Sənət fədailəri və ya unudulmağa məhkum olanlar

 (Respublikanın əməkdar artisti Qurban Abbasovun əziz xatirəsinə)

Deyirlər elə insanlar var ki, dünyaya gəlişləri ilə birgə istedadları da onlarla bərabər ana bətnindən doğulur. Bu kimi insanlar elə öz istedadlarının sayəsində zamanının dövrünün tanınmış simalarına çevrilə bilirlər. Elə səhnə ustaları var ki, onların sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdikləri hər bir yenilik bir teatrın yeniliyidir. Yaratdıqları hər bir obraz epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, milli teatr tarixinin bir səhifəsinə çevrilir mənəvi güc, idrak aydınlığı ilə həyatın həqiqət səviyyəsinə enməyi bacarırlar.

Əlbəttə ki, qətiyyən unutmaq olmaz ki, hər bir tamaşaçı teatra hər şeydən əvvəl aktyor yaradıcılığına, istedadına, aktyor oyununa baxmağa gəlir. Hər zaman olduğu kimi tamaşaçını ən çox maraqlandıran məhz aktyor oyunudur. Sözsüz ki, aktyorun tamaşaçının sevimlisi olması isə əsas şərtlərdəndir. Gəncə Dövlət Dram Teatrının istedadlı aktyorları sırasında bu gündə adı hər zaman xatırlanan, mərhum respublikanın əməkdar artisti Qurban Abbasov da sevilən sənətkarlarımızdan biri idi. Sadə dramatik rollarda, tipik-xarakterik personajların ifasında daha çox uğur qazanan, maraqlı lirik-psixoloji həmçinin səciyyəli qəhrəman rollar ilə yaddaşlarda yaşayan Qurban Abbasov yaratdığı hər bir obrazlarında qəlbinin hərarəti, psixoloji istilik duyumları ilə xatırlanır.

Qurban Məmiş oğlu Abbasov 2 yanvar 1944-cü ildə Göyçə mahalının Qarabağlar kəndində dünyaya gəlib. 1949-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Valideyinlərini vaxtsız itirdiyindən qardaşının himayəsində böyüyüb. 1951-ci ildə Keşlə qəsəbəsi S. Vurğun adına orta məktəbə daxil olub 1958-ci ildə yeddi illik orta təhsilini bitirib. Daha sonra Göycay Kənd Təsərrüfatı Texnikomuna daxil olub. 1962-ci ildə həmin texnikomu bitirib. 1963-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsində təhsilini davam etdirib. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib 1968-1998-ci illərdə yaradıcılığı ancaq bu teatrla bağlı olub.

Aktyorun yaradıcılığına nəzər salarkən bir daha ən kəskin dramatik vəziyyətlərdə çıxışlar edərkən belə ifasında daxili aktyor təmkinini böyük ustalıqla saxlaya bilməsinin şahidi olursan. Onun səhnədə hər zaman obrazın psixoloji duyumunda həsas aktyorluq qabiliyyətinin olması ilə yanaşı ifa etdiyi personajın daha xarakterik cəhətləri cizgilərini qabarıq bir formada göstərdiyini görmək mümkün idi. Qurban Abbasov Gəncə Dövlət Dram Teatrında milli klassik dramaturgiyamızın, çağdaş Azərbaycan müəlliflərinin müxtəlif janrlı həmçinin tərcümə əsərlərinin səhnəyə qoyulan tamaşalarında müxtəlif səpgili obrazlar qaleriyasını yaradıb. Profesor Bağır Bağırov onun yaradıcılığı haqqında yazırdı: "Yusif Əzimzadənin 1975-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində hazırlanan "Unutmayın” (quruluşçu rejisor, əməkdar incəsənət xadimi Həsən Ağayev, rəssamı Oqtay Qoşqarov) pyesində Qurban Abbasovun yaratdığı Əli Dadaşov surəti onun ifasında öz daxili temperamenti, nitq mədəniyyəti, obrazın xarakterini açmaq üçün tapdığı cizgilər, aktyorluq məharəti ilə seçilirdi. Onun ifasında Əli Dadaşov zəngin mənəviyyata malik, doğma yurda, vətənə xalqa qəlbən bağlı, əsgəri andına sədaqətli, düşmənə qarşı sonsuz nifrət bəsləyən bir gənc olaraq qarşımızda canlanırdı.”

Aktyorun Ə. B. Haqverdiyevin "Bəxtsiz cavan”da Fərhad, İ. İbrahimovun "Anaların divanı”da Yusif İdris, C. Cabbarlının "1905-ci ildə”də Eyvaz, "Aydın”da Surxay, "Yaşar”da Toğrul, "Oktay Eloğlu”da Aslan bəy, S. Rəhmanın "Xoşbəxtlər”də Sadıq, "Əliqulu evlənir”də Azad, "Küləklər”də Əlibala, S. Vurğunun "Fərhad Şirin”də Şiruyə obrazları milli klassik dramaturgiyamızın nümunələrində yaratdığı maraqlı obrazları silsiləsinə daxildir.

Respublikanın əməkdar artisti Qurban Abbasov hər zaman səhnədə roldan- rola inkişaf edən, bir qədər narahatlıqla hər bir mizanı obrazın daxili aləmini dərindən öyrənməyə ciddi səy göstərən bir yaradıcı şəxs olaraq yaddaşlarda yaşayır. Onun ifasında 11 oktyabr 1968-ci ildə xalq artisti Vaqif Şərifovun quruluşunda 4 pərdəli, 9 şəkildən ibarət məşhur tənqidçi-estetik İslam İbrahimovun "Anaların divanıfaciəsində yaratdığı Yusif İdris obrazı maraqla baxılan surətlərindəndir. Qeyd etmək lazımdır ki, "Anaların divanısiyasi publisistika janrında yazılıb. Rəmzi ad daşıyan obrazlar müasir dövrün ictimai-siyasi mürəkkəbliklərini insana məhəbbət sayğı prizmasından təcəsüm etdirirdi. Həmçinin quruluşçu rejisor, xalq artisti Vaqif Şərifovun maraqlı traktofkası müasir dinc həyatın qorunması, sülhün bərqərar olunması kimi ideyanı öz tamaşaçılarına təlqin edirdi. Pyesdə ərəb oğlu Yusif İdrisQurban Abbasov böyük ideallarla yaşayaraq təhsil almaq istəyir. Aktyor gənc vətənpərvərin surətini məharətlə yaratmaqla obrazı tamaşaçıya sevdirmək üçün yeni boyalar axtarmaqla hərəkət davranışını ətrafdakılara münasibəti ilə fəal mövqeyini təqdim edə bilirdi. Profesor Bağır Bağırov yazırdı: "Teatrın gələcəyi naminə layiqli aktyor nəsli yetişdirmək yaradıcı kollektivin qarşısında bir problem kimi durur hazırda da durmaqdadır. Fərəhli haldır ki, teatr özünü sənətə bağlayan istedadlı gənclərin bir qrupunu ətrafında toplamağa nail ola bilib. Bu istedadlardan biri Qurban Abbasovdur. Böyük ümid verən yaradıcı gəncliyin nümayəndəsi kimi Qurban Abbasov öz yaşlı sənət müəllimlərindən səhnə sənətinin sirlərini dərindən öyrənir, öz üzərində müstəqil çalışır bir aktyor kimi püxtələşir.”

Gəncə Dövlət Dram Teatrında 22 aprel 1980-ci ildə tamaşaya qoyulan M. Şatrovun "İnqilabi etüd” (Tərcümə edən İshaq İbrahimov, quruluşçu rejisor, əməkdar incəsənət xadimi Yusif Bağırov, rəssamı Nodar Qabrindaşvili) iki hisəli pyesində Qurban Abbasovun yaratdığı Lenin obrazı aktyorun yaradıcılıq nailiyyəti olaraq teatr ictimaiyyətinin diqqətini cəlb edə bilirdi. Təsadüfi deyil ki, post-sovet məkanı zamanı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin kollegiyası və Respublika Teatr Cəmiyyətinin Rəyasət Heyəti Leninin anadan olmasının 100 illiyi, Böyük Vətən müharibəsində qələbənin 35 illiyi, Azərbaycan SSR-nin və Azərbaycan KP-nın yaranmasının 60 illiyi münasibətilə dram teatrlarının respublika müsabiqəsinə yekun vurarkən ən yaxşı yaradıcılıq debütü üzrə birinci mükafatı məhz M. Şatrovun "İnqilabi etüdpyesinin tamaşasında Lenin rolunun ifaçısı Qurban Abbasova təqdim edib. Ə. Məmmədxanlının "Şərqin səhəri”də Cavanşir bəy, İ. Qasımov və H. Seyidbəylinin "Böyük ürək”də Rüstəm, N. Məmmədlini "Unutmaq istəyirəm”də Əhməd, N. Gəncəlinin "Məhəbbət körpüsü”də Azər, "Səadət yağış deyildi”də Tərlan, Q. Mehdinin "Oxşarlarda Rəhman Kərimzadə, A. Məmmədovun "Bəraət”də İslam, F. Əlyarbəylinin "Xan qızı”da Haşım bəy və başqa çağdaş Azərbaycan müəlliflərinin müxtəlif janrlı əsərlərinin tamaşalarında həmçinin Q. Zapolskayanın "Xanımın əxlaq dərsi”də Zbışko, M. Kərimin "Aygül diyarı”da Kənar adam, O. İoselianinin "Araba hələ aşmayıb”da Buxuti, M. Qorkinin "Qocada Pavel, U. Şekspirin "III Riçardda IV Eduard, E. Radzinskinin "Sokratla söhbətlər”də Sokrat, D. Valeyevin "Vicdan məhkəməsi”də Qarif kimi tərcümə əsərlərinin tamaşalarında Qurban Abbasovun çıxış etdiyi səhnə personajları hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

Görkəmli teatrkino aktyoru, xalq artisti Məmmədrza Şeyxzamanov aktyor haqqında yazırdı: "Gəncə Dövlət Dram Teatrının yaşlı nəslə mənsub aktyorları ilə gənc qüvvələr arasında möhkəm yaradıcılıq ünsiyyəti vardı. Belə gənc aktyorlar sırasında Qurban Abbasov xüsusi olaraq diqqəti cəlb etməklə, böyük sənət məktəbindən hər zaman bəhrələndiyini və inkişaf etdiyini göstərə bilir. Bu cür inkişaf və yaxınlıq yaradıcılıq baxımından etibarlı zəmindir.”

1980-ci illərdə Gəncənin Alimlər evində təşkil edilən xalq teatrı ciddi planda tamaşaların hazırlanmasında böyük səylər göstərirdi. Məhz bu teatrın uğurlu fəaliyyətində bədii rəhbər olaraq Qurban Abbasovun fəaliyyəti diqqət mərkəzində olmağı bacarırdı. Onun fəaliyyəti nəticəsində Rövşən Musayev, Mehriban Atayeva, Rövşən Əliyev, Namiq Tahirov, Rauf Həsənov, Arif Qulami, Elnur Məmmədov, Murad Əliyev, Rəşid Nağıyev, Rüstəm Abdullayev kimi gənc istedadların peşəkar səhnəyə bir aktyor olaraq yetişdirilməsində xidmətləri böyükdür.

Aktyorun səhnə fəaliyyəti yüksək dəyərləndirilərək 24 dekabr 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncə şəhərində vəfat edib və buradakı yeni Səbiskar qəbiristanlığındakı Fəxri xiyabanında dəfn olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Qurban Abbasovun vəfatından 21 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmirya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə belə xatirə-baralyef lövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

 

Bəlkə də elə biz, özümüzük!

Anar Burcəliyev,

Teatrşünas

Ədalət 2019.- 10 sentyabr.- S.8.