Rauf Qərib
Alagöz
TÜRKƏM MƏN
Mən dönək deyiləm, huyum bəllidi.
Çörəyim
bəllidi, suyum bəllidi.
Soyumu
danmaram, soyum bəllidi.
Azəri
deyiləm!
Türkəm
mən!
Yolumu
dəyişməm, yolumdur Turan.
İmanım Allaha, kitabım Quran.
Dinlə,
ey xaincə arxadan vuran,
Sanma ki, əyiləm.
Türkəm
mən!
Dürüstlük amacım, doğruluq qayəm.
Nəyim var aşikar, yayılmaz şayəm.
Türkçülük surəmdir, bir olmaq ayəm.
Oğuzdur ailəm.
Türkəm mən.
Toplaram
elimi, qurram toyumu,
Bağrıma basaram hər bir boyumu.
Kim istər
qoy dansın, mən öz soyumu,
Gizlədən deyiləm.
Türkəm
mən! Türkəm mən! Türkəm mən!
AZADLIQ
Bəhs etdiyin azadlığın tərifi nə, qayəsi
nə?
Amalı nə?
Kitabı nə?
Surasi nə?
Ayəsi nə?
Başımızın
üstündəki dalğalanan bayraqmıdır
hey
"azadlıq" dediyin şey?
Ehey, ehey, ehey, ehey.
Boynundakı zəncirləri qırmamışdan nə
azadıq?
Haqq
gülləsin zəncirləri tutanların ürəyinə
vurmamışdannə azadlıq?
Yer üzündə bir torpağa sancılan şey deyil
bayraq.
Əlini
qoy lal sinənə,
Səssizcə
dur
duysun
qulaq.
Vicdanlara sancılmalı dünyada ən uca bayraq.
Bu
dünyanın damarında
Qan gəzmirəm, gəzirəm haqq.
Ehey ,
ehey.
Bil ki,
haqla gələcəkdir
O
"azadlıq" dediyin şey.
Onun üçün haqqı axtar.
Çünki haqda azadlıq var.
...BELƏ MÜSƏLMANAM
Diqqət
çəkir gendən çuxam*,
Altın qazır yerdən toxam*.
Qonşum
acdır, mənsə toxam,
Mən də belə müsəlmanam.
Kasıb
qışda əyni yalın,
Mən
geymişəm isti, qalın,
Daha yerə
dəymir alın,
Mən də belə müəlmanam.
Qıldıraram
Namazımı,
Oxutdurram avazımı.
İsladıram
boğazımı*,
Mən də belə müsəlmanam.
Möhtac
qoyub nana* acı,
Pulla taxtım başa tacı.
Həccə
gedib oldum "hacı",
Mən də belə müsəlmanam.
Közü
məndən, yerim qızır,
Kitabına Allah yazır.
Axirətdə
"mülküm" hazır,
Mən də belə müsəlmanam.
*ÇUXA-
geyim,
*TOXA-
qazmaq üçün alət
*BOĞAZI
İSLATMAQ- içki içmək.
*NAN -
çörək
MƏN İNSANAM
Allah mənim içimdədi.
Ya da Allahın özüyəm.
Bəlkə
döyünən ürəyi,
Bəlkə də görən gözüyəm.
Deyəcəklər:
"şəkk eləmə,
Əynin cəhənnəm bələmə".
Car şəkirəm
dar aləmə,
Allahın sonsuz düzüyəm.
Mən
şeirəm, mən qəzələm,
Gərək qəlblərə düzüləm.
Gözəl
sözdən də gözələm,
Çünki Allahın sözüyəm.
AYRILMIŞIQ
Bu gün
Günəş gecikibdir,
Ay da donub
yerindəcə.
Ulduzlar da
çaşbaş qalıb,
Nə gündüzdü, nə də gecə.
Mövsümlərin
yeri məchul,
Nə bahardı, nə də ki, qış.
Bulud
göydən yerə enib,
Yerdən göyə yağır yağış.
Çaylar
axır dağa doğru,
Dağlar özü dağa dönüb.
Dənizlər
də susuz qalıb,
Dünya
lap ilk çağa dönüb.
İnsanların
üzü gülmür,
Gülənin də gözü gülmür.
Dinənlərin
sözü gülmür,
Bu bəşərin özü gülmür.
Bilirsənmi
niyə belə
Hər şey olub qatqarışıq?
Bilmirsənsə, deyim, dinlə.
Çünki sənlə ayrılmışıq.
ADAM
Üç-beş
insan olsa, şükür,
Nə
olsun ki, çoxdu adam.
Ləzzət
ilə, acgözlüklə
Adam yeyir,
"toxdu" adam.
Nədir doğru, nədir yalan?
Nədir abad, nədir talan?
Son mənzili
məchul olan
Yaydan
çıxmış oxdu adam.
Gələn-gedən
zərbə vurur,
Həmin
Bəlkə
tanrı xəyal qurur,
Bəlkə
də heç yoxdu adam?!
APARIR
Mərc
eləyib, həyatımdan,
Gün aparır, ay aparır.
"Apar-apar"
dünyasıdı,
Toy aparır, vay aparır.
Tək
çarəsi durub baxmaq,
"Avam-avam", "axmaq-axmaq".
Əl
qaldırsan, dəyər toxmaq,
Dost
aparır, tay aparır.
Saat
dönüb dəqiqəyə,
Tutunasan axı nəyə?!
Yatağına
döyə-döyə,
Arx aparır, çay aparır.
Dərdlərimiz
aşır, daşır,
Halımızı görən çaşır.
"Taxtalı
köy" yaxınlaşır,
Saya-saya say aparır.
Etmə Qərib
şikayəti,
Faydası yox bunun qəti.
Yada salma
məhəbbəti,
Zərrə verir, lay aparır.
ŞAİR TÜLKÜ
Dedilər
ki, şair olub,
Şeir yazır bala tülkü.
Namı-bədnam
şairlərdən,
Qalmayıbdır dala tülkü.
Yaxşı
sezir sağı, solu,
Tez tapıbdır doğru yolu.
Şeirləri
tərif dolu,
Çatıb şirin yala tülkü.
Yetərlidir
bircə zəngi,
Tez əzilər qurdun əngi.
Bilinməyir
nədir rəngi,
Deyək "ala-bula tülkü".
Bacarana
qurbandı can,
Layiqindi bu ad, bu san.
Dəyərlisən
sən hamıdan,
Halal
olsun, bala tülkü
Halalca
Qarabağı
ala bilməyən
millət,
Zəngəzurdan,
Göyçədən,
İrəvandan dəm vurur.
"Müharibə
olmasın,
sülhlə alaq" deyirik.
Çünki
hamı öncədən
Şirin candan dəm vurur.
Yəqin
ki, lazım deyil,
hələ bizə oralar…
"Lazım
gəlsə alarıq"
Hamı qandan dəm vurur.
Qeyrətimiz
tapdanıb,
namusumuz
əsirdə.
Hərə
isə bir yerdə
addan,
sandan dəm vurur.
Bir məzarlıq
yer bizə
bu Vətəndə
haramdı.
Yerə
sahib çıxmayan,
asimandan
dəm vurur.
Sus, ay Qərib,
sus yetər,
danışırsan. Nə fayda?
Hərə
bir cürə hayda…
ondan-bundan dəm vurur.
DÜNYANIN
Hər kəs
istər gözəl ömür, amma ki,
Ağrısı var, azarı var dünyanın.
Bu
dünyaya çox güvənmək əbəsdi,
Gileyi var, güzarı var dünyanın.
Günlər
ötür, məchuladək biz sağıq,
Bəlkə,
sabah bircə ovuc torpağıq.
Lap əvvəldən
vərəqlənmiş yarpağıq,
Yazısı var, yazarı var dünyanın.
Üç-beş
gündü, ümid etmə yüz ilə,
Nə
arzu tut, nə xəyal et, nə dilə.
Beşə
alıb birə satsan şükr elə,
Ədalətsiz bazarı var dünyanın.
Bir
gün gələr nə əl tutar, nə qolun,
Yönün itər, itirərsən sağ-solun.
Şah da
olsan, qul da olsan bu yolun,
Axırında məzarı var dünyanın.
GET
Vallah
ağlamıram, üzülmədən get,
Arxandan su tökür dolu gözlərim.
Dünyanın
ən viran yeri ürəyim,
Dünyanın ən uzun yolu gözlərim.
Qal desəm,
qalarsan, amma ki, qalma!
Ömrümün hər günü əsrlik kədər.
Göylərdən
bu fərman verilib çoxdan,
Yazıqsan, ömrünü eyləmə hədər.
Daha
ürəyimə sığmır dünyalar,
Daha ürəyimdə dar olar yerin.
Daha
ürəyimdə alovlar yanır,
Ümidlər qəlbimi eyləməz sərin.
Nə
olsun "get" deyən dilim alışır?
Get, amma səbəbi
sonra bilərsən.
Üç
alma düşəndə, nağıl bitəndə,
Əlində bir dəstə güllə gələrsən.
MİN EŞŞƏYƏ AT
QISQANDIR
Adı-sanı
düşünmə heç,
Min eşşəyə at qısqandır.
Yuxu nədir
bilməyəni
Gecə-gündüz yat qısqandır.
Nə
mövqe seç, nə yön bildir,
Nə dovşan ol, nə də ki şir.
Lazım
olan yerlərə gir,
Amalına
çat , qısqandır.
Demə
"mənəm", de ki "sənsən",
"Sıfır mənəm, iki sənsən".
Var-dövlətin
yükü sənsən,
Yoxluqları at, qısqandır.
Yaxşılıqdan
pislik yaxşı,
Səfillikdən süslük yaxşı.
Kim deyir dürüstlük yaxşı?
Onu iki qat qısqandır.
Qoy
soxsunlar söz oxunu,
Vecə alma sən çoxunu.
Dinənin
də var-yoxunu,
Özünəcə
sat , qısqandır
MAŞALLAH
Düşmən
alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Soyumuzu
gordan edən soysuza,
Soyumuzu öymək ilə məşğuluq.
-"O
atamız, bu babamız olubdur,
Ora, bura
yurd-obamız olubdur,
Şərəf, qeyrət, ar əbamız olubdur".
Amma kədər geymək ilə məşğuluq.
Dövr
edirik buna rəğmən hovarda,
Qılıncımız paslanıbdır divarda.
Bizi vuran
qalıbdır bir kənarda,
Dizimizi döymək ilə məşğuluq.
Tfu-tfu,
maşallah bizlərə,
Məğrur-məğrur dik baxırıq üzlərə.
Nağıllara
inandıqca, düzlərə
Boynumuzu əymək ilə məşğuluq.
Düşmən
alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Özümüzü
özümüzdən edənə,
Özümüzü öymək ilə məşğuluq.
QADIN
Cənnət
tamahıyla, cənnət eşqiylə,
Ayaq altınacan öyülən qadın.
Gözəllik
simvolu, mələk obrazı
Şəninə təriflər deyilən qadın.
Anamız,
bacımız, yarımız olur,
Bizimlə qocalır qarımız olur.
Bəzən
ilahımız, tanrımız olur,
Bəzən önümüzdə əyilən
qadın.
Ey insan, hər qadın adın deyilmi?
Həyatda ləzzətin, dadın deyilmi?
Bəs
qadın deyilmi, qadın deyilmi
Alçalan, söyülən, döyülən
qadın?
SƏN FƏRQLİSƏN
Sənin əsəbin
də fərqlidir, fərqli,
Yanında dərdimin yuxusu gəlir.
Mənə
qışqırdıqca nəfəsin ilə
Ağzından xoşbəxtlik qoxusu gəlir.
Əsəbdən
titrəyən dodaqlarından,
İnan ki, qəlbimə sevinc süzülür.
Səni
sevə-sevə çoxalır sevgim,
Sevdikcə sıraya sevgi düzülür.
Nə
gözəl parlayır odlu gözlərin,
Bir xoşbəxt həyatdan bəhs eləyirlər.
Hirsindən
göylərdə uçan əllərin,
Musiqi olmadan rəqs eləyirlər.
Sənin əsəbin
də fərqlidir, fərqli,
Əsəbləş, yetər ki, susmasın dilin.
Bir
alıq əsəbin xəbərçisidir,
Xoşbəxtlik yaşadan bir neçə ilin.
SƏN HARDAN BİLƏSƏN...
Sən
hardan biləsən nədir məhəbbət,
Bir
eşqin oduna yanmamısansa...
Ayrılıq
dəmində, hicran anında,
Özünü
məzarda sanmamısansa...
Sən
hardan biləsən dadmamısansa
Bircə təbəssümlə xoşbəxt
olmağı.
Qəribə
olsa da sevənlər bilir
Günəştək
saçmağı, gültək solmağı...
Sən
hardan biləsən ac olmaq nədir,
Həyatın özünə, eşqin özünə.
Həyat
da sevgidir, yaşam da sevgi,
Sevdinsə görünməz dünya gözünə.
Sən
hardan biləsən, hardan biləsən,
Qəriblik yaşamaq nədir sevgidə?
Necə
ki eşq ilə gəlib ömrümüz,
Elə də bir ömür gedir sevgidə.
ŞEİR QADIN
Baxışında
bir dünya var,
Özün isə "şeir qadın".
Hər
bir dərdin dərmanısan,
Hər bir dərdə xeyir qadın.
İstəyirəm
hecalara,
Misralara düzüm səni.
Bəndlərimin
arasında
tapım
səni, çözüm səni.
Dönə-dönə
təkrarlayıb,
Mahnılara bəstələyim.
Dinləməkdən
xoşbəxt olum,
Dərdlərimə qəsd eləyim.
Uçum
göyə xəyallarda,
Dodağımdan süzülüb ax.
Çevril
mənim zümzüməmə,
Şimşək olub qəlbimə çax.
Tək
şeirlik kitab olum,
İsmim isə sənin adın.
Hər səhifəm
sənlə dolsun,
Hər
bir anım, "Şeir qadın"...
TFU TFU MAŞALLAH
Düşmən
alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Soyumuzu
gordan edən soysuza,
Soyumuzu öymək ilə məşğuluq.
-"O
atamız, bu babamız olubdur,
Ora, bura
yurd-obamız olubdur,
Şərəf, qeyrət, ar əbamız olubdur".
Amma kədər geymək ilə məşğuluq.
Dövr
edirik buna rəğmən hovarda,
Qılıncımız paslanıbdır divarda.
Bizi vuran
qalıbdır bir kənarda,
Dizimizi döymək ilə məşğuluq.
Tfu-tfu,
maşallah bizlərə,
Məğrur-məğrur dik baxırıq üzlərə.
Nağıllara
inandıqca, düzlərə
Boynumuzu əymək ilə məşğuluq.
Düşmən
alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Özümüzü
özümüzdən edənə,
Özümüzü öymək ilə məşğuluq.
XATİRƏLƏR QALDI AXI.
Ümidi də dəfn elədik.
Dünən
olan oldu axı...
Zirvələrdə
olan sevgi,
Çox
dərinə daldı axı...
Toplayırsan
çantaları,
Boş
qalmasın, doldur barı.
Dərddən
yarı, qəmdən yarı
Yolun uzun
yoldu axı...
Nəyin varsa, yığ, qalmasın.
Məndə nəyinsə olmasın.
Saxlamayaq
eşqin yasın,
Bizi bizdən
aldı axı...
Dövr
atını zaman çapar,
Axar sular yolun tapar.
Dön
arxaya, yığıb apar,
Xatirələr
qaldı axı...
VİCDANSIZLAR VİCDANINA AND
İÇİR
Daha Allah
unudulub, a qardaş,
Hərə bir cür ünvanına andiçir.
Canı
verən qalıbdır bir kənarda,
Canı olan öz canına and içir.
İnsan oğlu axır anı unudub.
Tövbə etmir şirin canı unudub.
Ayı,
günü yaradanı unudub,
Gözü
"korlar" ağ danına and
içir.
Nə inam var, nə iman var, nə də din.
Mərhəmətə
üstün gəlir hər an kin.
Ali bilib
insan oğlu dediyin,
Var yoxuna, olanına and içir.
Hər
bir şeyin dərd sərini çəkmə sən,
Yoxsa vaxtsız saçlarına düşər dən.
Yoxsulların "əppəyinə"
göz tikən
Vicdansızlar vicdanına and içir.
Ədalət.-2019.-11 sentyabr.-S.7.