi qızıl güldü
Oqtay!
Ulu Tanrıya əyandı,
Olumdan
ölümə yandı..,
Oqtay
Rza bölünməmiş,
Bölünməz Azərbaycandı!!!
Həmin gündən başlayaraq
əziz dostum Oqtay
Rzanın xatirəsinə həsr etdiyim “Biz üç dost idik” əsərini
yazıram. Artıq bu əsərim başa çatmaq üzrədir.
İnşallah, onu
tezliklə Oqtar Rza sevənlərin
diqqətinə çatdıracağam.
İndi isə Allahdan Oqtay Rzaya rəhmət, ailəsinə, qohumlarına, dostlarına dözüm, səbir diləyirəm!!!
FƏZAİL
İSMAYIL BÖYÜKKİŞİ
Ədalət.-2019.-7 sentyabr.-S.16.